Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) dosenti Elşən Bağırzadə

Ekspert: “Füzulidə tikilən hava limanı özünü doğruldacaq”

106
(Yenilənib 18:08 16.03.2021)
İqtisad üzrə fəlsəfə doktoru Elşən Bağırzadə deyir ki, əgər reallaşarsa, region ölkələrini bir-biri ilə əlaqələndirəcək nəqliyyat qovşağı da buradan keçəcək
Elşən Bağırzadə: “Bu hava limanı turist qəbulunda da əhəmiyyətli rol oynayacaq”

Füzuli Beynəlxalq Hava Limanının uçuş-eniş zolağının uzunluğu 3 kilometr, eni isə  60 metr olacaq. Bu barədə işğaldan azad edilmiş Füzuli rayanunda səfərdə olan gürcü jurnalistlərə məlumat verilərkən bildirilib.

İqtisad üzrə fəlsəfə doktoru Elşən Bağırzadə Sputnik Azərbaycan-a deyir ki, Füzulidə tikilən hava limanı Bakı, Naxçıvan və Türkiyəni birləşdirən yolun üzərində yerləşəcək:

“Eyni zamanda əgər reallaşarsa, region ölkələrini bir-biri ilə əlaqələndirəcək nəqliyyat qovşağı da buradan keçəcək. Bu hava limanı turist qəbulunda da əhəmiyyətli rol oynayacaq. Düşünürəm ki, ilk mərhələdə bu hava limanının tikilməsi doğru qərar idi. Qarşıdakı yaxın illərdə Qarabağın inkişafında bu limanın böyük rolu olacaq. Bu liman digər nəqliyyat yolları ilə birləşərək özünü doğruldacaq”.

Elşən Bağırzadənin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

106

Bu işlərin görülməsi Azərbaycanda işsizliyi azaldacaq ekspert açıqlayır

16
(Yenilənib 18:38 11.04.2021)
İqtisadçı ekspert Fuad İbrahimov deyir ki, işğaldan azad edilmiş ərazilərdə qruculuq işlərinin aktiv şəkildə davam etdirilməsi çox sayda iş yerlərinin açılmasına səbəb olacaqdır
Fuad İbrahimov: “Vaksinasiyanın sürətlənməsi iqtisadi fəallığı artıracaq”

Beynəlxalq Valyuta Fondunun (BVF) yenilənmiş proqnozuna əsasən, bu il Azərbaycanda işsizlik səviyyəsi 5,8% təşkil edəcək. Gələn il isə bu göstəricinin cüzi azalaraq 5,7%-ə bərabər olacağı gözlənilir.

İqtisadçı ekspert Fuad İbrahimov Sputnik Azərbaycan-a deyir ki, pandemiyanın dünya iqtisadiyyatına ziyan vurması işsizlik ordusunun yaranmasına səbəb olub: “Dünya iqtisadiyyatında bu problemin aradan qaldırılması üçün böyük zaman lazımdır. Azərbaycan haqqında danışdıqda onu deyə bilərəm ki, vaksinasiya prosesinin getdikcə sürətlənməsini görürük. Bu da özlüyündə iqtisadi fəallığın artması ilə nəticələnəcək. Eyni zamanda mövsümi işlərlə bağlı sahələrin yenidən bərpa olunması da işsizlik statistikasının azalmasına təsir edəcək. Xüsusən də işğaldan azad edilmiş ərazilərdə quruculuq işlərinin aktiv şəkildə davam etdirilməsi çox sayda iş yerlərinin açılmasına səbəb olacaqdır”.

Fuad İbrahimovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

16
Adil Qeybulla

Koronavirusa yoluxma üçün kişilər arasında daha ağır keçir professor şərh edir

48
(Yenilənib 23:32 10.04.2021)
Professor, həkim Adil Qeybulla deyir ki, kişilər arasında ölüm halları çox olur və onlar xəstəliyi də ağır keçirirlər.
Adil Qeybulla: “Bu genetik və hormonal faktorlarla bağlı ola bilər”

“Statistikaya əsasən, koronavirusa yoluxma kişilər arasında qadınlara nisbətən daha ağır keçir”. Bunu Sputnik Azərbaycan-a açıqlamasında professor, həkim Adil Qeybulla deyib.

