Pandemiya Azərbaycanda məişət zorakılığına necə təsir edib - Elgün Səfərov danışır

60
(Yenilənib 16:01 21.05.2021)
Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin informasiya və analitik tədqiqatlar şöbəsinin müdiri Elgün Səfərov deyir ki, erkən nikahlar, qadınlara qarşı zorakılıq halları ilə bağlı daxil olan siqnallar fəaliyyətin gücləndirilməli olduğunu göstərir
Elgün Səfərov: “Tətbiq olunan qabaqlayıcı tədbirlər mübarizəmizdə kömək olur”

“Pandemiya dövründə iqtisadiyyatla yanaşı ailə sistemi də böyük ziyan görüb”. Bunu Sputnik Azərbaycan multimedia mərkəzində keçirilən mətbuat konfransında Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin informasiya və analitik tədqiqatlar şöbəsinin müdiri Elgün Səfərov deyib.

“Aparılan araşdırmalar da göstərir ki, bu dövrdə bütün dünya ölkələrində məişət zorakılığının artması qeydə alınıb. Bəzi ölkələrdə bu qadın ölümlərində artımla mühaişə edilib, bəzilərində isə pandemiya ilə əlaqədar tətbiq olunan qadağalar intihat hallarının artmasına səbəb olub. Pandemiyanın Azərbaycana da təsir edən məqamları var və biz bundan yayına bilmərik. Tətbiq olunan qabaqlayıcı tədbirlər bizə mübarizəmizdə kömək olur. Erkən nikahlar, qadınlara qarşı zorakılıq halları ilə bağlı daxil olan siqnallar o yerlərdə fəaliyyətin gücləndirilməli olduğunu göstərir. Pandemiya dövründə Azərbaycanda zorakılıq faktları o qədər də gözəçarpan həddə artımayıb”.

Elgün Səfərovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

60

Fuad Sadıqov: “Bizdən bu tipli hadisələrlə bağlı təminat istəyirlər”

5
(Yenilənib 17:27 18.06.2021)
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov deyir ki, ilkin olaraq təbiət hadisələrinin siyahısının genişləndirilməsi gözlənilir
Fuad Sadıqov: “Bu fermerlərə də sığorta xidmətləri göstərilə biləcək”

“Ölkəmizə idxal və ixrac olunan bütün bütün bitkilərin sığortalanması həyata keçiriləcək”. Sputnik Azərbaycan xəbər verir ki, bunu Atv-yə açıqlamasında Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov deyib.

O bildirib ki, artıq ətlik iri buynuzlu heyvanlar, həmçinin xırda buynuzlu heyvanların və arıçılıqla məşğul olan fermərlərə sığorta xidmətləri göstərilə biləcək: “İlkin olaraq təbiət hadisələrinin siyahısının genişləndirilməsi gözlənilir. Misal olaraq deyim ki, biz hər zaman fermerlərimizin quraqlıqdan əziyyət çəkdiyini eşidirik. Lakin elə təsrrüfatlar var ki, izafi yağıntılardan əziyyət çəkir. Bizdən bu tipli hadisələrlə bağlı təminat istəyirlər. Artıq bununla bağlı təminatları da layihəyə daxil etmişik”.

Fuad Sadıqovun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

5
Sədrəddin Soltan, siyasi ekspert

Politoloq İran seçkiləri barədə: fərqli siyasi düşüncənin adamları yoxdur

10
(Yenilənib 14:56 18.06.2021)
Orta Doğu araşdırmalar mərkəzinin rəhbəri Sədrəddin Soltan deyir ki, seçki qabağı dövrdə bir sıra namizədlərin öz namizədliyini mühafizəkar xəttin xeyrinə geri çəkməsi onların eyni xəttin adamları olmasını göstərir
Sədrəddin Soltan: “İranda budəfəki seçkilər zəif və sönük keçir”

Bu gün İran xalqı özünün 13-cü prezidentini seçəcək.

Orta Doğu araşdırmalar mərkəzinin rəhbəri Sədrəddin Soltan Sputnik Azərbaycan-a deyir ki, İranda keçirilən budəfəki seçkilər əvvəlkilərlə müqayisədə daha zəif və sönük keçir: “Seçkilər İranın sosial, siyasi həyatına elə də təsir göstərmir. İnsanların seçkiqabağı kampaniyalardakı qeyri-fəallığı da seçkilərə olan marağı göstərir. Seçki qabağı dövrdə bir sıra namizədlərin öz namizədliyini mühafizəkar xəttin xeyrinə geri çəkməsi onların eyni xəttin adamları olmasını göstərir.Yəni namizədlər arasında fərqli siyasi düşüncənin adamları yoxdur. Prezidentin ölkənin sosial-siyasi həyatına təsiri haqqında danışmaq isə düzgün olmazdı. Çünki İranda prezident dövlət başçısı deyil. İranın dövlət başçısı İranın Ali Rəhbəri Seyid Əli Xameneidir”.

Sədrəddin Soltanın fikirlərinə audifaylda qulaq asa bilərsiniz

10
DTX əməkdaşları, arxiv şəkli

DİN DTX Şuşada birgə əməliyyat keçirdi

0
(Yenilənib 14:28 19.06.2021)
Ötən ilin noyabrında işğaldan azad olunmuş Daşaltı kəndində yeddi tondan artıq çətənə kolu məhv edilib.

 

BAKI, 19 iyun — Sputnik. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən "Xaş-xaş-2021" şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar olunub.

Şuşa Rayon Polis Şöbəsinin və Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Daşaltı kəndi ərazisində yabanı halda bitmiş çəkisi 1,6 tondan artıq olan 2437 ədəd çətənə kolu aşkar edilərək məhv edilib.

Qubadlı Rayon Polis Şöbəsinin və Dövlət Sərhəd Xidməti əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Əliquluuşağı kəndi ərazisində yabanı halda bitmiş 2,9 tondan artıq çəkidə 5630 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin Yevlax stansiyası Xətt Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Qax rayonunun Uzuntala kəndi ərazisində dəmir yolunun kənarında yabanı halda bitmiş çəkisi 3,2 ton olan 3780 ədəd çətənə kolu aşkar edilərək məhv edilib.

0