Politoloq: “Azərbaycanın İsraildə səfirliyi açıla bilər”

107
(Yenilənib 09:45 01.05.2021)
Politoloq İlqar Vəlizadə deyir ki, Azərbaycanın azad edillmiş ərazilərində geniş bərpa-quruculuq işləri aparılır və İsrail buna böyük maraq göstərir
İlqar Vəlizadə: “Bu əməkdaşlıq regional əhəmiyyət daşıyacaq”

“Azərbaycan İsrailin dövlətinin müttəfiqi, dostu və enerji resurslarlarının ən böyük təchizatçısıdır”. Bunu İsrailin xarici işlər naziri Qabi Aşkenazi İsrail-Azərbaycan Hökumətlərarası komissiyasının ikinci iclasında bildirib.

Politoloq İlqar Vəlizadə Sputnik Azərbaycan-a deyir ki, Azərbaycan-İsrail münasibətləri bütün dövrlərdə olduğu kimi indi də aktiv inkişaf edir: “Bizim əməkdaşlığımız ənənəvi və digər sahələrdə fəal şəkildə davam edir. Qarşıdakı illərdə bu əməkdaşlıq yeni çalarlar qazanacaq və regional əhəmiyyət daşıyacaq. Hazırda Azərbaycanın azad edillmiş ərazilərində geniş bərpa-quruculuq işləri aparılır və İsrail də buna böyük maraq göstərir. Qeyd etmək istərdim ki, qarşıdakı dövrdə Azərbaycanın İsraildə səfirliyi açıla bilər”.

Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

107
Qafqaz tarixi mərkəzinin direktoru, siyasi icmalçı, Rizvan Hüseynov

Tarixçi: “Azərbaycan Sovet ordusunu silahlarla təmin edirdi”

8
(Yenilənib 10:07 09.05.2021)
Qafqaz Tarixi Mərkəzinin direktoru Rizvan Hüseynov deyir ki, Azərbaycan xalqı həm öz cəsarəti, həm də sərvəti ilə bu müharibənin qələbə ilə başa çatmasında önəmli rol oynayıb
Rizvan Hüseynov: “Vətən müharibəsindəki qələbə daha parlaq və önəmlidir”

 “Biz illərdir ki, ikinci dünya müharibəsindəki qələbəni sevinclə qeyd edirik. Çünki bu qələbənin qazanılmasında Azərbaycanın və azərbaycanlıların böyük rolu olub”. Bunu Sputnik Azərbaycan-a açıqlamasında Qafqaz Tarixi Mərkəzinin direktoru Rizvan Hüseynov deyib.

Tarixçi bildirib ki, postsovet ölkələri arasında nisbət baxımından ən çox canlı qüvvə ilə bu müharibədə iştirak edən və itki verən ölkələrdən biri Azərbaycandır: “Baxmayaraq ki, müharibə bizim sərhədlərimizdən uzaqda baş verirdi, ancaq Azərbaycan xalqı həm öz cəsarəti, həm də sərvəti ilə bu müharibənin qələbə ilə başa çatmasında önəmli rol oynayıb. Eyni zamanda Azərbaycan Sovet ordusunu silahlarla təmin edirdi, burada bir çox reaktiv silahlar istehsal edilirdi. Amma bizim nəzərimizdə ötən il Azərbaycanın zəfəri ilə başa çatan Vətən müharibəsindəki qələbə daha parlaq və önəmlidir”.

Qeyd edək ki, bu gün alman faşizmi üzərində tarixi qələbədən 76 il keçir. 1941-ci il iyunun 22-də Hitler Almaniyası Azərbaycanın da daxil olduğu SSRİ-yə hücum edib. Müharibə 1945-ci il mayın 9-da — Berlindəki Reyxstaq binası üzərindən faşizm bayrağının endirilməsi və SSRİ-nin bayrağının sancılması ilə başa çatıb.

Rizvan Hüseynovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

8
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu

Politoloq: “Qarabağla bağlı yeni təşəbbüslər Azərbaycanın maraqlarına cavab vermir”

27
(Yenilənib 11:41 08.05.2021)
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyir ki, Türkiyənin Cənubi Qafqazda, Azərbaycan və Qarabağda maraqlarının olması post-müharibə dövründə də özünü göstərir
Elxan Şahinoğlu: “Önəmli olan Lavrovun Bakı səfərində nə təklif edəcəyidir”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı baş tutub. Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Sputnik Azərbaycan-a deyir ki, Qarabağla bağlı hansısa yeni təşəbbüslər Azərbaycanın maraqlarına cavab vermir: “Biz bu məsələni böyük ölçüdə həll etmişik. Ərdoğan və Putin arasında baş tutmuş telefon danışığını müsbət qiymətləndirirəm. Aydın olur ki, Rusiya gedən proseslər barədə davamlı şəkildə Türkiyəni məlumatlandırır. Rusiya anlayır ki, Türkiyə regional oyunçuya çevrilib. Türkiyənin Cənubi Qafqazda, Azərbaycan və Qarabağda maraqlarının olması post-müharibə dövründə də özünü göstərir. Fransa çox istəyərdi ki, Türkiyə Qarabağ ətrafında gedən proseslərdən kənarda qalsın. İndi önəmli olan Lavrovun Bakı səfərində nə təklif edəcəyidir”.

Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

27

Bu gün 25 mindən çox insan vaksin vurdurub

0
Birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 1 005 678, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 681 719 nəfər təşkil edir.

BAKI, 9 may - Sputnik. Azərbaycanda bu gün 25 625 nəfər vaksinasiya olunub.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Qeyd olunub ki, gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 710, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 21 915 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 1 687 397, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 1 005 678, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 681 719 nəfər təşkil edir.

0