İqor Korotçenko

İqor Korotçenko: “Qeyri-qanuni silahlı qüvvələr Ermənistana göndərilməlidir”

72
(Yenilənib 10:06 04.05.2021)
Rusiyanın “Milli Müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko deyir ki, silahlı erməni döyüşçüləri tərəfindən hər hansı təxribat törədilərsə, bunların qarşısı Rusiya sülhməramlı qüvvələri tərəfindən alınmalıdır
İqor Korotçenko: “Seçki mübarizəsində istifadə etmək üçün təxribatlar gözlənilir”

“Erməni silahlı birləşmələri Qarabağ bölgəsinin hazırda Rusiya sülhməramlılarının nəzarətində olan hissəsini tərk etməlidir”. Bunu Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində keçirilən mətbuat konfransında Rusiyanın “Milli Müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko deyib.

“Ermənistan silahlı qüvvələrini və ya qeyri-qanuni silahlı qüvvələri təmsil etməsindən asılı olmayaraq bütün qüvvələr tərksilah edilməli və Ermənistana göndərilməlidir. Təhlükəsizliyin əsas prinsipi Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən çıxarılmasıdır. Bu zaman ərzində silahlı erməni döyüşçüləri tərəfindən hər hansı təxribat törədilərsə, bunların qarşısı Rusiya sülhməramlı qüvvələri tərəfindən alınmalıdır. Bunun üçün həm hərbi, həm də siyasi təzyiq metodlarından istifadə etmək lazımdır. Eyni zamanda Laçın dəhlizində yüklərin və insanların hərəkətini tənzimləmək lazımdır. Bu, bölgədəki gömrük prosedurları elə qurulmalıdır ki, Azərbaycanın səlahiyyətli strukturları kimin gəlib-getdiyini başa düşsün. Növbəti mərhələdə görüləcək iş isə erməni əhalisinin Azərbaycanın hüquq dairəsinə inteqrasiyası, azərbaycanlı qaçqınların geri qayıtması və iki icmanın birgə yaşayışını təmin etməkdir. Ermənistanda seçki öncəsi qeyri-sabitlik yaratmaq və bundan seçki mübarizəsində kart kimi istifadə etmək üçün təxribatlar gözlənilir”.

İqor Korotçenkonun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

72

Professor Türkiyə prezidentinin təsdiqlədiyi sazişin əhəmiyyətini şərh edir

15
(Yenilənib 09:57 16.05.2021)
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov deyir ki, hazırkı əməkdaşlığın prioriteti xarici texnologiyalar vasitəsilə emal sənayesinin inkişaf etdirilməsi ola bilər
Elşad Məmmədov: “Bu saziş əməkdaşlığın dərinləşməsinə istiqamətlənib”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsi ilə Azərbaycan arasında imzalanan daha bir sazişi təsdiqləyib.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov Sputnik Azərbaycan-a deyir ki, Azərbaycan və türkiyə arasında enerji sahəsində əməkdaşlıq indiyə qədər də intensiv şəkildə reallaşdırılırdı: “Saziş də bu əməkdaşlığın daha da dərinləşməsinə istiqamətlənib. Azərbaycan Türkiyədə ən böyük investorlardan biridir. Düşünürəm ki, hazırkı əməkdaşlığın prioriteti xarici texnologiyalar vasitəsilə emal sənayesinin inkişaf etdirilməsi ola bilər. Çünki Azərbaycanın xammal, resurs, o cümlədən intellektual potensialıimkan verir ki, emal sənayesinə investisiya yatırılsın. Bu məsələlərin həlli ölkəmizin xarici siyasətində və Türkiyə ilə qarşılıqlı iqtisadi münasibətlərimizdə mühim rolu oynayır”.

Elşad Məmmədovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

15
İqtisadçı-ekspert Fuad İbrahimov

Ekspert Asiya İnkişaf Bankının Azərbaycanla bağlı proqnozlarını şərh edir

14
(Yenilənib 16:25 08.05.2021)
İqtisadçı ekspert Fuad İbrahimov deyir ki, hazırda ölkəmizdə geniş quruculuq işlərinin aparılması da ÜDM-dəki artımda öz rolunu oynayacaq
Fuad İbrahimov: “Strateji valyuta ehtiyyatlarının artacağı ilə proqnoz əsaslıdır”

Asiya İnkişaf Bankının (AİB) yenilənmiş proqnozların əsasən gələn il Azərbaycanda inflyasiyanın yavaşlayacağı, ölkəmizin strateji valyuta ehtiyatlarının və ümumdaxili məhsulun artacağı gözlənilir.

İqtisadçı ekspert Fuad İbrahimov Sputnik Azərbaycan-a deyir ki, AİB-in proqnozlarına nəzər salsaq, burada maraqlı məqamlara rast gələ bilərik: “İnflyasiya ilə bağlı proqnozlarda bu il ərzində baş vermiş qiymət dəyişiklikləri də nəzərə alınıb. Stimullaşdırıc tədbirlərin görülməsi ilə bu proqnozların özünü doğrultmasını görə bilərik. Strateji valyuta ehtiyyatlarının artacağı ilə proqnoz isə əsaslıdır. Biz pandemiya dövründə də bunun artımını gördük. Gəlirlərin optimal idarə edilməsi bununla nəticələndi. Qeyd edilməli məqamlardan biri də ÜDM-nin artımı ilə bağlıdır. Biz post-müharibə dövrünü yaşayırıq. Hazırda ölkəmizdə geniş quruculuq işlərinin aparılması da ÜDM-dəki artımda öz rolunu oynayacaq”.

Fuad İbrahimovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

14

İsraillilər dua edərkən tribuna çökdü - VİDEO

0
(Yenilənib 23:05 16.05.2021)
İsrailin Givat-Zeev yaşayış məntəqəsində sinaqoqun tribunası çöküb, xeyli adam yaralanıb. Hadisə yerindən video sosial şəbəkələrdə yayılıb.

KİV-in məlumatına görə, hadisə zamanı yaralananların sayı artıq 160 nəfəri ötüb. İki nəfərin həlak olduğu deyilir. Daha altı nəfərin vəziyyəti ağırdır. 

Hüquq mühafizə orqanları dini ayin keçirilən zaman bütün təhlükəsizlik qaydalarına riayət olunub-olunmamasını araşdırır.

0
Teqlər:
yaralılar, çökmə, tribuna, sinaqoq, İsrail