Müslüm İbrahimov

Professor süni intellektin gələcək ticari proseslərə təsir imkanlarını şərh edir

18
(Yenilənib 17:27 07.05.2021)
Almaniyanın Zigen Universitetinin qonaq professoru Müslüm İbrahimov deyir ki, ölkələr süni intellekt vasitəsilə beynəlxalq ticarət sövdələşmələrini daha da yaxılaşdıra bilərlər
Müslüm İbrahimov: “Süni intellektlə kontentlərin müəyyənləşdirilməsi mümkündür”

Süni intellektin tətbiqi ticarət əməkdaşlığının inkişafında mühüm töhfə verəcək. Bunu nazir Mikayıl Cabbarov Dünya İqtisadi Forumunun Qlobal Texnologiya İdarəetməsi Sammitinin onlayn formatda keçirilən Milli Süni İntellekt Strategiyasının Yaradılması sessiyasında çıxış edərkən deyib.

Almaniyanın Zigen Universitetinin qonaq professoru Müslüm İbrahimov Sputnik Azərbaycan-a deyir ki, süni intellektin alətləri ticarət münasibətlərində aktiv olaraq istifadə edilir: “Əsasən biz onu qlobal əlavə dəyər zəncirlərində rast gəlirik. İlk növbədə gələcək tendensiyaların, istehsal və istehsal sistemlərində olan dəyişikliklərin  və ümumiyyətlə bu dəyər zəncirinin daha effektiv idarə edilməsində müəyyənləşdirilmiş risklərin proqnozlaşdırılması süni inttekt vasitəsilə reallığa çevrilib. Qlobal əlavə dəyər zənciri mürəkkəb bir sistemdir və onun idarə edilməsi proqnozların aparılmasına ehtiyac var. Süni intellekt vasitəsilə əməkdaşlıqların kontentlərinin müəyyənləşdirilməsi mümkündür. Ölkələr süni intellekt vasitəsilə beynəlxalq ticarət sövdələşmələrini daha da yaxılaşdıra bilərlər. Süni intellekt ticarət münasibətlərinin daha da genişləndirilməsinə imkan yarada bilər”.

Müslüm İbrahimovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

18
Politoloq İlqar Vəlizadə

Politoloq: “İki ölkənin qarşıdurması dünya siyasətinə mənfi təsir göstərir”

4
(Yenilənib 17:37 14.06.2021)
Politoloq İlqar Vəlizadə deyir ki, ABŞ-Rusiya anlaşması ikitərəfli münasibətlərlə yanaşı beynəlxalq siyasətə də öz müsbət təsirini göstərə bilər
İlqar Vəlizadə: “Rusiya-ABŞ münasibətləri ən gərgin dövrünü yaşayır”

İyunun 16-da  İsveçrənin Cenevrə şəhərində Rusiya və ABŞ prezidentlərinin görüşü keçiriləcək.

Politoloq İlqar Vəlizadə Sputnik Azərbaycan-a görüş öncəsi iki ölkə arasındakı siyasi vəziyyəti şərh edib.

Politoloq bildirib ki, hazırkı şəraitdə prezidentlərin görüşü çox əhəmiyyətlidir: “Son vaxtlar Rusiya-ABŞ münasibətləri ən gərgin dövrünü yaşayır. Hətta deyərdim ki, bu dövr soyuq müharibə dövründən sonra ən gərgin zamandır. İki ölkənin qarşıdurması dünya siyasətinə də mənfi təsir göstərir. Tərəflər aktual məsələləri müzakirə edib ortaq məxrəcə gələ bilərlər. Bu ikitərəfli münasibətlərlə yanaşı beynəlxalq siyasətə də öz müsbət təsirini göstərə bilər”.

