Politoloq Ramiyə Məmmədova

ABŞ-ın Türkiyəyə qarşı addımlarının arxasında hansı planlar gizlənib? politoloq şərhi

92
(Yenilənib 12:39 20.05.2021)
Politoloq Ramiyə Məmmədova deyir ki, ABŞ-Türkiyə münasibətləri nə qədər gərginləşsə də, bu münasibətlər düşmənçiliyə çevrilməyəcək
Ramiyə Məmmədova: “Əsas problemli məqam Rusiya ilə Türkiyənin yaxınlaşmasıdır”

“Bu gün ABŞ Prezidenti Co Baydenin İsrailə silah verilməsi ilə bağlı imzasını gördük”. Bunu Nazirlər Kabinetinin iclasından sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Politoloq Ramiyə Məmmədova Sputnik Azərbaycan-a deyir ki, bu gün ABŞ addımları ilə Türkiyəni cilovlamağa çalışır: “Türkiyənin regionda geopolitik gücə çevrilməsi Qərbdə qorxu yaradır. ABŞ-Türkiyə münasibətləri nə qədər gərginləşsə də, bu münasibətlər düşmənçiliyə çevrilməyəcək. Burada əsas problemli məqam Rusiya ilə Türkiyənin yaxınlaşmasıdır”.

Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

92
Mübariz Əhmədoğlu, politoloq

Politoloq: “ABŞ Çinin iqtisadi inkişafının qarşısını almaq istəyir”

11
(Yenilənib 14:48 14.06.2021)
Politoloq Mübariz Əhmədoğlu deyir ki, ABŞ çıxış yolu tapmaqla qlobal problemlərin həllində Çinlə bərabər hərəkət edə bilər
Mübariz Əhmədoğlu: “G7-ni maraqlandıran uyğur məsələsi deyil”

Ötən həftə baş tutan G7 ölkələrinin 3 günlük sammitində liderlər rəsmi Pekini Çin Xalq Respublikasının Sinszyan-Uyğur Muxtar rayonunda uyğurların hüquqlarına və azadlığına, həmçinin Honkonqun muxtariyyətinə hörmət etməyə çağırblar.

Politoloq Mübariz Əhmədoğlu Sputnik Azərbaycan-a bildirib ki, G7-ni maraqlandıran uyğur məsələsi deyil: “İri dövlətlər Çinə qarşı uyğur məsələsindən istifadə edirlər. ABŞ digər ölkələrlə birlikdə Çinin iqtisadi inkişafının qarşısını almaq istəyir. Yəni bu artıq siyasiləşmiş münasibətdir. Olan bilsin ABŞ elə bir çıxış yolu tapsın ki, qlobal problemin həllində Çinlə bərabər hərəkət edilsin. Mən hesab edirəm ki, G7-nin və ABŞ-ın qlobal problemlərə siyasiləşmiş münasibəti davam edir. Böyük yeddiliyin bu siyasətdən əl çəkəcəyinə zəmin görmürəm”.

Mübariz Əhmədoğlunun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

11

Ekspert: “Bu, Azərbaycanın təhsil uğuru hesab edilə bilər”

12
(Yenilənib 14:42 14.06.2021)
Təhsil eksperti Kamran Əsədov deyir ki, bir çox ölkələrdə pandemiya ilə əlaqədar olaraq orta və ali təhsil prosesinin təşkilində ciddi problemlər olduğu halda Azərbaycan bu məsələ qısa zaman ərzində həllini tapa bildi
Kamran Əsədov: “Son tədris ilini qiymətləndirən zaman pandemiyanı nəzərə almaq lazımdır”

Bu gün Azərbaycanda bütün ümumi təhsil müəssisələrində "Son zəng" tədbirləri keçirilir. Nazirlər Kabineti yanında Operativ Qərargahın razılığı əsasında "Son zəng" tədbiri müəyyən edilmiş qaydalara əməl edilməklə təşkil edilib.

Təhsil eksperti Kamran Əsədov geridən qalan tədris ili ilə bağlı fikirlərini Sputnik Azərbaycan-a danışıb. Ekspert bildirib ki, Azərbaycan təhsildə gedən proseslərə çevik reaksiya verən ölkələrdəndir: “Bir çox ölkələrdə pandemiya ilə əlaqədar olaraq orta və ali təhsil prosesinin təşkilində ciddi problemlər olduğu halda Azərbaycanda bu məsələ qısa zaman ərzində həllini tapa bildi. Bu, Azərbaycanın təhsil uğuru hesab edilə bilər. Həm pandemiya, həm müharibənin çətinliklərinə baxmayaraq təhsilalanlar lazımi bilik və bacarıqları əldə edə bildilər. Son tədris ilini qiymətləndirən zaman pandemiyanı nəzərə almaq lazımdır”.

Kamran Əsədovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

12
Kinoteatrda tamaşaçı, arxiv şəkli

Avropa filmləri festivalı fərqli formatda başlayıb

0
(Yenilənib 23:27 14.06.2021)
Festivala çıxarılan filmlərin əksəriyyəti Kann (Oleg", "Fire Will Come", "The Fight"), Toronto, San Sebastian ("Listening"), "Sundance 2020", Sarayevo 2020 ("Acasa, My Home"), Edinburq ("Aurora") beynəlxalq festivallarının qalibidir.

BAKI, 14 iyun — Sputnik. Avropa İttifaqının Azərbaycandakı nümayəndə heyətinin Aİ üzv ölkələri səfirliklərilə birgə təşkil etdiyi Avropa filmlərinin ilk onlayn festivalı iyunun 14-dən 29-dək keçiriləcək.

Sputnik Azərbaycan xəbər verir ki, tədbir çərçivəsində Aİ üzvü 13 ölkənin istehsalı olan 10 film nümayiş etdiriləcək. Bunlar Almaniya, Belçika, Çex Respublikası, Finlandiya, Fransa, İspaniya, Latviya, Litva, Lüksemburq, Macarıstan, Polşa, Rumıniya, Yunanıstandır. Filmlərin çoxu bir neçə ölkənin birgə istehsalıdır.

Festivalın açılış mərasimi onlayn formatda keçirilərək Aİ-nin Azərbaycandakı səfiri Kestutis Yankauskasın nitqilə başlayıb. 2010-cu ildən bu yana hər il keçirdikləri festival çərçivəsində Azərbaycanda artıq 148 film nümayiş etdirildiyini deyən diplomat daha sonra bildirib:

"Bu il festivalımızın ilk dəfə onlayn formatda keçirilməsi Avropa filmlərini həm Bakıda, həm də bütün ölkə boyu azərbaycanlı tamaşaçılara daha da yaxınlaşdıracaq. Film hekayə nəql etmək, hissləri çatdırmaq, fikirlər doğurmaq iqtidarındadır. Biz də bu festival vasitəsilə Avropa mədəniyyətini daha yaxşı tanıtdırmaq, Azərbaycan və Avropa İttifaqı xalqları arasında mədəni anlaşmaya təkan vermək ümidindəyik".

Qeyd edək ki, festivala çıxarılan filmlərin əksəriyyəti Kann (Oleg", "Fire Will Come", "The Fight"), Toronto, San Sebastian ("Listening"), "Sundance 2020", Sarayevo 2020 ("Acasa, My Home"), Edinburq ("Aurora") beynəlxalq festivallarının qalibidir.

0