Professor bildirib ki, bunun özünəməxsus səbəbləri var: “Kişilər arasında ölüm halları çox olur və onlar xəstəliyi də ağır keçirirlər. Kişilərdə yuxarı tənəffüs yollarının zədələnməsinə daha çox rast gəlinir. Bu, genetik və hormonal faktorlarla bağlı ola bilər. Bunun dəqiq bir izahı yoxdur. Hazırda çalışmalar davam etdirilir və aparılan araşdırmalar bir nəticə verəcək”.

Adil Qeybullanın geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

48
Teqlər:
kişilər, yoluxma, Koronavirus
Mövzu:
Yeni tip koronavirus pandemiyası
Bakı metrosunda

"Bakı Metropoliteni"ndə yeni əsaslarla qurulur

0
Təmir-baxış qanovlarında müasir idarəetmə sisteminin tətbiqi, kommutasiya sistemi mərkəzləşmiş formada yeni əsaslarla qurulur

 

BAKI, 12 aprel — Sputnik. "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin "Nərimanov" elektrik deposunda qatarların baxış-təmir sahələrində daha bir texniki yenilik tətbiq edilir. Əsaslı təmir edilərək yenidən qurulan bu sahələrin fəaliyyətinin optimallaşdırılması istiqamətində innovativ tədbirlərin həyata keçirilməsi istiqamətində mühüm işlər görülür. Bu barədə "Bakı Metropoliteni" QSC-dən Sputnik Azərbaycan-a verilən məlumatda bildirilib.

Qeyd olunub ki, qanovlarda qatarların hərəkətini təmin edən 825 V-luq kontakt şəbəkəsi yenidən qurulur. Başqa sözlə, şəbəkədə kommutasiya sisteminin müasirləşməsi üzrə işlər aparılır.

Məsələnin aydın olması üçün qeyd edək ki, baxış-təmir qanovlarında qatarlar 825 V-luq sabit gərginliyi olan yollardakı kimi təmas relsindən deyil, qanovlar yerləşən sahənin tavanında quraşdırılmış təmas şəbəkəsindən alır. Bu isə təhlükəsizlik qaydalarının tələbindən irəli gələn bir məsələdir.

1966-cı ildən fəaliyyətdə olan depoda kommutasiya sisteminin dəyişdirilməsi onun daha müasir və etibarlı sistemlə əvəz edilməsi deməkdir. Bununla iş şəraiti də müasir dövrün tələbinə uyğunlaşdırılır. Görülən tədbirlərlə kontakt şəbəkəsi elementləri də yenilənməklə gücləndirilir və qanovlara yüksək gərginliyin verilməsi prosesi tam avtomatlaşdırılır.

Yeni sistemin tətbiqi ilə hər qanov qarşısında xüsusi təyin edilmiş dolablar qoyulub. Bununla baxış-təmir qanovunda dayanmış qatara sabit gərginlik verilməsi üçün çevirici qolları fırlamaq əvəzinə, sadəcə, komanda düyməsini sıxmaq yetərlidir.

Layihə İtaliyanın "Ropla" şirkəti ilə əməkdaşlıq şəraitində həyata keçirilir. Hazırda 10 qanovda yüksək gərginlik şəbəkəsinin bütün avadanlıqları, idarəetmə dolabları quraşdırılıb və sistem istifadəyə verilib. Daha 7 qanovda işlərin aparılması üçün hazırlıq tədbirləri davam etdirilir və bu, qanovların əsaslı təmiri prosesi ilə paralel aparılır.

İşlər bununla tamamlanmır. Bütün qanovlarda yeni sistem eyni mərkəzdən idarə olunacaq. Bu istiqamətdə tədbirlər davam etdirilir. İdarəetmə mərkəzində iş başında olan operator otağı tərk etmədən qatarların istənilən baxış-təmir qanovuna gərginliyin verilib-çıxarılmasını avtomatik yerinə yetirə biləcək.

0