SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Qismət Gözəlov: “Media sahəsində əməkdaşlıq vacib istiqamətdir”

© Photo : REPORTTürkdilli Dövlətlərin Əməkdaşlıq Şurası Baş katibinin müavini Qismət Gözəlov
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası Baş katibinin müavini Qismət Gözəlov - Sputnik Azərbaycan, 1920, 19.04.2021
Abunə olmaq
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası Baş katibinin müavini Qismət Gözəlov deyir ki, indiyə qədər təşkilat çərçivəsində bu sahədə əməkdaşlıq üzrə 4 sənəd imzalanıb
Qismət Gözəlov: “Bu sahənin nə qədər vacib olmasına Vətən müharibəsində şahid olduq”

“Türk Şurası Media və İnformasiya nazirləri və qurum rəhbərlərinin 3-cü iclasının Bakıda keçirilməsi təşəbbüsü təşkilata sədrlik edən Azərbaycan tərəfindən irəli sürülmüşdü”. Sputnik Azərbaycan xəbər verir ki, bunu Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası Baş katibinin müavini Qismət Gözəlov deyib.

“Məqsəd üzv ölkələr arasında işbirliyi mexanizmini daha da möhkəmləndirməkdən ibarət idi. İndiyə qədər təşkilat çərçivəsində bu sahədə əməkdaşlıq üzrə 4 sənəd imzalanıb. Ümumiyyətlə media sahəsində əməkdaşlıq üzv ölkələr üçün vacib istiqamətdir. Bu sahənin nə qədər zəruri və vacib olmasına 44 günlük Vətən müharibəsində şahid olduq. Düşünürəm məhz bunun nəticəsi idi ki, iki ölkə arasında media platforması quruldu. Digər tərəfdən də məqsəd məhz bu əməkdaşlıq ruhunu, bu dinamizmi digər ölkələr arasında da inkişaf etdirməkdən ibarətdir. İclasın yekunlarına gəlincə isə, üzv ölkələrimiz arasındaki mövcud əməkdaşlıq mexanizmi daha da gücləndirilərək, Koordinasiya Şurası yaradıldı, 2021-2022-ci illər üzrə Fəaliyyət Planı qəbul edildi” – deyə Qismət Gözəlov bildirib.

Qismət Gözəlovun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0