Adil Qeybulla

Artıq xəstəliyi iki dəfə keçirən şəxslər var - professor pandemiyanın yeni dalğası barədə

17
(Yenilənib 10:15 30.03.2021)
Professor, həkim Adil Qeybulla deyir ki, insanlar əvvəlki ştamlara yoluxaraq immunitet qazanıb, ancaq yeni ştamla yenidən yoluxmalar müşahidə olunur
Adil Qeybulla: “Yoluxmaların səbəbi davam edən mutasiyalardır”

Dünyanın əksər ölkələrində olduğu kimi Azərbaycanda da COVID-19 virusuna yoluxma halları artmaqdadır. Mütəxəssislər vəziyyətin bu dəfə daha ciddi oduğunu bildirərək, hər kəsi ehtiyatlı olmağa çağırır.

Professor, həkim Adil Qeybulla Sputnik Azərbaycan-a deyir ki, yoluxmaların səbəbi davam edən mutasiyalardır:

“Virus mutasiya ilə yeni xüsusiyyətlər qazanır. İnsanlar əvvəlki ştamlara yoluxaraq immunitet qazanıb, ancaq yeni ştamla yenidən yoluxmalar müşahidə olunur. Artıq xəstəliyi iki dəfə keçirən şəxslər var. Virusun əvvəlki ştamları uşaqlarda, gənclərdə əlamətsiz formada keçdiyi halda indi onlarda da özünü göstərir”.

Adil Qeybullanın geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

17

Politoloq: “Bəzi siyasi dairələr Azərbaycanla münasibətlərin inkişafını istəmir”

170
(Yenilənib 21:24 15.04.2021)
Politoloq İlqar Vəlizadə deyir ki, Azərbaycan həmişə Fransa ilə münasibətlərin inkişaf etdirilməsində maraqlı olub
İlqar Vəlizadə: “Onlar lobinin maraqlarına cavab verən addımlar atırlar”

“Bəli, Fransa separatçıların tərəfində idi və bu, həqiqətdir. Müharibə zamanı bir neçə dəfə bu barədə açıq fikirlərimi bildirmişdim və bu, əlbəttə ki, qeyri-münasib idi”. Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev aprelin 13-də ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı konfransdakı çıxışında deyib.

Politoloq İlqar Vəlizadə Sputnik Azərbaycan-a deyir ki, Azərbaycan-Fransa münasibətləri uzun illərdir inkişaf edir: “Ölkəmiz Fransa üçün regionda ən vacib iqtisadi tərəfdaşdır. Azərbaycan Fransa şirkətlərinin də iştirak etdiyi irimiqyaslı layihələr həyata keçirir. Bu da Avropanın enerji təhlükəsizliyinə böyük töhfədir. Azərbaycan həmişə Fransa ilə münasibətlərin inkişaf etdirilməsində maraqlı olub. Lakin Fransadakı bəzi təsirli siyasi dairələr bunu istəmirlər. Təəssüflər olsun ki, onlar erməni lobbisinin təsiri altında olan qüvvələrdir. Onlar lobinin maraqlarına cavab verən addımlar atırlar. Belə olan halda münasibətlər ziddiyyyətli fonda inkişaf edir”.

İlqar Vəlizadənin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

170

Hemofiliyalı xəstələrin durumunu dəyişən qərar: "O dövrə qədər çox pis idi"

14
(Yenilənib 16:15 16.04.2021)
Hemofiliya Xəstələrin Respublika Assosiasiyasının sədri Ayaz Hüseynov deyir ki, dərman preparatları ilə təmin edildikdən sonra hemofiliyalı pasiyentlərin sağlamlıq durumları 180 dərəcə dəyişib
Ayaz Hüseynov: “Yeganə problemimiz müalicə yeri ilə bağlı idi”

“Hemofiliyalı xəstələrin sayı 1704 nəfərə çatıb”. Bunu Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində keçirilən tədbirdə Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının sədri Ayaz Hüseynov deyib.

