Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Ekspert: “Regionlardakı hava limanlarının potensialından istifadə edə bilməmişik”

© Sputnik / Murad OrujovDAİR Otellər və Restoranlar Assosiasiyası İdarə Heyətinin sədri Samir Dübəndi
DAİR Otellər və Restoranlar Assosiasiyası İdarə Heyətinin sədri Samir Dübəndi  - Sputnik Azərbaycan, 1920, 10.05.2021
Abunə olmaq
DAİR Otellər və Restoranlar Assosiasiyası İdarə Heyətinin sədri Samir Dübəndi deyir ki, xarici ölkələrdən turistlərin birbaşa bu ərazilərə gəlməsini təmin etmək üçün hava limnalrının potensialından istifadə edə bilərik
Samir Dübəndi: “Hava limanlarından regional turizmin inkişafı üçün istifadə edə bilərik”

Füzuli Beynəlxalq Hava Limanı regionun inkişafı üçün vacib infrastruktur layihələrindən biridir. Bunu  Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

DAİR Otellər və Restoranlar Assosiasiyası İdarə Heyətinin sədri Samir Dübəndi Sputnik Azərbaycan-a deyir ki, işğaldan azad edilmiş ərazilərin geniş turizm potensialı var: “Bu baxımdan həmin ərazilərdə hava limanlarlnln qurulması önəmlidir. Gələcəkdə xarici ölkələrdən turistlərin birbaşa bu ərazilərə gəlməsini təmin etmək üçün həmin hava limnalrının potensialından istifadə edə bilərik. Biz həmin hava limnaları vasitəsilə Qarabağa turistlərin üz tutmasını görə biləcəyik. Azərbaycanın regionlarında indiyə qədər də bir neçə hava limanının tikintisi həyata keçirilib. Lakin əfsuslar olsun ki, biz onların potensialından turizm üçün yetərincə istifadə edə bilməmişik. Düşünürəm ki, həmin hava limanlarından da regional turizmin inkişafı üçün istifadə edə bilərik”.  

Samir Dübəndinin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0