Professor: “Neft qiymətlərinin bir qədər artımı üçün potensial var”

18
(Yenilənib 16:49 04.06.2021)
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov deyir ki, son illər ərzində neft bazarında dalğalanmalar müşahidə olunur
Elşad Məmmədov: “Neft aparıcı ehtiyat aktivlərindən biri kimi qalmaqdadır”

OPEK+ nazirlərinin monitorinq komitəsi iyun və iyul ayları üçün aprel ayında qəbul edilmiş neft hasilatının artım planını saxlamağı tövsiyə edib.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov Sputnik Azərbaycan-a deyir ki, dünyada artan pul kütləsi neftə tələbi artırır: “Bu yeni qərar da neft bazarına təsir etməlidir. Neft aparıcı ehtiyat aktivlərindən biri kimi qalmaqdadır. Son illər ərzində neft bazarında dalğalanmalar müşahidə olunur. Hələki neft bazarı tarazlaşmayıb. Düşünürəm ki, qiymətlərin bir qədər də artımı üçün potensial var”.

Elşad Məmmədovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

18
Səməd Seyidov - Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin sədri

Səməd Seyidov: “Şuşa Bəyannaməsinin beynəlxalq əhəmiyyəti artır”

10
(Yenilənib 16:16 23.06.2021)
AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyir ki, Azərbaycana qarşı davam etdirilən terror aktları ilə bağlı məsələ də nümayəndə heyəti tərəfindən qaldırılacaq
Səməd Seyidov: “Jurnalistlərin qətlə yetirilməsi bəşəriyyətə qarşı cinayətdir”

“Azərbaycanla bağlı birbaşa məsələlər olmasa da, nümayəndə heyəti ölkəmizin inkişafı, eləcə də regionda baş verən hadisələr, xüsusilə yenicə imzalanmış Şuşa Bəyannaməsi haqqında AŞPA üzvlərini məlumatlandıracaq”. Sputnik Azərbaycan xəbər verir ki, bu fikirləri Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov qurumun yay sessiyası çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

“Şuşa Bəyannaməsi misilsiz əhəmiyyətə malik tarixi sənəddir. Regional əhəmiyyət daşımaqla bərabər, bu sənədin beynəlxalq əhəmiyyəti artır. Şuşa Bəyannaməsi ilə yeni geosiyasi vəziyyət formalaşır. Sessiya çərçivəsində Azərbaycana qarşı davam etdirilən terror aktları ilə bağlı məsələ də nümayəndə heyəti tərəfindən qaldırılacaq. Mina xəritələri ilə bağlı məsələnin həlli vacibdir. Hətta xəritələr verilsə də, onların nə dərəcədə etibarlı olması, reallığı nə qədər düzgün əks etdirməsi kimi məsələlər sual altındadır. Regionda sülhün bərqərar olması, erməni tərəfinin bu məsələyə nə dərəcədə səmimi yanaşması məsələləri müzakirə olunacaq. Jurnalistlərin qətlə yetirilməsi bəşəriyyətə qarşı cinayətdir. Bu məsələyə xüsusi toxunulacaq”, - deyə S. Seyidov diqqətə çatdırıb.

Səməd Seyidovun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

10
Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev

Şahin Mustafayev: “Ağdam rayonunda ilk növbədə bu istiqamətdə işlər görüləcək”

16
(Yenilənib 15:05 23.06.2021)
Baş nazirin müavini Şahin Mustafayev bildirib ki, su quyularını harada qazmaq lazımdır, bu, digər planlarla necə uzlaşır, müəyyənləşdirilməlidir
Şahin Mustafayev: “Təkliflər sırasında yeni su anbarlarının tikintisi məsələsi var”

“Su resursları yenidən qiymətləndirilməsi çox vacibdir”. Sputnik Azərbaycan xəbər verir ki, bunu bu gün Ağdam şəhərində səfərdə olan Baş nazirin müavini Şahin Mustafayev bildirib.

Baş nazirin müavini deyib ki, hazırkı qiymətləndirmələr təqribidir: “Yeraltı su həcmlərinin dəqiqləşdirilməsi üçün müşahidə, kəşfiyyat quyularının qazılması nəzərdə tutulur, bu quyuların yerləri müəyyən ediləcək. Ağdam rayonunda da ilk növbədə bu istiqamətdə işlər görüləcək. Bu, içməli su baxımından çox vacibdir. Eyni zamanda işğaldan azad olunmuş ərazilərdə yerüstü su ehtiyatlarının da qiymətləndirilməsi zəruridir. Bu məqsədlə artıq 13 hidroloji stansiyanın quraşdırılması nəzərdə tutulur. Bu yerlər də təqribən müəyyən olunub. Amma bu sahədə də əlaqələndirməyə çox böyük zərurət var. Çünki su quyularını harada qazmaq lazımdır, bu, digər planlarla necə uzlaşır, müəyyənləşdirilməlidir. İşğaldan azad olunan ərazilərdə 13 iri çay, 9 su anbarı mövcuddur. Komissiya çərçivəsində də təkliflər var, bu təkliflərin öyrəniləcək. Bu təkliflər sırasında relyefə uyğun yeni su anbarlarının tikintisi məsələsi də var”.

Şahin Mustafayevin fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

16
Футболисты сборной Швеции

İsveç millisi Polşa yığmasına qalib gələrək AVRO-2020 pley-off mərhələsinə çıxıb

0
(Yenilənib 22:15 23.06.2021)
İsveçlilər "E" qrupunda İspaniya, Polşa və Slovakiya komandalarını geridə qoyaraq birinci yeri tutublar.

Futbol üzrə İsveç milli komandası Polşa millsini məğlub edərək Avropa çempionatının qrup mərhələsində "E" qrupunda birinci yeri tutub.

Sankt-Peterburqda keçirilən qarşılaşma 3:2 hesabı ilə skandinaviyalıların xeyrinə başa çatıb.

İsveç komandasında qolları Emil Forsberq (2 və 59-cu dəqiqələrdə) və Biktor Klasson (90+4) vurublar. Polşa komandasında isə Robert Levandovski rəqib qapısının torunu iki dəfə silkələyib (61,84).

Stadionda oyuna 14252 azarkeş tamaşa edib.

Beləliklə, İsveç millisi qrupda 7 xal toplayaraq birinci yerdən 1/8 finala çıxıb. Hesabında 1 xal olan Polşa yığması isə qrupda son yerdə qərarlaşaraq turnirdə çıxışlarını başa vurub.

0