İlqar Vəlizadə

Politoloq: “Bayden-Putin dialoqundan gözləntilər böyükdür”

18
(Yenilənib 10:12 27.05.2021)
Politoloq İlqar Vəlizadə deyir ki, hazırda mövud münaqişələr, onların həlli ilə bağlı atılan addımlar bu dialoqa olan gözləntiləri artırır
İlqar Vəlizadə: “Prezidentlərin dialoqu davamlı xarakter daşıya bilər”

Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidenti Co Baydenin görüşəcəyi tarix və yer açıqlanıb. İki liderin görüşü iyunun 16-da Cenevrədə baş tutacaq.

Politoloq İlqar Vəlizadə Sputnik Azərbaycan-a deyir ki, Putin-Bayden dialoqu bir çox məsələlərə aydınlıq gətirə bilər: “Hazırda mövud münaqişələr, onların həlli ilə bağlı atılan addımlar bu dialoqa olan gözləntiləri artırır. Dialoqla bağlı yayılan xəbərlərdən də aydın olur ki, gedən proseslər daha məntiqə uyğun şəkildə hadisələrin inkişafına təsir göstərəcək. Bu da dünyada olan konflikt potensialını xeyli azaldacaq. Düşünürəm ki, prezidentlərin dialoqu davamlı xarakter daşıya bilər”.

İlqar Vəlizadənin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

18
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev

Nazir müavini: “Onların əlilliyi avtomatik olaraq təyin olunacaq”

21
(Yenilənib 16:16 17.06.2021)
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev deyir ki, Vətən müharibəsi zamanı yaralanmış şəxslər nazirlik nümayəndələri tərəfindən evlərində ziyarət edilir, onların istək və ehtiyacları müəyyənləşdirilir
Hidayət Abdullayev: “Əlillik hüququ almaq istəyirsə, bunun qarşısı alınacaq”

“Bir neçə nəfərin saxta yollarla əlillik dərəcəsi almaq cəhdi Vətən müharibəsi qazilərinin hüquqlarının pozulmasıdır”. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev deyib.

O bildirib ki, bu hüquqa malik olmayan şəxs əlillik hüququ almaq istəyirsə, bunun qarşısı alınacaq: “Bunula belə nazirlik tərəfindən əlil şəxslərin əlillik dərəcəsi ilə təmin edilməsi üçün işlər aparılır. Vətən müharibəsi zamanı yaralanmış şəxslər nazirlik nümayəndələri tərəfindən evlərində ziyarət edilir, onların istək və ehtiyacları müəyyənləşdirilir. Bu siyahılar artıq bizdə var və onların əksəriyyəti, 90 faizdən çoxu ziyarət olunub. Vətən müharibəsində əlil olan şəxslərin də əlilliyi avtomatik olaraq təyin olunacaq”.

Hidayət Abdullayevin fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

21

Politoloq Bayden-Putin görüşü haqqında: heç bir sensasiya baş vermədi

12
(Yenilənib 14:52 17.06.2021)
Politoloq Fikrət Sadıxov deyir ki, tərəflər münasibətlərin yumşaldılması ilə bağlı razılığa gələ bildilər
Fikrət Sadıxov: “Prezidentlərin bir neçə dəfə görüşməsinə ehtiyac var”

Çərşənbə günü, iyunun 16-da Cenevrədə "La Qranj" iqamətgahında keçirilən görüşdın sonra Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Cozef Bayden birgə bəyanat veriblər. Bəyanatda bildirilib ki,Rusiya və ABŞ, hətta gərginlik dövründə strateji sahədə yəqinliyin təminatı üzrə birgə məqsədlərin reallaşdırılmasında, hərbi münaqişə və nüvə müharibəsi təhlükəsi risklərinin azaldılmasında inkişafa nail ola biləcəklərini nümayiş etdiriblər.

Politoloq Fikrət Sadıxov Sputnik Azərbaycan-a iki liderin görüşünü şərh edib. O bildirib ki, Bayden-Putin görüşünün müsbət nəticələri haqqında danışmaq çətindir: “Bu görüşdə heç bir sensasiya baş vermədi. İki ölkənin münasibətləri o qədər gərgindir ki, belə bir görüşdə hər hansı razılıq əldə etmək və saziş imzalamaq çətin idi. Amma o da həqiqətdir ki, tərəflər münasibətlərin yumşaldılması ilə bağlı razılığa gələ bildilər. Ölkələrarası münasibətlərin stabilləşməsi üçün prezidentlərin bir neçə dəfə görüşməsinə ehtiyac var. Əks halda gərginlik davam edəcək”.

Fikrət Sadıxovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

12
Kinolent, arxiv şəkli

Azərbaycanda yeni kino platforması fəaliyyətə başlayıb

0
(Yenilənib 08:48 18.06.2021)
Platformanın yaradılmasında məqsəd Azərbaycan kinosunun, televiziyasının və mədəniyyətinin dünya bazarında, eləcə də dünya auditoriyası arasında populyarlaşması və irəliləməsini təmin etməkdən ibarətdir.

BAKI, 18 iyun — Sputnik. "Narimanfilm" kinostudiyasının xaricdə yaşayan soydaşlarımız üçün xüsusi olaraq hazırladığı https://azcinemaonline.com/ internet kinoteatrı yenilənmiş platformada fəaliyyət göstərməyə başlayıb.

Sputnik Azərbaycan xəbər verir ki, platformanın yaradılmasında məqsəd digər ölkələrdə yaşayan azərbaycanlıların Vətənlə əlaqələrini möhkəmləndirmək, onları mədəniyyət və kino sahəsində baş verən yeniliklərlə tanış etmək, Azərbaycan kinosunun, televiziyasının və mədəniyyətinin dünya bazarında, eləcə də dünya auditoriyası arasında populyarlaşması və irəliləməsini təmin etməkdən ibarətdir. Eyni zamanda, gənc kinematoqrafçılarımıza öz işlərini dünya izləyicilərinə təqdim etmək imkanı yaratmaq və Azərbaycan kinematoqrafçıları ilə digər ölkələrdən olan həmkarları arasında iş birliyinin qurulması üçün şəraitin yaradılmasını təmin etməkdən ibarətdir.

Burada Azərbaycan kinosunun inciləri ilə yanaşı, həmçinin ölkəmizin ərazisində xarici kinematoqrafçılar tərəfindən çəkilmiş filmlərlə tanış olmaq, onlara rəy bildirmək və kinotənqidçilərlə birlikdə müzakirələrə qoşulmaq mümkündür.

Platforma vasitəsilə ölkəmizin kino tarixi boyu yaradılmış müxtəlif bədii, sənədli və animasiya filmlərinin izlənməsi sayt istifadəçilərinə bir növ Azərbaycana açılan pəncərə olaraq gözəl Vətənimizi daha yaxşı tanımalarına imkan yaradır.

0