İlqar Vəlizadənin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

4

Millət vəkili: “Əlilliyə haqqı olan insanların haqqı tapdalanıb”

10
(Yenilənib 14:53 14.06.2021)
Millət vəkili Əli Məsimli deyir ki, əlillərin işlə təmin edilməsini, xüsusilə də hər cəhətdən borclu olduğumuz Qarabağ qazilərinin və şəhid ailələrinin işlə təmin edilməsini həyata keçirməliyik
Əli Məsimli: “Əlilliyin müdafiəsinə dair qanunda işləməyən maddələr var”

“Burada 31-60 heç də 3-cü kateqoriyaya, 61-80 ikinci kateqoriyaya aid olmadığı üçün bu qanunun tətbiqi zamanı problemlər əmələ gələcək. Əlillik ətrafında yaranan sosial narazılıqları aradan qaldırmaq üçün bir sıra əlavə dəyişikliklər də edilməlidir”. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Milli Məclisin iclasında “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanuna təklif edilən dəyişikliklərin müzakirəsi zamanı deputat Əli Məsimli deyib.

“Əlilliyin müdafiəsinə dair qanunda işləməyən maddələr var. Bu qanun 3 ildir qəbul olunub. Bu qanunda işləməyən maddələri işlək hala salmaq üçün addımlar atılmalıdır. Əlillərin işlə təmin edilməsini, xüsusilə də hər cəhətdən borclu olduğumuz Qarabağ qazilərinin və şəhid ailələrinin işlə təmin edilməsini həyata keçirməliyik. Saxta əlilliklə bağlı rəqəmlər onu göstərir ki, nazirliyin özündə də bu məsələ ilə bağlı tam təfəkkür yoxdur. Saxta əlilliyi alanla bərabər saxta əlilliyi verənlə bağlı qanunda olan maddə də işləmir. Üçüncüsü, saxta əlillik ləğv olunan zaman xeyli əlilliyə haqqı olan insanların haqqı tapdalanıb. Bunun cavabını kim verəcək?!” – deyə millət vəkili bildirib.

Əli Məsimlinin fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

10
Amerikalı əsgərlər Əfqanıstandan evə dönürlər

Təkcə ruslar gəlməyəcəklər. Amerikalıları yeni güclü oyunçu sıxışdırır

0
Amerikanın nüfuzunun Yaxın Şərq regionunda tamamilə azaldığını demək düz deyil. ABŞ-ın möhkəmlik ehtiyatı əvvəlki kimi çoxdur. Ekspertlər hegemon dövləti bölgədən sıxışdıracaq qüvvə barədə danışırlar.

BAKI, 15 iyun – Sputnik, Sofya Melniçuk. “Çin Yaxın Şərqə göz dikib”,  “Dörd yüz milyard dollarlıq müqavilə nüfuzu artırır”, “Ruslar və çinlilər bizim naharımızı yeyəcəklər” – Amerika qəzetlərinin manşetlərini belə başlıqlar bəzəyir. Hərbçiləri, əgər güclərini zəiflətsələr, Pekinlə Moskvanın onların yerini zəbt edəcəkləri narahat edir. Narahatlıq üçün əsaslar var: Çin – Yaxın Şərq neftinin əsas alıcısı, bir sıra ölkələrin nəhəng iqtisadi partnyorudur, Rusiya olmadan isə siyasi problemləri həll etmək mümkün deyil. ABŞ-ı gerçəkdən kim sıxışdıra bilər – RİA Novosti-nin məqaləsində.

Kömək vakuumu

Mərkəzi komandanlığın rəhbəri general Frenk Makkenzi bu yaxınlarda Yaxın Şərq turnesində demişdi: “Bizim gedişimizdən sonrakı vakuumu ruslarla çinlilər dolduracaqlar”. Vaşinqton diqqətini Şərqi Asiyaya yönəltmək fikrindədir. Bu, husilərlə mübarizədə Vaşinqtona ümid bağlayan səudilərin maraqlarına ziddir”, Makkenzi qeyd etmişdi.

Generalın fikrincə, Pekinin iqtisadi gücünün yayılması və regionda hərbi bazaların yaradılması üzrə məqsədləri uzunmüddətlidir. Rusiya isə havadan müdafiə sistemləri və digər silahlar satmağa hazırdır.

