QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Politoloq: “Ermənistandan təzminatın alınması bir neçə formada həyata keçirilə bilər”

Politoloq Elşən Manafov - Sputnik Azərbaycan, 1920, 02.04.2021
Abunə olmaq
Politoloq Elşən Manafov deyir ki, Azərbaycan Haaqa Konvensiyasının Protokollarına qoşulan ölkələrdən biridir və bu protokollar işğalçı tərəfi vurduğu ziyanlara görə təzminata məsul edir
Elşən Manafov: “İşğal nəticəsində bölgənin flora və faunası məhv edilib”

“Ermənistanın təcavüzkar işğalçı siyasəti Azərbaycanın sosial-iqtisadi həyatına külli miqdarda ziyan vurulub”. Bunu Sputnik Azərbaycan-a açıqlamasında politoloq Elşən Manafov deyib.

Politoloq bildirir ki, işğal nəticəsində dağıntılar törədilməklə yanaşı, bölgənin flora və faunası məhv edilib: “Bu gün Azərbaycana vurulan ziyan milyardlarla ölçülür. İşğal və təcavüz nəticəsində Azərbaycan vurulmuş ziyanın ödənilməsi təbii ki, beynəlxalq hüquq normaları əsasında həllini tapmalıdır. Azərbaycan Haaqa Konvensiyasının Protokollarına qoşulan ölkələrdən biridir və bu protokollar işğalçı tərəfi vurduğu ziyanlara görə təzminata məsul edir. Beynəlxalq hüququn qüvvədə olan normativ aktları əsasında təzminatın ödənilməsi bir neçə formada həyata keçirilə bilər”.

Qeyd edək ki, illi Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nizami Səfərov mətbuata açıqlamasında Azərbaycana vurulmuş ziyanın ödənilməsi ilə bağlı BMT çərçivəsində müəyyən hüquqi səlahiyyətlərin olduğunu və bununla bağlı müraciətlər ediləcəyini bildirib.

Elşən Manafovun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

 

 

Xəbər lenti
0