CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Natəvan Həsənova: “İnternetə çıxışı əlçatan etmək istəyirik”

© Photo : Courtesy of Natavan Hasanova“Azərkosmos”un departament meneceri Natəvan Həsənova
“Azərkosmos”un departament meneceri Natəvan Həsənova - Sputnik Azərbaycan, 1920, 24.04.2021
Abunə olmaq
“Azərkosmos” ASC-nin departament meneceri Natəvan Həsənova deyir ki, Xəzər gəmiçiliyinə, neft-qaz platformalarına peyk interneti xidmətləri təklif edilib.
Natəvan Həsənova: “Bəzi ərazilərdə internetə çıxış ümumiyyətlə yoxdur”

“Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti (ASC) Azərbaycanda peyk üzərindən yüksəkkeyfiyyətli və etibarlı internet təmin etmək məqsədilə “Azconnexus” peyk interneti platformasını istifadəyə verib.

Sputnik Azərbaycan istinadən xəbər verir ki, “Azərkosmos” ASC-nin departament meneceri Natəvan Həsənova İTV xəbərə açıqlamasında internet həllərinin uzun müddətdir həyata keçirildiyini bildirib: “Xəzər gəmiçiliyinə, neft-qaz platformalarına bu xidmətlər təklif edilib. Quruda isə bəzi ərazilərdə internetə çıxış ümumiyyətlə yoxdur. Biz həmin ərazilərdə yerləşən biznes fəaliyyəti ilə məşğul olan sahibkarlıq formalarına peyk internetini təklif edirik. Bununla da həmin subyektlər üçün internetə çıxışı əlçatan etmək istəyirik”.

Natəvan Həsənovanın fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0