“Tamamilə razıyam ki, Çin diqqətimizi cəlb etməli olduğumuz təhlükədir, - Makkenzi deyib. – Eyni zamanda biz qlobal dövlətik və qlobal düşünməliyik”. General etiraf edib ki, səfəri zamanı yerlilər ondan tez-tez sual edirmişlər: Ştatlar partnyorluğa sadiq qalacaqlarmı və onun köməyinə ümid etmək olarmı.

Şübhəli partnyorluq

Hərbçiləri, yəqin ki, bu yaxınlarda Çin XİN rəhbəri Van İnin Yaxın Şərq bölgəsinə səfəri narahat edib. Apreldə o, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, İran və Türkiyəyə getmişdi. Orada Fələstin-İsrail münaqişəsi, Suriya, Liviya, Yəmən, Körfəz ölkələri arasındakı fikir ayrılıqları barədə danışmışdı.

Nazir hətta konkret təkliflər də vermişdi - əvvəllər belə etməzdi. Məsələn, Çin neft obyektlərinin və dəniz yollarının təhlükəsizliyinin təminatı mexanizmi barədə çoxtərəfli dialoq üçün meydança olmağa hazırdır kimi. Bundan başqa, Van İ ərəb ölkələrinə ÇXR-in daxili işlərinə qarışmadığına və Sinsizyan-Uyğur muxtar vilayətində “antiterror tədbirləri” (Ağ Ev bunu müsəlman xalqlarının genosidi adlandırır) dəstəklədiklərinə görə  təşəkkür edib.

Tehranla 25 il müddətinə neft tədarükü barədə müqavilə imzaladılar. Detallarını bəlli etməsələr də, sənədin qaralamasının hələ ötən il sızdırılması sayəsində bəlli oldu ki, Çin İranın enerji və nəqliyyat infrastrukturuna 400 milyard dollar yatırım etməyə hazırdır.

Müşahidəçilər qeyd edirlər ki, Pekin Yaxın Şərq ölkələri ilə bağlı layihələri açıb-ağartmamağa çalışır. “Bir kəmər – bir yol” təşəbbüsü çərçivəsində müqavilələri digər regionlarda adətən canfəşanlıqla təqdim edirlər. Ancaq Yaxın Şərq ölkələri ilə qarşılıqlı fəaliyyət barədə sənədlərin əksəriyyəti tam olaraq nə çin, nə ingilis, nə də həmin ölkənin yerli dilində dərc olunur.

Digər kəşflər sırasında üztanıma sistemini də hazırlayan, süni intellekti tədqiq edən Çinin SenseTime şirkətinə Əbu-Dabinin Milli Rifah Fondunun investisiyaları barədə də çox az bir şey məlumdur. Çinlilərlə bu sahədə əməkdaşlıq amerikalıları heç də sevindirmir, onlar qorxurlar ki, Pekin bölgədə “avtoritar alətlər”in yayılması ilə məşğuldur.

Yeri gəlmişkən, İran ÇXR-in regionda əsas partnyoru deyil. Səudiyyə Ərəbistanı və İraq neft tədarükündə, ticari dövriyyənin həcmində, birbaşa sərmayə yatırılması və silah alınmasında Tehranı geridə qoyur. Çin silahının Yaxın Şərqdə satışı ABŞ qədər olmasa da, son illərdə nəzərəçarpacaq dərəcədə artıb.

Təhlükəsizliyə cavabdehlər

Çinlilər artıq ənənəvi amerika bazarlarına çıxıblar. Bunu RİA Novosti ilə söhbətində AİM MTU-nun Kompleks Avropa və Beynəlxalq Araşdırmalar Mərkəzinin bölmə müdiri Vasili Kaşin deyib. “Səudiyyə Ərəbistanı Çin silahının nəhəng alıcısına çevrildi. İlk növbədə pilotsuz uçuş aparatları aldılar, orada hətta onu yığan zavod layihəsi də işə salındı. Məhdud sayda ballistik raketlərin tədarükü edildi. Artilleriya da, zirehli texnika da satırlar”.

