Dövlət Neft Şirkətinin (SOCAR) ictimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov

SOCAR rəsmisi benzin qiymətlərindəki artımın səbəblərini açıqlayır

65
(Yenilənib 17:27 02.06.2021)
Dövlət Neft Şirkətinin (SOCAR) ictimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov deyir ki, bu benzin növləri idxal edilir və onların qiyməti idxal edən şirkətlərin müəyyən etdiyi qiymətlər əsasında təyin olunur
İbrahim Əhmədov: “Bu marka benzinlərin qiyməti Azərbaycanda aşağı düşə bilər”

“Yanacaq məhsullarındakı qiymət artımı dünya bazarında neft və neft məhsullarının qiymətindəki dəyişikliklərlə bağlıdır”. Bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) ictimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov Sputnik Azərbaycan-a açıqlmasında deyib.

İbrahim Əhmədov bildirib ki, qiymətlərində artım olan benzin növləri Azərbaycanda istehsal olunmur: “Bu benzin növləri idxal edilir və onların qiyməti idxal edən şirkətlərin müəyyən etdiyi qiymətlər əsasında təyin olunur. Pandemiya dövründə neftin ucuzlaşması ilə bu marka benzinlərin qiyməti Azərbaycanda da aşağı düşmüşdü. Başqa ölkələrdə bu marka benzinin qiyməti aşağı düşərsə, Azərbaycanda da düşə bilər. Lakin onu da qeyd etməliyəm ki, bu benzin növləri Azərbaycanda o qədər də çox istifadə olunmur”.

Qeyd edək ki, Azərbaycanda Aİ-95 ("Premium") və Aİ-98 ("Super") markalı avtomobil benzini bahalaşıb. Belə ki, ölkəyə 2014-cü ilin aprelin 1-dən idxal olunan Aİ-95 benzininin qiyməti 1,25 manatdan 1,40 manata, Aİ-98 benzininin qiyməti isə 1,40 manatdan 1,55 manata yüksəlib.

İbrahim Əhmədovun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

65

Fuad Sadıqov: “Bizdən bu tipli hadisələrlə bağlı təminat istəyirlər”

4
(Yenilənib 17:27 18.06.2021)
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov deyir ki, ilkin olaraq təbiət hadisələrinin siyahısının genişləndirilməsi gözlənilir
Fuad Sadıqov: “Bu fermerlərə də sığorta xidmətləri göstərilə biləcək”

“Ölkəmizə idxal və ixrac olunan bütün bütün bitkilərin sığortalanması həyata keçiriləcək”. Sputnik Azərbaycan xəbər verir ki, bunu Atv-yə açıqlamasında Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov deyib.

O bildirib ki, artıq ətlik iri buynuzlu heyvanlar, həmçinin xırda buynuzlu heyvanların və arıçılıqla məşğul olan fermərlərə sığorta xidmətləri göstərilə biləcək: “İlkin olaraq təbiət hadisələrinin siyahısının genişləndirilməsi gözlənilir. Misal olaraq deyim ki, biz hər zaman fermerlərimizin quraqlıqdan əziyyət çəkdiyini eşidirik. Lakin elə təsrrüfatlar var ki, izafi yağıntılardan əziyyət çəkir. Bizdən bu tipli hadisələrlə bağlı təminat istəyirlər. Artıq bununla bağlı təminatları da layihəyə daxil etmişik”.

Fuad Sadıqovun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

4
Sədrəddin Soltan, siyasi ekspert

Politoloq İran seçkiləri barədə: fərqli siyasi düşüncənin adamları yoxdur

10
(Yenilənib 14:56 18.06.2021)
Orta Doğu araşdırmalar mərkəzinin rəhbəri Sədrəddin Soltan deyir ki, seçki qabağı dövrdə bir sıra namizədlərin öz namizədliyini mühafizəkar xəttin xeyrinə geri çəkməsi onların eyni xəttin adamları olmasını göstərir
Sədrəddin Soltan: “İranda budəfəki seçkilər zəif və sönük keçir”

Bu gün İran xalqı özünün 13-cü prezidentini seçəcək.

Orta Doğu araşdırmalar mərkəzinin rəhbəri Sədrəddin Soltan Sputnik Azərbaycan-a deyir ki, İranda keçirilən budəfəki seçkilər əvvəlkilərlə müqayisədə daha zəif və sönük keçir: “Seçkilər İranın sosial, siyasi həyatına elə də təsir göstərmir. İnsanların seçkiqabağı kampaniyalardakı qeyri-fəallığı da seçkilərə olan marağı göstərir. Seçki qabağı dövrdə bir sıra namizədlərin öz namizədliyini mühafizəkar xəttin xeyrinə geri çəkməsi onların eyni xəttin adamları olmasını göstərir.Yəni namizədlər arasında fərqli siyasi düşüncənin adamları yoxdur. Prezidentin ölkənin sosial-siyasi həyatına təsiri haqqında danışmaq isə düzgün olmazdı. Çünki İranda prezident dövlət başçısı deyil. İranın dövlət başçısı İranın Ali Rəhbəri Seyid Əli Xameneidir”.

Sədrəddin Soltanın fikirlərinə audifaylda qulaq asa bilərsiniz

10

Bu dünyanı dəyişməliyik

0
(Yenilənib 15:07 18.06.2021)
Krasnodarlı rəssam Vladimir Kandr tullantılardan beşmetrlik "Dalğa" adlı qurğu düzəltdi - Ətraflı videomuzda.

 

Rəssam Vladimir Kandr ətraf mühitin çirklənməsi problemindən o qədər narahat olub ki, bu məsələnin həll yolu onun yuxusuna girib. Belə ki, tullantılardan "Dalğa" adlı qurğu düzəltmək ideyası ona yuxuda gəlib.

Vladimir müsahibəsində bildirib ki, üç tondan çox zibil toplayıb, onları yenidən emal edərək yığılıb-sökülən qurğu düzəldib.

"Bu doqquz hissəyə bölünən dalğadır, nəqliyyatla da daşına bilir. Müasir sivilizasiyamızla ətraf mühiti necə məhv etdiyimizi anlamaq üçün qurğunun ortasında bir oyuq da düzəltdim," – deyə rəssam fikirlərini bölüşür.

Kandrın sözlərinə görə, o, dostları ilə həmişə təbiət qoynunda dincəlməyə gedəndə həm də digər turistlərin zibillədiyi əraziləri təmizləməklə məşğul olublar. Belə gəzintilər zamanı metal çəlləklərdən tutmuş konyak şüşələrinə qədər maraqlı və qeyri-adi əşyalara da rast gəlinir.

"Tullantılar yer dəyişdirir, başqa ölkələrdən bizə qədər gəlib çıxır. Hərdən qeyri-adi tapıntılar da olur. Bəzən bir kvadratmetr ərazidə beş alışqan, çox sayda taykeş ayaqqabılara rast gəlmək olar. Onları geyinmək də mümkündür, amma hər tayı fərqli olacaq", – ekoaktivist zarafatla deyir.

Vladimir Kandr onu da bildirib ki, hazırda "Dalğa"dan da böyük yeni layihə üzərində işləyir. Yeni qurğu da eyni tərzdə, ancaq başqa süjet əsasında hazırlanacaq.

0