Həkim Adil Qeybulla

Koronavirusdan vaxt xilas olacağıq professor danışır

90
(Yenilənib 09:51 23.04.2021)
Professor, həkim Adil Qeybulla deyir ki, vaksinasiya və immunizasiyanın getməsinə baxmayaraq yoluxma artır
Adil Qeybulla: “İnfeksiyanın tədricən yoxa çıxması müşahidə ediləcək”

“25-59 yaşlılarda koronavirusa yoluxma faizi qorxuducu şəkildə artır. Amma bununla belə dünya qarşıdakı aylarda qlobal pandemiyanı nəzarət altına almaq imkanına malikdir”. Bunu ÜST-ün baş direktoru Tedros Adanom Qebreyesus deyib.

Professor, həkim Adil Qeybulla Sputnik Azərbaycan-a deyir ki, yoluxma sayında sürətli artım demək olar dünyanın hər yerində qeydə alınır: “Vaksinasiya və immunizasiyanın getməsinə baxmayaraq yoluxma da artır. Ancaq düşünürəm ki, bu pik nöqtənin enişi də olacaq. Biz kollektiv immunitetə doğru gedirik. Bu isə cəmiyyətin infeksiyaya qarşı həssaslığının itməsi ilə nəticələnəcək. Bir müddət sonra isə infeksiyanın tədricən yoxa çıxması müşahidə ediləcək”.

Professorun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

90
Teoloq hacı Adil Hüseynoğlu

Pandemiya İslam aləmində hansı fəsadlara yol açıb teoloq danışır

11
(Yenilənib 15:40 07.05.2021)
Teoloq Hacı Adil Hüseynoğlu deyir ki, bir çox hallarda müasir texnologiya, insanların iqtisadi durumunun yaxşılaşması arxayınlıq yaradır və inancın soyumasına gətirib çıxarır.
Hacı Adil Hüseynoğlu: “Pandemiyanın fəsadları İslam aləmindən də yan keçməyib”

“Pandemiya bütün dünya üçün olduğu kimi, İslam aləmi üçün də sınaq dövrüdür”. Bunu Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində keçirilmiş mətbuat konfransında teoloq Hacı Adil Hüseynoğlu deyib.

Teoloqun sözlərinə görə, müxtəlif dövrlərdə olduğu kimi Allah insanları pandemiya ilə sınağa çəkir: “Bu xəstəliklər insanların özünə qayıdışı üçün oyanış yaradır. Bir çox hallarda müasir texnologiya, insanların iqtisadi durumunun yaxşılaşması arxayınlıq yaradır və inancın soyumasına gətirib çıxarır. Pandemiya göstərdi ki, bütün texnologiyalar Allahın qüdrətinin qarşısında acizdir. Pandemiyanın fəsadları İslam aləmindən də yan keçməyib. Biz görürük ki, artıq kütləvi ibadət ənənələri uzun müddətdir ki, dayandırılıb. Bu da insanlar arasında öz mənfi təsirini qoyur”.

Hacı Adil Hüseynoğlunun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

11
Naqif Həmzəyev- Milli Məclisin Gəncədən seçilmiş üzvü

Millət vəkili: “Gürcüstan Azərbaycan üçün vacib rol oynamağa davam edəcək”

34
(Yenilənib 21:38 06.05.2021)
Milli Məclisin deputatı Naqif Həmzəyev deyir ki, Zəngəzur dəhlizinin açılması gündəmdə olsa da, Gürcüstan həmişə Azərbaycan üçün vacib rol oynamağa davam edəcək
Naqif Həmzəyev: “Gürcüstan Azərbaycan üçün önəmlidir”

“Bizim enerji və nəqliyyat layihələri kimi birgə layihələrin icrası üzrə yaxşı tariximiz var. Bu layihələr regionun siyasi, iqtisadi, nəqliyyat və energetika xəritəsini dəyişmişdir”. Bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 5-də ölkəmizdə səfərdə olan Gürcüstanın Baş naziri İrakli Qaribaşvilini qəbul edərkən deyib.

Gürcüstan Baş nazirinin səfərini  Sputnik Azərbaycan-a  şərh edən Milli Məclisin deputatı Naqif Həmzəyev deyib ki, Gürcüstan Azərbaycanla tərəfdaş ölkədir və iqtisadi əlaqələrimiz yaxşı səviyyədədir: “Gürcüstanda bizim çoxsaylı soydaşlarımız yaşayır. Bu baxımdan da Gürcüstan Azərbaycan üçün önəmlidir. Azərbaycanın reallaşdırdığı bütün regional layihələr Gürcüstan üzərindən keçib. Başqa bir alternativ isə Zəngəzur dəhlizinin açılması ola bilər. Ancaq düşünürəm ki, Gürcüstan həmişə Azərbaycan üçün vacib rol oynamağa davam edəcək”.

Naqif Həmzəyevin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

34
Şuşada konsert, arxiv şəkli

Şuşada "Xarıbülbül" musiqi festivalı keçiriləcək

0
32 ildən sonra Cıdır düzündə keçiriləcək budəfəki "Xarıbülbül" musiqi festivalı Heydər Əliyev Fondu tərəfindən təşkil olunur

BAKI, 7 may — Sputnik. Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində "Xarıbülbül" musiqi festivalı keçiriləcək.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Heydər Əliyev Fondundan məlumat verilib.

Bildirilib ki, Şuşanın rəmzi olan gülün adını daşıyan "Xarıbülbül" musiqi festivalı ilk dəfə 1989-cu ilin may ayında Şuşanın əsrarəngiz Cıdır düzündə təşkil olunub.

32 ildən sonra Cıdır düzündə keçiriləcək budəfəki "Xarıbülbül" musiqi festivalı Heydər Əliyev Fondu tərəfindən təşkil olunur. Hazırda festivala son hazırlıq işləri görülür.

Festival çərçivəsində Cıdır düzündə Azərbaycanda yaşayan müxtəlif xalqların musiqi yaradıcılığı "Azərbaycan musiqisində multikulturalizm" mövzusunda təqdim ediləcək, xalq mahnıları və klassik musiqidən ibarət proqram təşkil olunacaq.

0