Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Neft qiymətlərinin artımına hansı amillər təsir edir? – ekspert açıqlayır

© Sputnik / Murad OrujovNeft Araşdırmaları Mərkəzinin (NAM) rəhbəri İlham Şaban
Neft Araşdırmaları Mərkəzinin (NAM) rəhbəri İlham Şaban - Sputnik Azərbaycan, 1920, 02.06.2021
Abunə olmaq
Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban deyir ki, enerjiyə olan tələbatın artması təkcə hərəkətlə əlaqəli deyil
İlham Şaban: “İlin ikinci yarısıneftə tələbatın artacağını göstərir”

Cari ilin üçüncü rübündən etibarən OECD ölkələrində kommersiya neft ehtiyatlarının kəsiri yaranacaq. Bu barədə OPEC+ texniki komitəsinin bu gün videoformatda keçirilən iclasında bildirilib.

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban Sputnik Azərbaycan-a deyir ki, istər OPEC, istərsə də Beynəlxalq Enerji Agentliyinin proqnozları ilin ikinci yarısında neftə tələbatın artacağına göstərir: “Artıq ötən ay Hindistanın koronavirusla bağlı yaşadığı təlatüm geridə qalıb. Eyni zamanda ölkələrdə vaksinasiya prosesinin sürətlənməsi və yumşalma tədbirlərinin davam etdirilməsi enerjiyə olan tələbatı artırıb. Enerjiyə olan tələbatın artması təkcə hərəkətlə əlaqəli deyil. Burada həm də klimatik amillər öz təsirini göstərir”.

İlham Şabanın geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0