Ülvi Mehdiyev: “Şəhid övladlarının Türkiyədə təhsil alması ilə bağlı danışıqlar aparılıb”

20
(Yenilənib 18:08 16.03.2021)
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev deyir ki, səfərin məqsədi “YAŞAT” Fondu ilə eyni vəzifələri daşıyan Türkiyənin vəqflərı arasında əməkdaşlıq əlaqələrinin qurulmasıdır
Ülvi Mehdiyev: “Fondunun məqsədləri barədə müfəssəl məlumat verilib”

“Türkiyəyə səfərimizin məqsədlərindən biri Azərbaycanın “YAŞAT” Fondu ilə eyni vəzifələri daşıyan Türkiyənin vəqflərı arasında əməkdaşlıq əlaqələrinin qurulmasıdır. Bu sahədə uğurlu və məhsuldar görüşlər keçirdik”. Sputnik Azərbaycan xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev deyib.

“Türkiyə Silahlı Qüvvələrinin nəzdində fəaliyyət göstərən fondlarla konkret məsələlər ətrafında səmərəli müzakirələr aparıldı. O cümlədən şəhid övladlarının Türkiyədə təhsil alması və qazilərin müalicəsi ilə bağlı danışıqlar aparılıb. Səfər çərçivəsində Türkiyədə fəaliyyət göstərən azərbaycanlı iş adamları ilə keçirilən görüşdə də “YAŞAT” Fondunun strateji məqsəd və məramları barədə müfəssəl məlumat vermək fürsəti olub” – deyə Ü.Mehdiyev bildirib.

Qeyd edək ki, bir müddət öncə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyevin rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyə Respublikasında səfər edib.

Ülvi Mehdiyevin fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

20
Filologiya elmləri doktoru, professor Qulu Məhərrəmli

Professor: ““Media haqqında” qanunla bağlı ortada xeyli suallar var”

6
(Yenilənib 09:49 13.04.2021)
BDU-nun jurnalistika fakültəsinin professoru Qulu Məhərrəmli deyir ki, qanunu cilalamaq və işlək hala gətirmək bu gün çox vacibdir
Qulu Məhərrəmli: “Mediamızın əsas problemlərindən biri peşəkar fəaliyyətin qurulmasıdır”

“Media haqqında” yeni qanun layihəsi medianın inkişafına imkan verəcək”. Bunu Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) informasiya və media üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin 3-cü toplantısında çıxış edən zaman deyib.

BDU-nun jurnalistika fakültəsinin professoru Qulu Məhərrəmli Sputnik Azərbaycan-a deyir ki, “Media haqqında” qanunla bağlı ortada xeyli suallar var və onların ictimai müzakirəyə çıxarılacağı gözlənilir: “Əvvəlki qanunda o qədər dəyişikliklər edilmişdi ki, qanunun mahiyyəti təhrif edilərək tanınmaz hala düşmüşdü. Ona görə də qanunu cilalamaq və işlək hala gətirmək bu gün çox vacibdir. Azərbaycan mediasının əsas problemlərindən biri mövcud söz azadlığı çərçivəsində peşəkar fəaliyyətin qurulması məsələsidir. Medianın iqtisadi fəaliyyətinin qanunverici əsasının cilalanması da önəm kəsb edir”.

Qulu Məhərrəmlinin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

6

Bu işlərin görülməsi Azərbaycanda işsizliyi azaldacaq ekspert açıqlayır

21
(Yenilənib 18:38 11.04.2021)
İqtisadçı ekspert Fuad İbrahimov deyir ki, işğaldan azad edilmiş ərazilərdə qruculuq işlərinin aktiv şəkildə davam etdirilməsi çox sayda iş yerlərinin açılmasına səbəb olacaqdır
Fuad İbrahimov: “Vaksinasiyanın sürətlənməsi iqtisadi fəallığı artıracaq”

Beynəlxalq Valyuta Fondunun (BVF) yenilənmiş proqnozuna əsasən, bu il Azərbaycanda işsizlik səviyyəsi 5,8% təşkil edəcək. Gələn il isə bu göstəricinin cüzi azalaraq 5,7%-ə bərabər olacağı gözlənilir.

İqtisadçı ekspert Fuad İbrahimov Sputnik Azərbaycan-a deyir ki, pandemiyanın dünya iqtisadiyyatına ziyan vurması işsizlik ordusunun yaranmasına səbəb olub: “Dünya iqtisadiyyatında bu problemin aradan qaldırılması üçün böyük zaman lazımdır. Azərbaycan haqqında danışdıqda onu deyə bilərəm ki, vaksinasiya prosesinin getdikcə sürətlənməsini görürük. Bu da özlüyündə iqtisadi fəallığın artması ilə nəticələnəcək. Eyni zamanda mövsümi işlərlə bağlı sahələrin yenidən bərpa olunması da işsizlik statistikasının azalmasına təsir edəcək. Xüsusən də işğaldan azad edilmiş ərazilərdə quruculuq işlərinin aktiv şəkildə davam etdirilməsi çox sayda iş yerlərinin açılmasına səbəb olacaqdır”.

Fuad İbrahimovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

21
Bakıda yağışlı hava

Temperatur 25 dərəcəyədək artacaq: həftəlik proqnoz

0
(Yenilənib 12:23 13.04.2021)
Aprel ayının birinci ongünlüyü hava küləkli keçsə də, temperatur normadan yüksək olubAprel ayının birinci ongünlüyü hava küləkli keçsə də, temperatur normadan yüksək olub

BAKI, 13 aprel — Sputnik. Azərbaycan ərazisində bu həftə ərzində gözlənilən hava şəraiti açıqlanıb.

Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, bu gün ölkə ərazisində hava şəraiti qeyri-sabit və bəzi yerlərdə yağıntılı keçsə də, aprelin 14-ü günün ikinci yarısında yağıntıların kəsilməsi gözlənilir: "Sonrakı üç gün ərzində xoş yaz havası müşahidə olunacaq. Hava əsasən yağmursuz keçəcək, zəif külək əsəcək. Bakı və Abşeron yarımadasında havanın temperaturu 16-18, rayonlarda isə 23-25 dərəcəyə kimi yüksələcək. Aprel ayının birinci ongünlüyü hava küləkli keçsə də, temperatur normadan yüksək olub. Hətta bəzi günlərdə iqlim norma göstəricilərindən 7-9 dərəcə yüksəlib".

0
Teqlər:
həftə, hava proqnozu