Professor Anar İsgəndərov

Anar İsgəndərov: “Biz bu il Cümhuriyyətin yaranmasını xüsusi olaraq qeyd edirik”

20
(Yenilənib 10:09 28.05.2021)
Millət vəkili, tarix elmləri doktoru, professor Anar İsgəndərov deyir ki, otuz il əvvəl müstəqilliyini bəyan Azərbaycan dövləti özünü AXC-nin siyasi varisi elan etdi
Anar İsgəndərov: “Artıq məğlub Azərbaycan yox, qalib Azərbaycan var”

“Azərbaycan Xalq Cümhuriyyəti Azərbaycan xalqının tarixində şərəfli bir dövrdür”. Bunu Sputnik Azərbaycan-a açıqlamasında millət vəkili, tarix elmləri doktoru, professor Anar İsgəndərov deyib.

Professor Anar İskəndərov bildirib ki, 23 ay yaşayan bu dövlət 350 dəfə ilk dəfə sözünə imza atıb: “Bakı Cümhuriyyət dövründə ilk dəfə olaraq bütün Azərbaycanın paytaxtı oldu. Ən nəhayət ən böyüyü isə 1920-ci ilin yanvarın 11-də Paris Sülh Konfransının Ali Şurası Azərbaycanın müstəqilliyini de-fakto tanıdı. AXC-nin ordu sahəsindəki uğurlarını da qeyd etmək lazımdır. Bu gün Azərbaycan qalqının Cümhuriyyət övrü ilə bağlı kifayət qədər bilgisi var. Otuz il əvvəl müstəqilliyini bəyan Azərbaycan dövləti özünü AXC-nin siyasi varisi elan etdi. Biz bu il Cühuriyyətin yaranmasını xüsusi olaraq qeyd edirik. Çünki artıq məğlub Azərbaycan yox, qalib Azərbaycan var”.

Qeyd edək ki, bu gün Şərqin ilk demokratik müsəlman dövlətinin - Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 103 ili tamam olur.

Anar İsgəndərovun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

 

20
Səməd Seyidov - Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin sədri

Səməd Seyidov: “Şuşa Bəyannaməsinin beynəlxalq əhəmiyyəti artır”

10
(Yenilənib 16:16 23.06.2021)
AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyir ki, Azərbaycana qarşı davam etdirilən terror aktları ilə bağlı məsələ də nümayəndə heyəti tərəfindən qaldırılacaq
Səməd Seyidov: “Jurnalistlərin qətlə yetirilməsi bəşəriyyətə qarşı cinayətdir”

“Azərbaycanla bağlı birbaşa məsələlər olmasa da, nümayəndə heyəti ölkəmizin inkişafı, eləcə də regionda baş verən hadisələr, xüsusilə yenicə imzalanmış Şuşa Bəyannaməsi haqqında AŞPA üzvlərini məlumatlandıracaq”. Sputnik Azərbaycan xəbər verir ki, bu fikirləri Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov qurumun yay sessiyası çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

“Şuşa Bəyannaməsi misilsiz əhəmiyyətə malik tarixi sənəddir. Regional əhəmiyyət daşımaqla bərabər, bu sənədin beynəlxalq əhəmiyyəti artır. Şuşa Bəyannaməsi ilə yeni geosiyasi vəziyyət formalaşır. Sessiya çərçivəsində Azərbaycana qarşı davam etdirilən terror aktları ilə bağlı məsələ də nümayəndə heyəti tərəfindən qaldırılacaq. Mina xəritələri ilə bağlı məsələnin həlli vacibdir. Hətta xəritələr verilsə də, onların nə dərəcədə etibarlı olması, reallığı nə qədər düzgün əks etdirməsi kimi məsələlər sual altındadır. Regionda sülhün bərqərar olması, erməni tərəfinin bu məsələyə nə dərəcədə səmimi yanaşması məsələləri müzakirə olunacaq. Jurnalistlərin qətlə yetirilməsi bəşəriyyətə qarşı cinayətdir. Bu məsələyə xüsusi toxunulacaq”, - deyə S. Seyidov diqqətə çatdırıb.