Pekin regionun bir çox ölkələrinin əsas iiqtisadi partnyoru olsa da və Cibutidə bazaya malik olsa da, hərbi planda ABŞ və Rusiya kimi rol oynamır.

Yaxın Şərqlə əməkdaşlıq etmək də Afrika ilə müqayisədə çinlilərə çətindir, - ekspert deyir. “Burada öz mövqelərini sərt müdafiə edə bilərlər. Hətta təcriddə olan İRan da Pekin öhdəliklərini yerinə yetirməyəndə müqavilələri ləğv edirdi”, - Kaşin söyləyir.

Çinin iqtisadi ekspansiyası amerikalıları cırnadır, ancaq onlar nəyisə dəyişmək gücündə deyillər. Bunu Rusiyanın Beynəlxalq işlər üzrə şurasının Yaxın Şərq layihələri üzrə meneceri Ruslan Məmmədov deyir.

“Bu reallıqda, transformasiyaya uğrayan regional və dünya düzənində hər kəs güzəştə getməli olur”, - o, RİA Novosti ilə söhbətində bildirir.

“Yaxın Şərq ölkələri Çini daha çox pozitiv məcrada qəbul edirlər. Orada anlayırlar ki, onillər boyu hegemon Amerika Birləşmiş Ştatları idi, bu, çoxlarının əl-ayağını bağlayırdı: xarici aktor öz siyasətini yürüdürdü, regiondakılar isə məcburən boyun əyirdilər, - Məmmədov deyir. – Qarşı gəlmək cəhdləri uğursuzluğa düçar idi. Bunun nümunəsi kimi İraqı göstərməık olar. Onun ordusu bölgədə ən böyük idi, Amma ABŞ ölkəni xaosa sürüklədi”.

Digər tərəfdən, Pentaqon nümayəndələrinin bəyanatlarını ciddi addımlara çağırışlar kimi nəzərdən keçirmək lazım deyil, üstəlik, amerikalılar Yaxın Şərqdə Rusiya ilə hələ ki əməkdaşlıq edirlər.

MQİMO-nun Perspektiv Amerika Araşdırmaları Mərkəzinin direktoru Maksim Suçkov isə hesab edir ki, Makkenzi təzə bir şey söyləməyib. “Yaxın Şərqdə əvvəlki həcmdə mövcudluq Vaşinqtonu çətinə salırdı, ancaq Barak Obama ilə Donald Trampın bunu optimallaşdırmaq cəhdləri hərbçilərin müqaviməti ilə rastlaşırdı, - o xatırladır. – Burada peşəkar-şəxsi nüans da var: mərkəzi komandanlıq ənənəvi olaraq ABŞ-ın ən iri hərbi əməliyyatlarının episentrində olurdu və onun rəhbərləri daxili liderliyi Sakit Okean komandanlığına verməyi istəməsə də, Çinin qarşısının alınması tədbirləri özü bunu məntiqi cəhətdən labüd edir. Buradan da Yaxın Şərqin əhəmiyyətinin strateji vacib Çin və Rusiya ilə qarşıdurma mövzusu prizmasından rəhbərliyə çatdırılması cəhdləri doğur”.

Reallıqda nə Moskvanın, nə Pekinin “Amerika stilində” dominantlıq eləmək üçün nə ambisiyaları, nə də resursları var, müsahib deyir. “Müasir dünyada bu heç gərək deyil: yəni amerika təcrübəsi göstərir ki, miqyaslı hərbi mövcudluq avtomatik olaraq xarici siyasi uğura çevrilmir”, - Suçkov deyib.

Ekspert dəqiqləşdirir ki, eyni zamanda Amerikanın nüfuzunun regionda tamamilə azaldığını demək düz deyil. ABŞ-ın möhkəmlik ehtiyatı əvvəlki kimi çoxdur. Ona görə də amerikalı hərbçilər özlərinin Vaşinqtondakı auditoriyalarına Rusiya və Çinin onların naharlarını əllərindən aldıqlarını deyəndə yalan danışırlar.

0