Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin nümayəndəsi Elməddin Quliyev

Bu standartlara riayət etməyənlər cərimələnəcəklər - Elməddin Quliyev açıqlayır

41
(Yenilənib 09:51 21.03.2021)
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin sektor müdiri Elməddin Quliyev deyir ki, qanunvericiliyin tələblərinə görə, uyğunluq sertifikatı olmayan torbaların satışı qadağandır
Elməddin Quliyev: “Qalınlığı 15 mikronadək olan polietilen torbalar istifadəsi qadağan olunub”

“Ətraf mühitin zərərli təsirlərdən qorunmasının daha da gücləndirilməsi məqsədilə qanunvericilik aktlarına edilmiş dəyişikliklər nəticəsində qalınlığı 15 mikronadək olan polietilen torbaların idxalı, istehsalı, həmçinin ticarət, ictimai iaşə və digər xidmət obyektlərində istehlakçıya satılması və ya verilməsi qadağan olunub”. Sputnik Azərbaycan məlumat verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin sektor müdiri Elməddin Quliyev bildirilib.

“Yeni standartın tələblərinə görə, torbaların səthində çatlar, kəsiklər, deşiklər olmamalı, daxili səthləri yapışmamalıdır. Eyni zamanda, torbalar onlardan istifadə zamanı toksik olmamalı, normal otaq və hava şəraitində insan sağlamlığına zərər vurmamalıdır. Qanunvericiliyin tələblərinə görə, uyğunluq sertifikatı olmayan torbaların satışı qadağandır. Standartın tələblərinə uyğun daşınma və saxlanma şəraitində polimer plyonkalardan hazırlanmış torbaların saxlanma müddəti 6 ay, kombinə edilmiş materiallardan hazırlanan torbaların saxlanma müddəti isə 12 ay tövsiyə olunur”.

Elməddin Quliyevin fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

41
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası Baş katibinin müavini Qismət Gözəlov

Qismət Gözəlov: “Media sahəsində əməkdaşlıq vacib istiqamətdir”

10
(Yenilənib 21:23 15.04.2021)
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası Baş katibinin müavini Qismət Gözəlov deyir ki, indiyə qədər təşkilat çərçivəsində bu sahədə əməkdaşlıq üzrə 4 sənəd imzalanıb
Qismət Gözəlov: “Bu sahənin nə qədər vacib olmasına Vətən müharibəsində şahid olduq”

“Türk Şurası Media və İnformasiya nazirləri və qurum rəhbərlərinin 3-cü iclasının Bakıda keçirilməsi təşəbbüsü təşkilata sədrlik edən Azərbaycan tərəfindən irəli sürülmüşdü”. Sputnik Azərbaycan xəbər verir ki, bunu Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası Baş katibinin müavini Qismət Gözəlov deyib.

“Məqsəd üzv ölkələr arasında işbirliyi mexanizmini daha da möhkəmləndirməkdən ibarət idi. İndiyə qədər təşkilat çərçivəsində bu sahədə əməkdaşlıq üzrə 4 sənəd imzalanıb. Ümumiyyətlə media sahəsində əməkdaşlıq üzv ölkələr üçün vacib istiqamətdir. Bu sahənin nə qədər zəruri və vacib olmasına 44 günlük Vətən müharibəsində şahid olduq. Düşünürəm məhz bunun nəticəsi idi ki, iki ölkə arasında media platforması quruldu. Digər tərəfdən də məqsəd məhz bu əməkdaşlıq ruhunu, bu dinamizmi digər ölkələr arasında da inkişaf etdirməkdən ibarətdir. İclasın yekunlarına gəlincə isə, üzv ölkələrimiz arasındaki mövcud əməkdaşlıq mexanizmi daha da gücləndirilərək, Koordinasiya Şurası yaradıldı, 2021-2022-ci illər üzrə Fəaliyyət Planı qəbul edildi” – deyə Qismət Gözəlov bildirib.

Qismət Gözəlovun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

10
Sənan Şəfizadə

İdman şərhçisi: “Bu sərəncam çempionatın yüksək səviyyədə keçirilməsinə təkan verəcək”

11
(Yenilənib 21:24 15.04.2021)
İdman şərhçisi Sənan Şəfizadə deyir ki, pandemiya ilə əlaqədar olaraq futbol turnirlərinin keçirilməsi üçün qaydalar müəyyənləşdirilib
Sənan Şəfizadə: “Sərəncam yerli təşkilat komitəsinin işini rahatlaşdıracaq”

Prezident İlham Əliyev 2021-ci ildə futbol üzrə Avropa çempionatının 4 oyununun (üç qrup və bir 1/4 oyunu) Bakı şəhərində keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında sərəncam imzalayıb.

İdman şərhçisi Sənan Şəfizadə Sputnik Azərbaycan-a deyir ki, Prezident İlham Əliyevin imzaladığı sərəncam bu mötəbər yarışın ölkəmizdə yüksək səviyyədə keçirilməsinə təkan verəcək: “Bu sərəncam özündə mühim  məqamları əks etdirir. Bu sərəncam həm də yerli təşkilat komitəsinin işini rahatlaşdıracaq. Qeyd etməliyik ki, pandemiya ilə əlaqədar olaraq futbol turnirlərinin keçirilməsi üçün qaydalar müəyyənləşdirilib. Burada həm də media ilə iş prinsipində də dəyişiklik var”.

Sənan Şəfizadənin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

11
 Reanimasiyada COVİD-19 xəstəsi, arxiv şəkli

Ermənistanda koronavirusla bağlı vəziyyət gərgindir

0
(Yenilənib 23:05 19.04.2021)
Ermənistanda bu virusdan ölənlərin sayı 3895-ə, sağalanların sayı isə 189017-yə çatıb. Hazırda bu ölkədə 14924 nəfər xəstəxanada müalicə alır.

BAKI, 19 aprel — Sputnik. Ermənistanda koronavirusa yoluxanların sayı 208818-ə çatıb. Sputnik Ermənistan xəbər verir ki, bu barədə Ermənistanın Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Milli Mərkəzinin yaydığı məlumatda bildirilib.

Məlumatda qeyd olunub ki, bir gündə bu virusa yoluxanların sayı daha 298 nəfər artıb.

Ermənistanda son gündə daha 17 nəfər ölüb. Ümumilikdə bu virusdan ölənlərin sayı 3895-ə, sağalanların sayı isə 189017-yə çatıb. Hazırda bu ölkədə 14924 nəfər xəstəxanada müalicə alır.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 141,4 milyonu keçib, 3 milyondan çox adam isə virus səbəbi ilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

0