Ekspert Aydın Quliyev

Siyasi şərhçi: “Zəngəzur dəhlizi yeni kommunikasiya imkanları açır”

34
(Yenilənib 00:17 03.04.2021)
Siyasi şərhçi Aydın Quliyev deyir ki, bu dəhlizin açılması Ermənistanın xarici siyasətinin və siyasi reallıqlara baxışının dəyişməsinə səbəb olacaq
Aydın Quliyev: “Zəngəzur dəhlizi regionu yeni mərhələyə çıxardır”

“Müharibə başa çatdı, münaqişə tarixdə qaldı. Yeni imkanlar yarandı. Onların arasında hesab edirəm ki, ən vacibi nəqliyyat imkanlarıdır. Bu gün biz artıq Zəngəzur dəhlizi üzərində çox fəal çalışırıq”. Bu barədə Prezident İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının videokonfrans formatında keçirilən qeyri-formal Zirvə görüşündə çıxışında bildirib.

Siyasi şərhçi Aydın Quliyev Sputnik Azərbaycan-a deyir ki, Zəngəzur dəhlizi region dövlətləri arasında inteqrasiya və əməkdaşlığı yeni bir mərhələyə çıxardır:

 “Eyni zamanda bu dəhliz geosiyasi və geostrateji baxımdan mövcud olmayan yeni kommunikasiya imkanları açır. Xüsusən də, bu dəhlizin açılması Ermənistanın xarici siyasətinin və siyasi reallıqlara baxışının dəyişməsinə səbəb olacaq. Zəngəzur dəhlizi digər ölkələrlə yanaşı, həm də Ermənistana lazımdır”.

Aydın Quliyevin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

34
“Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev

Əliməmməd Nuriyev: “Yeni şəxslərin məsuliyyətə cəlb olunması gözləniləndir”

17
(Yenilənib 17:08 09.04.2021)
Korrupsiyaya Qarşı Mübarizə üzrə QHT-lərin Məlumat və Əməkdaşlıq Şəbəkəsinin koordinatoru Əliməmməd Nuriyev deyir ki, Azərbaycanda korrupsiyaya qarşı mübarizənin fasiləsiz şəkildə davam etdirildiyini görə bilərik
Əliməmməd Nuriyev: “Hesablama Palatası öz işini peşəkar şəkildə görür”

Baş Prokurorluq Hesablama Palatasının hesabatında göstərilən bəzi məlumatlara münasibət bildirib. Qeyd edilib ki, Milli Elmlər Akademiyasının fəaliyyətində aşkar edilmiş qanun pozuntuları ilə əlaqədar Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanmış və hazırda istintaq aparılır.

Korrupsiyaya Qarşı Mübarizə üzrə QHT-lərin Məlumat və Əməkdaşlıq Şəbəkəsinin koordinatoru Əliməmməd Nuriyev Sputnik Azərbaycan-a deyir ki, Azərbaycanda korrupsiyaya qarşı mübarizənin fasiləsiz şəkildə davam etdirildiyini görə bilərik: “Biz görürük ki, bu mübarizə çərçivəsində yeni-yeni şəxslər həbs edilir. Bu da prosesin davamlı olduğunu göstərir. Hesablama Palatası tərəfindən yeni faktların təqdim edilməsi və yoxlamalar nəticəsində aşkar edilən müxtəlif korrupsiya halları ilə bağlı Baş Prokurorluğa müraciət edilməsi göstərir ki, prosesdə yeni çalarları ortaya çıxacaq. Bunun nəticəsi olaraq yeni şəxslərin məsuliyyətə cəlb olunması gözləniləndir. Hesab edirəm ki, Hesablama Palatası öz işini peşəkar şəkildə görür”.

Əliməmməd Nuriyevin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

17

Neft qiymətləri necə dəyişəcək - professor açıqlayır

21
(Yenilənib 01:23 09.04.2021)
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov deyir ki, qiymətlər artarsa, hasilat bir qədər də artacaq.
Elşad Məmmədov: “Neft hasilatının azaldılması hələ də inzibati yollarla tənzimlənir”

OPEC+ sazişi üzrə neft hasilatının artırılması 2021-ci ildə tələbatın artması fonunda mülayim görünür. Bunu Fransanın Beynəlxalq və Strateji Münasibətlər İnstitutunun baş elmi işçisi Fransis Perren deyib.

OPEC və təşkilata daxil olmayan ölkələrin nazirlərinin aprelin 1-də keçirilən görüşü neft qiymətlərinə müsbət təsir göstərib. Belə ki “Brent” və “WTI markalı neftin qiymətləri 3-4 faiz artıb. “Brent” həftəni 64,84 dollar/barel, WTI 61,45 dollar/barel həddində bağlayıb.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov Sputnik Azərbaycan-a deyir ki, neft bazarında qiymətlərin dəyişkənliyi gözləniləndir: “Yaxın gələcəkdə qiymətlərin 60-65 dollar civarında formalaşmasının şahidi olacağıq. Çünki qiymətlərin kəskin artımı üçün müvafiq fundamental baza yoxdur. Neft hasilatının azaldılması hələ də inzibati yollarla tənzimlənir. Qiymətlər artarsa, hasilat bir qədər də artacaq. O baxımdan yaxın müddətli perspektivdə qiymətlərin artımı gözlənilmir”.

Elşad Məmmədovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

21
Mövzu:
Neft qiymətləri ətrafındakı ajiotaj
Nyu-Yorkda Tayms-skver meydanı, arxiv şəkli

Məşhurlar Nyu-York küçələrini podiuma çevirdilər - FOTO

0
Kadrlardan görünür ki, İrina Şeyk, Bella Hadid, Naomi Kempbell, Eşli Qrem, Liya Kebede, Helena Kristensen və Alek Uek Nyu-York küçələrini əsl podiuma çeviriblər.

BAKI, 10 aprel — Sputnik. Nyu-Yorkda "Michael Kors Collection"ın nümayişi keçirilib.

Sputnik Azərbaycan xarici mediaya istinadən xəbər verir ki, pandemiya ilə əlaqədar olaraq tədbir rəqəmsal formatda baş tutub: modellərin yürüşü video qeydiyyata alınıb, ictimaiyyətə isə daha sonra təqdim ediləcək.

​Amma buna baxmayaraq, "Michael Kors Collection"dan ilk fotolar mediaya sızıb. Kadrlardan görünür ki, İrina Şeyk, Bella Hadid, Naomi Kempbell, Eşli Qrem, Liya Kebede, Helena Kristensen və Alek Uek Nyu-York küçələrini əsl podiuma çeviriblər.

​Dünyaca məşhur modellərin bir araya toplaşması nadir hadisə hesab olunur. Ona görə də şounun çox yaddaqalan olacağı barədə proqnozlar verilib.

0
Teqlər:
Nyu-York, moda