Politoloq: “Hazırkı vəziyyət Azərbaycan Rusiyanı qane etmir”

32
(Yenilənib 16:41 19.05.2021)
Politoloq İlqar Vəlizadə deyir ki, Rusiyanın bu məsələdə vasitəçilik etmək niyyətini Ermənistanın destruktiv fəaliyyətinin qarşısının alınmasına yönəldiyini düşünmək olar
İlqar Vəlizadə: “Ermənistan tərəfi Azərbaycanı təxribata cəlb etməyə çalışır”

“Rusiya Azərbaycan-Ermənistan sərhədindəki insidenti tənzimləmək üçün demarkasiya və delimitasiyanın keçirilməsinə başlamağa səy göstərməyi təklif edib”. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov mayın 19-da tacikistanlı həmkarı Sirociddin Muhriddinlə Düşənbədə keçirdiyi mətbuat konfransında bildirib.

Politoloq İlqar Vəlizadə Sputnik Azərbaycan-a deyir ki, son vaxtlar Ermənistan tərəfi Azərbaycanı təxribata cəlb etməyə çalışır: “Ermənistanın destruktiv fəaliyyəti nə Rusiyanın, nə də Azərbaycanın marağında deyil. Hazırkı vəziyyət Azərbaycan və Rusiyanı qane etmir. Rusiyanın bu məsələdə vasitəçilik etmək niyyətini Ermənistanın destruktiv fəaliyyətinin qarşısının alınmasına yönəldiyini düşünmək olar. Rusiyada olan topoqrafiya xəritələri sərhədlərin müəyyən olunmasında konstruktiv rol oynaya bilər. Bizim istədiyimiz odur ki, bütün sərhəd zolağı Azərbaycanın nəzarətində olsun. Ona görə də Rusiya tərəfinin təklifini konstruktiv hesab etmək olar”.

İlqar Vəlizadənin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

32
Səməd Seyidov - Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin sədri

Səməd Seyidov: “Şuşa Bəyannaməsinin beynəlxalq əhəmiyyəti artır”

10
(Yenilənib 16:16 23.06.2021)
AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyir ki, Azərbaycana qarşı davam etdirilən terror aktları ilə bağlı məsələ də nümayəndə heyəti tərəfindən qaldırılacaq
Səməd Seyidov: “Jurnalistlərin qətlə yetirilməsi bəşəriyyətə qarşı cinayətdir”

“Azərbaycanla bağlı birbaşa məsələlər olmasa da, nümayəndə heyəti ölkəmizin inkişafı, eləcə də regionda baş verən hadisələr, xüsusilə yenicə imzalanmış Şuşa Bəyannaməsi haqqında AŞPA üzvlərini məlumatlandıracaq”. Sputnik Azərbaycan xəbər verir ki, bu fikirləri Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov qurumun yay sessiyası çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

“Şuşa Bəyannaməsi misilsiz əhəmiyyətə malik tarixi sənəddir. Regional əhəmiyyət daşımaqla bərabər, bu sənədin beynəlxalq əhəmiyyəti artır. Şuşa Bəyannaməsi ilə yeni geosiyasi vəziyyət formalaşır. Sessiya çərçivəsində Azərbaycana qarşı davam etdirilən terror aktları ilə bağlı məsələ də nümayəndə heyəti tərəfindən qaldırılacaq. Mina xəritələri ilə bağlı məsələnin həlli vacibdir. Hətta xəritələr verilsə də, onların nə dərəcədə etibarlı olması, reallığı nə qədər düzgün əks etdirməsi kimi məsələlər sual altındadır. Regionda sülhün bərqərar olması, erməni tərəfinin bu məsələyə nə dərəcədə səmimi yanaşması məsələləri müzakirə olunacaq. Jurnalistlərin qətlə yetirilməsi bəşəriyyətə qarşı cinayətdir. Bu məsələyə xüsusi toxunulacaq”, - deyə S. Seyidov diqqətə çatdırıb.

Səməd Seyidovun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

10
Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev

Şahin Mustafayev: “Ağdam rayonunda ilk növbədə bu istiqamətdə işlər görüləcək”

18
(Yenilənib 15:05 23.06.2021)
Baş nazirin müavini Şahin Mustafayev bildirib ki, su quyularını harada qazmaq lazımdır, bu, digər planlarla necə uzlaşır, müəyyənləşdirilməlidir
Şahin Mustafayev: “Təkliflər sırasında yeni su anbarlarının tikintisi məsələsi var”

“Su resursları yenidən qiymətləndirilməsi çox vacibdir”. Sputnik Azərbaycan xəbər verir ki, bunu bu gün Ağdam şəhərində səfərdə olan Baş nazirin müavini Şahin Mustafayev bildirib.

Baş nazirin müavini deyib ki, hazırkı qiymətləndirmələr təqribidir: “Yeraltı su həcmlərinin dəqiqləşdirilməsi üçün müşahidə, kəşfiyyat quyularının qazılması nəzərdə tutulur, bu quyuların yerləri müəyyən ediləcək. Ağdam rayonunda da ilk növbədə bu istiqamətdə işlər görüləcək. Bu, içməli su baxımından çox vacibdir. Eyni zamanda işğaldan azad olunmuş ərazilərdə yerüstü su ehtiyatlarının da qiymətləndirilməsi zəruridir. Bu məqsədlə artıq 13 hidroloji stansiyanın quraşdırılması nəzərdə tutulur. Bu yerlər də təqribən müəyyən olunub. Amma bu sahədə də əlaqələndirməyə çox böyük zərurət var. Çünki su quyularını harada qazmaq lazımdır, bu, digər planlarla necə uzlaşır, müəyyənləşdirilməlidir. İşğaldan azad olunan ərazilərdə 13 iri çay, 9 su anbarı mövcuddur. Komissiya çərçivəsində də təkliflər var, bu təkliflərin öyrəniləcək. Bu təkliflər sırasında relyefə uyğun yeni su anbarlarının tikintisi məsələsi də var”.

Şahin Mustafayevin fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

18
Охотничье ружье, фото из архива

Lənkəranda qətl hadisəsi: İki nəfər öldürüldü

0
Lənkəranda axşam saatlarında qohumlar hələlik bilinməyən səbəblərdən bir-birilərini qanlarına qəltan ediblər.

BAKI, 23 iyun - Sputnik. Lənkəranda qohumlar arasında qətl hadisəsi baş verib.

Sputnik Azərbaycan-ın bölgə müxbriinin məlumatına əsasən, hadisə Havzava kəndində olub. 

Yerli sakin Seymur Sərraf oğlu Şirinov ov tüfəngi ilə öncə əmisi oğlu Elmar Sərdar oğlu Fərəcovu, sonra isə bibisi nəvəsi Alim Müqabil oğlu Mirzəyevi qətlə yetirib.

Ölənlərin meyitləri Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzinin Lənkəran Rayon Şöbəsinə təhvil verilib.

Hadisənin səbəbləri məlum deyil. Hazırda qətl hadisəsi araşdırılır.

 

0