Professor Türkiyə prezidentinin təsdiqlədiyi sazişin əhəmiyyətini şərh edir

24
(Yenilənib 09:57 16.05.2021)
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov deyir ki, hazırkı əməkdaşlığın prioriteti xarici texnologiyalar vasitəsilə emal sənayesinin inkişaf etdirilməsi ola bilər
Elşad Məmmədov: “Bu saziş əməkdaşlığın dərinləşməsinə istiqamətlənib”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsi ilə Azərbaycan arasında imzalanan daha bir sazişi təsdiqləyib.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov Sputnik Azərbaycan-a deyir ki, Azərbaycan və türkiyə arasında enerji sahəsində əməkdaşlıq indiyə qədər də intensiv şəkildə reallaşdırılırdı: “Saziş də bu əməkdaşlığın daha da dərinləşməsinə istiqamətlənib. Azərbaycan Türkiyədə ən böyük investorlardan biridir. Düşünürəm ki, hazırkı əməkdaşlığın prioriteti xarici texnologiyalar vasitəsilə emal sənayesinin inkişaf etdirilməsi ola bilər. Çünki Azərbaycanın xammal, resurs, o cümlədən intellektual potensialıimkan verir ki, emal sənayesinə investisiya yatırılsın. Bu məsələlərin həlli ölkəmizin xarici siyasətində və Türkiyə ilə qarşılıqlı iqtisadi münasibətlərimizdə mühim rolu oynayır”.

Elşad Məmmədovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

24
Politoloq Elşən Manafov

Politoloq: “Parlament üzvlərinin görüşü əlaqələrin dərinləşdirilməsinə töhfə verir”

4
(Yenilənib 09:52 18.06.2021)
Politoloq Elşən Manafov deyir ki, görüşlər hər iki tərəf üçün hüquqi dövlət quruculuğu prosesində müsbət mənada təsir edir
Elşən Manafov: “Bu görüşləri təbii bir prosesin hissəsi hesab edirəm”

Moskvada Azərbaycan Respublikası Milli Məclisinin və Rusiya Federasiyası Federal Şurasının ikitərəfli əməkdaşlığı üzrə parlamentlərarası komissiyasının 15-ci iclası keçirilib.

Politoloq Elşən Manafov Sputnik Azərbaycan-a deyir ki, iki ölkənin parlament nümayəndələri arasında mütəmadi olaraq belə görüşlərin keçirilməsi ölkələr arası münasibətlər üçün faydalıdır: “Belə görüşlər iki ölkə arasındakı əlaqələrin dərinləşdirilməsinə töhfə verməklə yanaşı regional təhlükəsizliyin təmin dilməsinə də öz təsirini göstərir. Görüşlər parlament nümayəndələri üçün təcrübə mübadiləsi baxımından da önəmlidir. Görüşlər hər iki tərəf üçün hüquqi dövlət quruculuğu prosesində müsbət mənada töhfəsini verir. Bu görüşləri tamamilə təbii bir prosesin hissəsi hesab edirəm”.

Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

4
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev

Nazir müavini: “Onların əlilliyi avtomatik olaraq təyin olunacaq”

21
(Yenilənib 16:16 17.06.2021)
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev deyir ki, Vətən müharibəsi zamanı yaralanmış şəxslər nazirlik nümayəndələri tərəfindən evlərində ziyarət edilir, onların istək və ehtiyacları müəyyənləşdirilir
Hidayət Abdullayev: “Əlillik hüququ almaq istəyirsə, bunun qarşısı alınacaq”

“Bir neçə nəfərin saxta yollarla əlillik dərəcəsi almaq cəhdi Vətən müharibəsi qazilərinin hüquqlarının pozulmasıdır”. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev deyib.

O bildirib ki, bu hüquqa malik olmayan şəxs əlillik hüququ almaq istəyirsə, bunun qarşısı alınacaq: “Bunula belə nazirlik tərəfindən əlil şəxslərin əlillik dərəcəsi ilə təmin edilməsi üçün işlər aparılır. Vətən müharibəsi zamanı yaralanmış şəxslər nazirlik nümayəndələri tərəfindən evlərində ziyarət edilir, onların istək və ehtiyacları müəyyənləşdirilir. Bu siyahılar artıq bizdə var və onların əksəriyyəti, 90 faizdən çoxu ziyarət olunub. Vətən müharibəsində əlil olan şəxslərin də əlilliyi avtomatik olaraq təyin olunacaq”.

Hidayət Abdullayevin fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

21

FHN göldə boğulan hərbçimizin axtarışına başlayıb

0
Kapitan İlham Fərzəliyevin axtarışına FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunub.

 

BAKI, 18 iyun — Sputnik. Fövqəladə Hallar Nazirliyi (FHN) Kəlbəcərdə göldə boğulan hərbçinin axtarışına başlayıb. Sputnik Azərbaycan-ın xəbərinə görə, nazirliyin "112" qaynar telefon xəttinə Kəlbəcər rayonu ərazisində Böyük Alagöl gölündə 1981-ci il təvəllüdlü Fərzəliyev İlham Allahverdi oğlunun batması barədə məlumat daxil olub. FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Qeyd edək ki, dünən Müdafiə Nazirliyinin mətbuat xidmətindən Azərbaycan Ordusunun hərbi qulluqçusu, kapitan Fərzəliyev İlham Allahverdi oğlunun göldə çimərkən boğularaq həlak olması ilə bağlı məlumatı təsdiq ediblər. Bildirilib ki, kapitan İlham Fərzəliyev dünən Kəlbəcər rayonu ərazisində yerləşən Alagöldə çimərkən boğularaq ölüb. Faktla əlaqədar cinayət işi başlanıb, araşdırma aparılır.

Xatırladaq ki, martın 30-da da buna bənzər daha bir faciə baş vermişdi. Azərbaycan ordusunun hərbi qulluqçusu gizir Əliyev Heydər Rövşən oğlu Xocavənd rayonu ərazisində xidmətdən kənar vaxtda göldə çimməyə cəhd göstərən boğularaq ölmüşdü.

Eləcə də oxuyun:

  • Laçında yol qəzasında ölən hərbçilərlə bağlı yeni xəbər var - FOTOLAR

  • Sərhəddə iki hərbçimiz həlak olub

0