CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Teoloq: “Orucluq insanlar arasında sosial bərabərlik yaradır”

© Sputnik / Murad OrujovTeoloq hacı Adil Hüseynoğlu
Teoloq hacı Adil Hüseynoğlu - Sputnik Azərbaycan, 1920, 13.05.2021
Abunə olmaq
Teoloq Hacı Adil Hüseynoğlu deyir ki, Ramazan ayı boyunca oruc tutmuş şəxs acların, yoxsulların vəziyyətini dərk edir və bu onu həmin şəxslərə dəstək verməyə sövq edir
Hacı Adil Hüseynoğlu: “Oruc tutan insan deyir ki, axı mən necə yardım etməyim?!”

“Oruc ictimai ibadətdir və oruc tutan şəxs cəmiyyətin yükünü hiss etməyə başlayır”. Bunu Sputnik Azərbaycan-a açıqlamasında teoloq Hacı Adil Hüseynoğlu deyib.

Teoloq bildirir ki, Ramazan ayının sonundakı fitrə zəkatı da bu ictimai ibadətin bir hissəsidir: “Ramazan ayı boyunca oruc tutmuş şəxs acların, yoxsulların vəziyyətini dərk edir və bu onu həmin şəxslərə dəstək verməyə sövq edir. Cəmiyyətin ehtiyaclı təbəqəsi ehtiyacsız təbəqəsinin nəfəqəsi hesab olunur. Orucluq insanlara bunu öyrədir və bir günlük də olsa, insanlar arasında sosial bərabərlik yaradır. Oruc tutan insan cəmiyyətdəki yoxsulların halını daha yaxşı anlayır və mənəvi olaraq özünü başqalarına yardım etmək üçün hazırlamış olur. Adi vaxtlarda insan yardım etmək üçün bunu çox da dərk edə bilmir. Amma oruc tutan insan deyir ki, axı mən necə yardım etməyim?!”.

Hacı Adil Hüseynoğlunun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0