Danışır uşaqlar! Atatürkün şəkillərini sevirəm, top oğlanlar üçündür, villa alacam

126
(Yenilənib 15:25 31.05.2021)
Koronavirus haqqında məlumatlı olan balacalar maska taxmağı, spirtlənməyi, əllərini yumağı vacib hesab edir
“Qardaşımın ağlaması xoşuma gəlmir”

Bu gün Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbir keçirilib. Tədbirin qonaqları uşaqlar olub. Balaca mələklər onlar üçün olan bu özəl gün haqqında uşaqlıq səmiyyətləri ilə Sputnik Azərbaycan-a danışıblar.

Uşaqlar onlara verilən suallara cavab veriblər. Cahid İsgəndərzadə deyib ki, qardaşının ağlaması onun heç xoşuna gəlmir: “Mənim balaca qardaşım var. O çoxlu yeyir və yatır. Oyananda isə ağlamağa başlayır. Bunu xoşlamıram. Atatürk haqqında kitabların şəkillərinə baxmağı sevdiyini bildirən Cahid dəcəllik edərkən anasının onu danladığını bildirib”.

İnci və Səma İmanzadə bacıları da arzularından danışıb. Səma deyib ki, o böyüyəndə müəllim olmaq istəyir. O, riyaziyyatı ingilis dilində öyrətmək istəyir. Səma deyir ki, topla oynasa da o oğlanlar üçün olduğuna görə topla oynamağı çox da sevmir. Bacısı İnci isə böyüyüb institutu bitirməyi və villa almağı arzulayır. İnci həm də deyib ki, anası çox yemək yediyi üçün onu danlayır.

Uşaqların fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

126
Politoloq İlqar Vəlizadə

Politoloq: “İki ölkənin qarşıdurması dünya siyasətinə mənfi təsir göstərir”

4
(Yenilənib 17:37 14.06.2021)
Politoloq İlqar Vəlizadə deyir ki, ABŞ-Rusiya anlaşması ikitərəfli münasibətlərlə yanaşı beynəlxalq siyasətə də öz müsbət təsirini göstərə bilər
İlqar Vəlizadə: “Rusiya-ABŞ münasibətləri ən gərgin dövrünü yaşayır”

İyunun 16-da  İsveçrənin Cenevrə şəhərində Rusiya və ABŞ prezidentlərinin görüşü keçiriləcək.

Politoloq İlqar Vəlizadə Sputnik Azərbaycan-a görüş öncəsi iki ölkə arasındakı siyasi vəziyyəti şərh edib.

Politoloq bildirib ki, hazırkı şəraitdə prezidentlərin görüşü çox əhəmiyyətlidir: “Son vaxtlar Rusiya-ABŞ münasibətləri ən gərgin dövrünü yaşayır. Hətta deyərdim ki, bu dövr soyuq müharibə dövründən sonra ən gərgin zamandır. İki ölkənin qarşıdurması dünya siyasətinə də mənfi təsir göstərir. Tərəflər aktual məsələləri müzakirə edib ortaq məxrəcə gələ bilərlər. Bu ikitərəfli münasibətlərlə yanaşı beynəlxalq siyasətə də öz müsbət təsirini göstərə bilər”.

İlqar Vəlizadənin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

4

Millət vəkili: “Əlilliyə haqqı olan insanların haqqı tapdalanıb”

10
(Yenilənib 14:53 14.06.2021)
Millət vəkili Əli Məsimli deyir ki, əlillərin işlə təmin edilməsini, xüsusilə də hər cəhətdən borclu olduğumuz Qarabağ qazilərinin və şəhid ailələrinin işlə təmin edilməsini həyata keçirməliyik
Əli Məsimli: “Əlilliyin müdafiəsinə dair qanunda işləməyən maddələr var”

“Burada 31-60 heç də 3-cü kateqoriyaya, 61-80 ikinci kateqoriyaya aid olmadığı üçün bu qanunun tətbiqi zamanı problemlər əmələ gələcək. Əlillik ətrafında yaranan sosial narazılıqları aradan qaldırmaq üçün bir sıra əlavə dəyişikliklər də edilməlidir”. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Milli Məclisin iclasında “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanuna təklif edilən dəyişikliklərin müzakirəsi zamanı deputat Əli Məsimli deyib.

