CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ekspert: "Biz bunu etməsək, məsələ qeyri-sağlam qüvvələr tərəfindən idarə oluna bilər"

© Sputnik / Murad OrujovОтветственный секретарь Общественного совета при министерстве образования Ильгар Оруджев
Ответственный секретарь Общественного совета при министерстве образования Ильгар Оруджев - Sputnik Azərbaycan, 1920, 02.05.2021
Abunə olmaq
Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov Sputnik Azərbaycan-a deyir ki, şagirdlər ilkin dini bilikləri düzgün əldə etməsələr, həmin məlumatları xurafata və fanatizmə meylli insanlardan alacaqlar.
İlqar Orucov: “Orta məktəblərdə din dərslərinin keçilməsi doğrudur”

Ciddi mütəxəssislər tərəfindən dinlər tarixi və ixlas bilgisi adlı kitab hazırlamaq lazımdır. Əks təqdirdə bu boşluq daha da genişlənəcək və gənclərimiz zərərli dini düşüncələrə gedəcəklər”. Bunu Milli Məclisin iclasında deputat Etibar Əliyev deyib.

Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov Sputnik Azərbaycan-a deyir ki, Azərbaycan dünyəvi dövlətdir və dinlə bağlı məsələlərin daha sağlam müstəvidə tənzimlənməsi ilə bağlı dövlətin mövqeyi birmənalı olaraq dəstəklənməlidir: “Orta məktəblərdə din dərslərinin müəyyən çərçivə daxilində keçilməsi doğrudur. Şagirdlər ilkin dini bilikləri düzgün əldə etməsələr, həmin məlumatları xurafata və fanatizmə meylli insanlardan alacaqlar. Bu isə dövlət və cəmiyyət üçün zərərlidir. Mən dinlə bağlı təhsilin və tədrisin dövlət tərəfindən tənzimlənməsinin tərəfdarıyam. Bu baxımdan şagirdlər üçün keçilməli olan dini dərslər, mövzular müvafiq qurumlarla razılaşdırılmalıdır. Biz bu işi etməsək, bu məsələ qeyri-sağlam qüvvələr tərəfindən idarə oluna bilər”.

İlqar Orucovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0