CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda uşaq hüquqları necə qorunur? – ekspert qaranlıq məqamlara aydınlıq gətirdi

© Sputnik / Murad OrujovAzərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə
Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə  - Sputnik Azərbaycan, 1920, 01.06.2021
Abunə olmaq
Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə deyir ki, üzə çıxarılan cinayət faktları, hüquq pozulmaları ilə bağlı nəzarət mexanizmləri yetərincə işlək vəziyyətdə deyil
Kəmalə Ağazadə: “Cəmiyyət yetərincə maarifləndirilməyib”

“Azərbaycanda “Uşaq hüquqları haqqında” qanun uzun zamandır ki, qəbul olunub və onun fəaliyyəti üçün uzun zamandır müxtəlif proqramlar həyata keçirilir”. Bunu Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində keçirilən tədbirdə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə bildirib.

O qeyd edib ki, müxtəılif sahələr üzrə bu sahədə maraqların qorunması təmin edilir: “Bu gün Azərbaycanda uşaqların hüquqlarının müdafiəsi həyata keçirilir. Qənaətbəxş olmayan tərəfləri isə odur ki, üzə çıxartdığımız cinayət faktları, hüquq pozulmaları ilə bağlı nəzarət mexanizmləri yetərincə işlək vəziyyətdə deyil. Bu gün cəmiyyət və qanunları həyata keçirən qurumların əməkdaşlığı hələ də yetərli səviyyədə deyil. Düşünürəm ki, bunun da başlıca səbəblərindən biri cəmiyyətin yetərincə maarifləndirilməməsidir”.

Kəmalə Ağazadənin fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0