“Əlilliyin müdafiəsinə dair qanunda işləməyən maddələr var. Bu qanun 3 ildir qəbul olunub. Bu qanunda işləməyən maddələri işlək hala salmaq üçün addımlar atılmalıdır. Əlillərin işlə təmin edilməsini, xüsusilə də hər cəhətdən borclu olduğumuz Qarabağ qazilərinin və şəhid ailələrinin işlə təmin edilməsini həyata keçirməliyik. Saxta əlilliklə bağlı rəqəmlər onu göstərir ki, nazirliyin özündə də bu məsələ ilə bağlı tam təfəkkür yoxdur. Saxta əlilliyi alanla bərabər saxta əlilliyi verənlə bağlı qanunda olan maddə də işləmir. Üçüncüsü, saxta əlillik ləğv olunan zaman xeyli əlilliyə haqqı olan insanların haqqı tapdalanıb. Bunun cavabını kim verəcək?!” – deyə millət vəkili bildirib.

Əli Məsimlinin fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

10
Rusiyada miqrantlar, arxiv şəkli

Putin miqrantların Rusiyada qalma müddətini uzadıb

0
Putinin yeni qərarı azadlıqdan məhrum edilmə yerindən buraxılan və ya Rusiyanın milli təhlükəsizliyinə təhdid edən şəxslərə şamil edilmir.

BAKI, 15 iyun — Sputnik. Rusiya Prezidenti Vladimir Putin xarici ölkə vətəndaşları və vətəndaşlığı olmayan şəxslərlə bağlı yeni qərar imzalayıb. Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, yuxarıda adı çəkilən şəxslər Rusiyada 30 sentyabra qədər qala biləcəklər.

Belə ki, xarici ölkə vətəndaşları və vətəndaşlığı olmayan şəxslər 30 sentyabr tarixinə qədər Rusiyadan məcburi olaraq çıxarılmayacaqlar.

Qeyd olunur ki, bu qərar azadlıqdan məhrum edilmə yerindən buraxılan və ya Rusiyanın milli təhlükəsizliyinə təhdid edən şəxslərə şamil edilmir.

Putinin imzaladığı qərar iyunun 16-dan qüvvəyə minir.

Yeni qaydalar

Rusiyada işləmək üçün icazə və ya patent almaq istəyən əcnəbilər bundan sonra rus dilində polisə, poliklinikaya müraciət etmək və işə qəbulla bağlı müsahibədən keçmək üçün bu dili kifayət qədər bildiklərini təsdiqləməlidirlər. Bu tələblər, 7 iyun tarixindən qüvvəyə minən və Rusiya Prezidenti tərəfindən imzalanan bu ölkədə yaşayan əcnəbilərin hüquqi statusunu tənzimləyən qanuna edilmiş əlavə və dəyişikliklərdə yer alır.

Hökumətin qərarına əsasən, iş icazəsi və ya patent almaq üçün müraciət edən şəxs xarici dil kimi rus dilindən imtahan verdiyi vaxt sosial-məişət sahəsində ünsiyyət ehtiyacını (işə qəbul, polisə, poliklinikaya müraciət və s.) təmin etməyi bacardığını təsdiqləməlidir.

Bundan başqa, miqrantlar müsahibinin səsləndirdiyi və ya audio məlumat kimi ötürülən informasiyanı şifahi şəkildə qəbul etməyi də bacarmalıdır.

Eləcə də, rus dili imtahanından müvəffəqiyyətlə keçmək üçün bəzi anketləri, formaları doldurmağı bacarmaq tələb olunur.

Rus dili sertifikatının etibarlılıq müddəti, həmçinin Rusiya tarixini və Rusiya Federasiyası qanunvericiliyinin əsaslarını bilmə tarixi sertifikatın verildiyi gündən müəyyənləşdirlir. Rusiya Federasiyasındakı "Xarici Vətəndaşların Hüquqi Statusu haqqında" Federal Qanunun 133-cü maddəsinə əsasən, sertifikatın etibarlılıq müddəti üç ildir.

Rusiyada yaşamaq üçün icazə alanlara sertifikat müddətsiz veriləcək. Yaşayış icazəsi ləğv olunarsa, sertifikatın etibarlılığı da avtomatik olaraq qüvvədən düşəcək.

Bununla belə, Rusiyada yaşamaq üçün icazə almaq istəyənlərin imtahan sualları daha çətin olacaq.

Eləcə də oxuyun:

Azərbaycanlı miqrantlar onlayn icazə ala bilərlər

 

0