Bayden Azərbaycana hərbi yardıma niyə icazə verir politoloq şərhi

38
(Yenilənib 10:40 05.05.2021)
Politoloq Fikrət Sadıxov deyir ki, Azərbaycanın burada bir sıra layihələri həyata keçirməsi, Avropa ölkələri və qərblə münasibətləri ABŞ üçün önəmli amildir
Fikrət Sadıxov: “Baydenin qərarı münasibətlərin inkişafına yönələn addım olacaq”

ABŞ Prezidenti Co Bayden Azərbaycana hərbi yardımın göstərilməsinə icazə verib. Bayden administrasiyası aprelin 26-da “Azadlığa Dəstək Aktı”na 907-ci düzəlişin təxirə salınması barədə Konqresi məlumatlandırıb.

Politoloq Fikrət Sadıxov Sputnik Azərbaycan-a deyir ki, Baydenin bu addımı yeni geo-siyasi maraqlarla bağlıdır: “Cənubi Qafqazda Azərbaycanın rolu kifayət qədər yüksəkdir. Azərbaycanın burada bir sıra layihələri həyata keçirməsi, Avropa ölkələri və qərblə münasibətləri ABŞ üçün önəmli amildir. “Azadlığa Dəstək Aktı”na 907-ci düzəliş konqres tərəfindən hələ o vaxt qəbul olunarkən də, ABŞ dövlət başçıları buna razılıq verməmişdi. Düşünürəm ki, Baydenin bu addımı ABŞ-Azərbaycan münasibətlərin  inkişafına yönələn addımlardan biri olacaq”.

Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

38
Mərkəzi Gömrük Hospitalının terapevti Dr. Nazilə Xəlilbəyova

Yüksək təzyiqi olan bu beş tövsiyəyə riayət etməlidir həkim açıqlayır

11
(Yenilənib 10:35 17.05.2021)
Mərkəzi Gömrük Hospitalının terapevti Nazilə Xəlilbəyova deyir ki, yüksək təzyiqin müxtəlif səbəbləri olduğu üçün ilk növbədə həkimə müraciət edilməlidir
Nazilə Xəlilbəyova: “Yüksək təzyiqi olan insanlar özlərinə diqqət göstərməlidirlər”

2005-ci ildən hər il mayın 17-si Ümumdünya Hipertoniya ilə Mübarizə Liqası və Beynəlxalq Hipertoniya Cəmiyyətinin təşəbbüsü ilə Ümumdünya Arterial Hipertoniya ilə Mübarizə Günü qeyd edilir.

Sputnik Azərbaycan Hipertoniya ilə Mübarizə Günündə Mərkəzi Gömrük Hospitalının terapevti Nazilə Xəlilbəyovadan yüksək təzyiqi olan insanların yerinə yetirməli olduqları beş tövsiyəni soruşub.

Nazilə Xəlilbəyova deyib ki, yüksək təzyiq olan insanlar özlərinə xüsusi diqqət göstərməlidir: “İlk tövsiyəm budur ki, yüksək təzyiqi olan insanlar mütləq həkimə müraciət etməlidir. Çünki yüksək təzyiqin müxtəlif səbəbləri var. Aydınlaşdırılmalıdır bu təzyiq osteoxondroz, ürək, ya böyrək problemi ilə əlaqəlidir. İkinci məsləhətim odur ki, insanlar qida rasiyonuna fikir versinlər və gecə vaxtı çox yeməsinlər. Həmçinin təmiz havada gəzinti, idman hərəkətləri edilməsi tövsiyə edilir. Yüksək daşıyıcısı olan insanlar stresdən uzaq olmalıdır. Digər ən vacib məqam isə yuxu rejiminə diqqət edilməsidir”.

Nazilə Xəlilbəyovanın fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

11
Yaxın Şərq məsələləri üzrə ekspert Vüqar Zifəroğlu

Ekspert: “Onlar manipulyasiyalar etməklə təsir qüvvələrini artırmaq istəyirlər”

30
(Yenilənib 10:18 17.05.2021)
Yaxın Şərq məsələləri üzrə ekspert Vüqar Zifəroğlu deyir ki, bu münaqişədən öz maraqları üçün istifadə etmək istəyən üçüncü tərəflər həmişə olub.
Vüqar Zifəroğlu: “Tərəflər münaqişənin idarə olunan səviyyədə qalmasında maraqlıdır”

ABŞ Prezidenti Co Bayden İsrail Baş naziri Benyamin Netanyahu və Fələstin lideri Mahmud Abbasla telefonla danışıb. Telefon danışığı zamanı Netanyahu ölkəsinin mülki şəxslərə zərər vermək istəmədiyini bildirib.