O bildirib ki, iki il ərzində pasiyentlərin sayında artım müşahidə edilir: “2005-ci ildən bu yana pasiyentlər dərman preparatları ilə təmin edilirlər. O dövrə qədər pasiyentlərimizin vəziyyəti çox pis idi. Dərman preparatları ilə təmin edildikdən sonra hemofiliyalı pasiyentlərin sağlamlıq durumları, demək olar ki, 180 dərəcə dəyişdi. Bundan sonra yeganə problemimiz müalicə yeri ilə bağlı idi. Regionlarda müalicə yeri yox idi. Hazırda dərman preparatları regionlara verilir və xəstələr vaxt itirmədən onlarla təmin olunurlar”.

Ayaz Hüseynovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz.

14
Teqlər:
dərman, vəziyyət, hemofiliya
FTX

FTX Ukraynanın Peterburqdakı konsulunu saxlayıb

0
(Yenilənib 15:58 17.04.2021)
Ukrayna xarici işlər nazirliyi isə yaxın vaxtlarda konsulun Vətənə qaytarılması məsələsinin həll ediləcəyini bəyan edib

BAKI, 17 aprel — Sputnik. Ukraynanın Peterburqdakı konsulu Aleksandr Sosonyuk rusiyalı bir şəxsdən "qapalı" məlumatlar alarkən yaxalanıb. Sputnik Azərbaycan Rusiya mediasına istinadən xəbər verir ki, söhbət güc nazirliklərinin informasiya bazasına daxil olan məlumatlardan gedir.

"Hazırda o Ukraynanın diplomatik nümayəndəliyindədir. Yaxalanmanın təfərrüatları araşdırılır. Mövcud təcrübə və qarşılıqlılıq prinsipi əsasında Ukrayna tərəfi cavab hazırlayır", - deyə Ukrayna XİN mətbuat katibi Oleq Nikolayenko bildirib.

Federal təhükəsizlik xidmətinin (FTX) məlumatında qeyd olunur ki, Sosonyukun fəaliyyəti "Rusiyaya qarşı düşmənçilik xarakterlidir və diplomatik işçi statusu ilə bir araya sığmır". O uzun illərdir ki Rusiyada çalışıb: Ukraynanın Peterburqdakı konsulluğununu internet saytında onun 2012-ci ilin oktyabrından burada işləməsi barədə qeyd var.

FTX məlumatında o da qeyd olunur ki, Sosonyuk beynəlxalq hüquq normalarına uyğun olaraq cəzalandırılacaq.

Rusiya prezidenti yanında millətlərarası münasibətlər şurasının rəyasət heyətinin üzvü Boqdan Bespalkonun qənaətinə görə, konsul Rusiyadan qovula bilər. O həmçinin Sankt-Peterburqdakı konsulluğun ümumiyyətlə bağlanmasını da istisna etməyib.

Ukrayna xarici işlər nazirliyi isə yaxın vaxtlarda konsulun Vətənə qaytarılması məsələsinin həll ediləcəyini bəyan edib.

"Yaxın vaxtlarda biz onun Vətənə qaytarılması məsələsini həll edəcəyik. Bizim diplomatımızın Rusiya hüquq-mühafizə orqanlarının onun haqqında iddia etdiyi hərəkətlərlə heç bir əlaqəsi yoxdur", -deyə Ukrayna xarici işlər nazirinin müavini Yevgeni Yenin bildirib.

Xatırladaq ki, diplomatlar çalışdıqları ölkələrdə toxunulmazlıq statusuna malik olurlar. Eyni zamanda Vyana konvensiyası diplomatik nümayəndələrin qanunları pozduğu və ya düşmənçilik xarakterli hərəkətlərə yol verdiyi təqdirdə olduqları dövlətin onları ölkədə qalmaq hüququndan məhrum etməsini də nəzərdə tutur.

0