Hemofiliyalı xəstələrin durumunu dəyişən qərar: "O dövrə qədər çox pis idi"

71
(Yenilənib 16:15 16.04.2021)
Hemofiliya Xəstələrin Respublika Assosiasiyasının sədri Ayaz Hüseynov deyir ki, dərman preparatları ilə təmin edildikdən sonra hemofiliyalı pasiyentlərin sağlamlıq durumları 180 dərəcə dəyişib
Ayaz Hüseynov: “Yeganə problemimiz müalicə yeri ilə bağlı idi”

“Hemofiliyalı xəstələrin sayı 1704 nəfərə çatıb”. Bunu Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində keçirilən tədbirdə Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının sədri Ayaz Hüseynov deyib.

O bildirib ki, iki il ərzində pasiyentlərin sayında artım müşahidə edilir: “2005-ci ildən bu yana pasiyentlər dərman preparatları ilə təmin edilirlər. O dövrə qədər pasiyentlərimizin vəziyyəti çox pis idi. Dərman preparatları ilə təmin edildikdən sonra hemofiliyalı pasiyentlərin sağlamlıq durumları, demək olar ki, 180 dərəcə dəyişdi. Bundan sonra yeganə problemimiz müalicə yeri ilə bağlı idi. Regionlarda müalicə yeri yox idi. Hazırda dərman preparatları regionlara verilir və xəstələr vaxt itirmədən onlarla təmin olunurlar”.

Ayaz Hüseynovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz.

71
Teqlər:
dərman, vəziyyət, hemofiliya

Politoloq: “Bir çox hallarda müsəlmanları radikal dindarlarla səhv salırlar”

44
(Yenilənib 16:10 17.05.2021)
Politoloq Fikrət Sadıxov deyir ki, əgər bir dinin nümayəndələri radikallığa yol verirsə, bunun da müəyyən səbəbləri var
Fikrət Sadıxov: “Müsəlmanların Avropada məskunlaşması avropalıların özlərindən asılıdır”

“Avropada islamofobiyanın sürətlə yayılması qitədə yaşayan milyonlarla müsəlmanın təhlükəsizliyinə ciddi təhdidlər yaradır”. Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Quran-i Kərim oxumağa həsr olunmuş müsabiqə iştirakçıları qarşısında çıxış edərkən bildirib.

Politoloq Fikrət Sadıxov Sputnik Azərbaycan-a deyir ki, islamafobiya son illər Avropada geniş yayılmış bir tendensiyadır: “Bunun arxasında müəyyən iqtisadi, siyasi və dini motivlər dayanır. Bir çox hallarda müsəlmanları radikal dindarlarla səhv salırlar. Amma eyni zamanda qeyd etməliyik ki, əgər bir dinin nümayəndələri radikallığa yol verirsə, bunun müəyyən səbəbləri var. Bir mənalı şəkildə demək olmaz ki, başqa dinlərdə radikallar yoxdur. Avropada ya bunu dərk etmirlər, ya da belə bir münasibət nümayiş etdirirlər ki, müsəlmanların sayı azalsın. Müsəlmanların Avropada məskunlaşması avropalıların özlərindən də asılıdır. Ona görə bu səbəbləri araşdırıb aradan qaldırmaq lazımdır”.

Fikrət Sadıxovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

44
Mərkəzi Gömrük Hospitalının terapevti Dr. Nazilə Xəlilbəyova

Yüksək təzyiqi olan bu beş tövsiyəyə riayət etməlidir həkim açıqlayır

32
(Yenilənib 10:35 17.05.2021)
Mərkəzi Gömrük Hospitalının terapevti Nazilə Xəlilbəyova deyir ki, yüksək təzyiqin müxtəlif səbəbləri olduğu üçün ilk növbədə həkimə müraciət edilməlidir
Nazilə Xəlilbəyova: “Yüksək təzyiqi olan insanlar özlərinə diqqət göstərməlidirlər”

2005-ci ildən hər il mayın 17-si Ümumdünya Hipertoniya ilə Mübarizə Liqası və Beynəlxalq Hipertoniya Cəmiyyətinin təşəbbüsü ilə Ümumdünya Arterial Hipertoniya ilə Mübarizə Günü qeyd edilir.

Sputnik Azərbaycan Hipertoniya ilə Mübarizə Günündə Mərkəzi Gömrük Hospitalının terapevti Nazilə Xəlilbəyovadan yüksək təzyiqi olan insanların yerinə yetirməli olduqları beş tövsiyəni soruşub.

Nazilə Xəlilbəyova deyib ki, yüksək təzyiq olan insanlar özlərinə xüsusi diqqət göstərməlidir: “İlk tövsiyəm budur ki, yüksək təzyiqi olan insanlar mütləq həkimə müraciət etməlidir. Çünki yüksək təzyiqin müxtəlif səbəbləri var. Aydınlaşdırılmalıdır bu təzyiq osteoxondroz, ürək, ya böyrək problemi ilə əlaqəlidir. İkinci məsləhətim odur ki, insanlar qida rasiyonuna fikir versinlər və gecə vaxtı çox yeməsinlər. Həmçinin təmiz havada gəzinti, idman hərəkətləri edilməsi tövsiyə edilir. Yüksək daşıyıcısı olan insanlar stresdən uzaq olmalıdır. Digər ən vacib məqam isə yuxu rejiminə diqqət edilməsidir”.

Nazilə Xəlilbəyovanın fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

32

"Eurovision-2021": Azərbaycan təmsilçisi finala yüksəldi

34
Rotterdamda 16 ölkədən olan nümayəndələrin iştirakı ilə beynəlxalq mahnı müsabiqəsinin birinci yarımfinalı keçirilib.

BAKI, 19 may — Sputnik. Azərbaycanın "Eurovision-2021" beynəlxalq mahnı müsabiqəsindəki təmsilçisi Samirə Əfəndi (Efendi) mayın 22-də Ahoy zalının səhəsində keçiriləcək finala yüksəlib.

Mayın 18-i gecə saatlarında Rotterdamda müsabiqənin birinci yarımfinalı keçirilib. Yarımfinalda 16 ölkənin - Azərbaycan, Litva, Sloveniya, Rusiya, İsveç, Avstraliya, Şimali Makedoniya, İrlandiya, Kipr, Norveç, Xorvatiya, Belçika, İsrail, Rumıniya, Ukrayna və Maltanın nümayəndələri iştirak ediblər.

Samirə Efendi "Mata Hari" mahnısı ilə 14-cü çıxış edib.

Builki müsabiqənin şüarı “Open up!”-dır. İkinci yarımfinal mayın 20-də keçiriləcək.

Xatırladaq ki, Azərbaycan təmsilçiləri artıq bir dəfə bu mötəbər müsabiqənin qalibi olublar. 2011-ci ildə Eldar Qasımov - Nigar Camal cütlüyü bu uğura imza atıb.

34