Səməd Seyidovun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

10
Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev

Şahin Mustafayev: “Ağdam rayonunda ilk növbədə bu istiqamətdə işlər görüləcək”

16
(Yenilənib 15:05 23.06.2021)
Baş nazirin müavini Şahin Mustafayev bildirib ki, su quyularını harada qazmaq lazımdır, bu, digər planlarla necə uzlaşır, müəyyənləşdirilməlidir
Şahin Mustafayev: “Təkliflər sırasında yeni su anbarlarının tikintisi məsələsi var”

“Su resursları yenidən qiymətləndirilməsi çox vacibdir”. Sputnik Azərbaycan xəbər verir ki, bunu bu gün Ağdam şəhərində səfərdə olan Baş nazirin müavini Şahin Mustafayev bildirib.

Baş nazirin müavini deyib ki, hazırkı qiymətləndirmələr təqribidir: “Yeraltı su həcmlərinin dəqiqləşdirilməsi üçün müşahidə, kəşfiyyat quyularının qazılması nəzərdə tutulur, bu quyuların yerləri müəyyən ediləcək. Ağdam rayonunda da ilk növbədə bu istiqamətdə işlər görüləcək. Bu, içməli su baxımından çox vacibdir. Eyni zamanda işğaldan azad olunmuş ərazilərdə yerüstü su ehtiyatlarının da qiymətləndirilməsi zəruridir. Bu məqsədlə artıq 13 hidroloji stansiyanın quraşdırılması nəzərdə tutulur. Bu yerlər də təqribən müəyyən olunub. Amma bu sahədə də əlaqələndirməyə çox böyük zərurət var. Çünki su quyularını harada qazmaq lazımdır, bu, digər planlarla necə uzlaşır, müəyyənləşdirilməlidir. İşğaldan azad olunan ərazilərdə 13 iri çay, 9 su anbarı mövcuddur. Komissiya çərçivəsində də təkliflər var, bu təkliflərin öyrəniləcək. Bu təkliflər sırasında relyefə uyğun yeni su anbarlarının tikintisi məsələsi də var”.

Şahin Mustafayevin fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

16
Milli Məclisin

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb

0
Milli Məclisin növbədənkənar sessiyasının iyunun 25-də keçiriləcək növbəti iclasının gündəliyinə 12 məsələ daxil edilib

BAKI, 23 iyun — Sputnik. Milli Məclisin növbədənkənar sessiyasının iyunun 25-də keçiriləcək növbəti iclasının gündəliyi məlum olub.

Sputnik Azərbaycan-ın xəbərinə görə, toplantının gündəliyinə 12 məsələ daxil edilib.

Bunlar aşağıdakılardır:

1. "Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında" Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).

2. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).

3. "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).

4. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).

5. "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).

6. Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Ailə Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan Respublikasının Vergi Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində, "Sosial sığorta haqqında", "Tibbi sığorta haqqında", "Dövlət rüsumu haqqında", "Məhkəmə-Hüquq Şurası haqqında" və "İnzibati icraat haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

7. "Mediasiya haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

8. "Dövlət qulluğu haqqında", "Prokurorluq orqanlarında qulluq keçmə haqqında", "Diplomatik xidmət haqqında", "Ədliyyə orqanlarında qulluq keçmə haqqında", "Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında" Azərbaycan Respublikasının qanunlarında və Azərbaycan Respublikasının 1999-cu il 7 dekabr tarixli 768-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Gömrük orqanlarında xidmət haqqında Əsasnamə"də, 2001-ci il 12 iyun tarixli 141-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə"də, 2001-ci il 29 iyun tarixli 168-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə"də və 2009-cu il 4 dekabr tarixli 930-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

9. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

10. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

11. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

12. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

Qeyd edək ki, iyun ayının 22-də Milli Məclisin növbədənkənar iclası keçirilib və 14 məsələ müzakirə edilib.

Milli Məclisin 2021-ci il yaz sessiyası başa çatıb

Milli Məclisin 2021-ci il yaz sessiyası başa çatıb. Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, yaz sessiyası fevralın 1-də başlayır və mayın 31-dək davam edir. Lakin yaz sessiyasının başa çatmasına baxmayaraq, Milli Məclisin növbədənkənar xüsusi sessiyasının çağrılıb.

Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, parlamentin növbədənkənar sessiyalarını Milli Məclisin sədri Azərbaycan Prezidentinin və ya qanunverici orqanın 42 deputatının tələbi əsasında çağırır. Növbədənkənar sessiyanın gündəliyini müvafiq olaraq onun çağırılmasını tələb edənlər müəyyənləşdirir.

Növbədənkənar sessiya başa çatdıqdan sonra isə deputatlar iyulun 15-dən avqustun 30-dək tətildə olacaqlar.

0