Yaxın Şərq məsələləri üzrə ekspert Vüqar Zifəroğlu Sputnik Azərbaycan-a deyir ki, İsrail-Fələstin münaqişəsi Yaxın Şərq tarixinin ən qədim və ağrılı münaqişəsidir: “Son baş verənlər bundan əvvəlkilərdən xeyli fərqlənir. Uzun zaman idi ki, tərəflər arasında bu miqyasda silahlı toqquşmalar baş vermirdi. Münaqişənin belə davam etməsi narahatlıq doğurur.  Bu münaqişədən öz maraqları üçün istifadə etmək istəyən üçüncü tərəflər həmişə olub. Prosesin gedişindən görürük ki, həmin qüvvələr indi də var. Onlar münaqişə ətrafında manipulyasiyalar etməklə təsir qüvvələrini artırmaq istəyirlər. Ona görə də digər dövlətlərin bu prosesdən kənarda qalmasını deyə bilmərik. Amma mənim fikrimcə, münaqişə ilə bağlı proseslər bundan sonra səngiyəcək. Son açıqlamalar da göstərir ki, tərəflər münaqişənin idarə olunan səviyyədə qalmasında maraqlıdır”.

Ekspertin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz.

Eləcə də oxuyun:

İsraildə faciə üstünə faciə: onlarla adam sinaqoqda xəsarət aldı - VİDEO

Papa nəhayət Fələstin-İsrail qarşıdurmasına münasibət bildirdi

İsrail HƏMAS üzvlərinin evlərinə zərbələr endirdi

30
Teqlər:
ABŞ, münaqişə, Qəzza, İsrail
Hamilə qadın, arxiv şəkli

"Uşaqların yerini deməyəcəm" - sığınacaq rəhbəri

0
"Uşaqların yerini deməyəcəm. Çünki dərhal qadının izini itirə bilərlər. Bizdə necədir? Dərhal deyiləcək ki, belə bir şey yoxdur. Bu səbəbdən ərazinin adını açıqlamayacağam" - Kəmalə Ağazadə

 

BAKI, 17 may — Sputnik, Nigar İsgəndərova. "Azərbaycan Uşaqlar Birliyi"nin sədri Kəmalə Ağazadə sosial şəbəkə hesabında 4 uşaqla bağlı paylaşım edib. Paylaşımdan uşaqları baxımsız vəziyyətdə olduqları görünür.

Birlik sədri Sputnik Azərbaycan-a açıqlamasında sabahdan bu məsələylə bağlı ona göndərilən ünvana baş çəkəcəyini deyib: "Həmin ərazidə yaşayanlar bu fotonu mənə göndərdilər ki, 4 azyaşlıya dəstək olun. Mənə verilən məlumata görə, qadın artıq 5-ci uşağa hamilədir. Mənə bildiriblər ki, ər deyilən şəxs ümumiyyətlə ortalıqda görünmür, qadının səhərdən axşamadək harada olduğu da bəlli deyil, uşaqlar da səfil vəziyyətindədirlər, qonşular nəsə versə, yeyərlər. Hətta deyilənlərə görə, uşaqlar neçə dəfə elektrik şitinin altından çıxarılıb".

"Uşaqların yerini deməyəcəyəm. Çünki dərhal qadının izini itirə bilərlər. Bizdə necədir? Dərhal deyiləcək ki, belə bir şey yoxdur. Bu səbəbdən ərazinin adını açıqlamayacağam", - deyə o əlavə edib.

Eləcə də oxuyun:

* Sosial şəbəkədə fotosu ilə məşhurlaşan Ayanın problemi var

Kimsəsiz uşaqlar tibbi müayinədən keçirildilər

İnsanlara doğru uzanan bu əlləri birdəfəlik necə "kəsməliyik"?

 

0
Teqlər:
Kəmalə Ağazadə, baxımsız, hamilə, ana, uşaq, sığınacaq