CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda yeni domenləri əsasən kimlər alır – İT ekspert danışır

© Sputnik / Murad OrujovİT məsələləri üzrə ekspert Vahid Qasımov
İT məsələləri üzrə ekspert Vahid Qasımov  - Sputnik Azərbaycan, 1920, 07.04.2021
Abunə olmaq
İT məsələləri üzrə ekspert Vahid Qasımov deyir ki, hazırda “az” domeni altında xeyli sayda mərc oyun saytları peyda olmağa başlayıb
Vahid Qasımov: “Şirkətlər isə domenləri alırlar, bəzən heç istifadə etmirlər”

2021-ci ilin əvvəlindən Azərbaycanda qeydiyyata alınmış domen adlarının sayı 3 715-ə çatıb.

İT məsələləri üzrə ekspert Vahid Qasımov Sputnik Azərbaycan-a deyir ki, bu sayda domenin hansı məqsədlər üçün qeydiyyatdan keçirilməsini dəqiq demək çətin olar, ancaq bu domenlərin əsasən koorperativ məqsədlər üçün alındığını ehtimal edir: “Yeni layihələr və şirkətlər üçün domenlərin alındığını düşünürəm. Digər səbəb isə, mənim fikrimcə, hansısa beynəlxalq layihələrin Azərbaycan variantının yaradılmasıdır. Hazırda “az” domeni altında xeyli sayda mərc oyun saytları peyda olmağa başlayıb. Amma bunun çoxluğu təşkil etdiyini deməzdim. Yeni şirkətlər Vergilər Nazirliyində qeydiyyatdan keçir. Bu şirkətlər isə domenləri alırlar, bəzən heç istifadə etmirlər”.

Vahid Qasımovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0