Mübariz Əhmədoğlu, politoloq

Politoloq: “Bayden hökuməti gözlənilən ümidləri doğrultmadı”

52
(Yenilənib 14:54 19.03.2021)
Politoloq Mübariz Əhmədoğlu deyir ki, Birləşmiş Ştatlar indi bütün neqativ gücünü Rusiya üzərinə fokuslandırıb
Mübariz Əhmədoğlu: “Rusiyanın güclənməsi fonunda qərbin zəifləməsi mşahidə edilir”

“Amerikalı həmkarıma nə cavab verim? Mən ona istehzasız və zarafatsız sağlamlıq arzulayıram”. Bunu Rusiya Prezidenti Vladimir Putin ABŞ Prezidenti Cozef Baydenə cavab olaraq deyib.

Politoloq Mübariz Əhmədoğlu Sputnik Azərbaycan-a deyir ki, Bayden hökuməti gözlənilən ümidləri doğrultmadı:

“Beynəlxalq ictimaiyyətin böyük bir hissəsi bu cür davranışlardan məyusdur. Belə görünür ki, ya Bayden, ya da onun administrasiyası vəziyyəti düzgün dəyərləndirə bilmir. ABŞ indi bütün neqativ gücünü Rusiya üzərinə fokuslandırıb. Rusiyanın davranışlarından görünür ki, bu ölkə özünə kifayət qədər arxayındır. Rusiyanın güclənməsi fonunda ümumilikdə qərbin zəifləməsi müşahidə edilir”.

Qeyd edək ki, C.Bayden ABC telekanalına müsahibəsində V.Putinin 2020-ci ildə ABŞ-da keçirilən prezident seçkisinə müdaxilə etdiyini və bunun qarşılığını ödəyəcəyini bildirib.

Mübariz Əhmədoğlunun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

52
Filologiya elmləri doktoru, professor Qulu Məhərrəmli

Professor: ““Media haqqında” qanunla bağlı ortada xeyli suallar var”

6
(Yenilənib 09:49 13.04.2021)
BDU-nun jurnalistika fakültəsinin professoru Qulu Məhərrəmli deyir ki, qanunu cilalamaq və işlək hala gətirmək bu gün çox vacibdir
Qulu Məhərrəmli: “Mediamızın əsas problemlərindən biri peşəkar fəaliyyətin qurulmasıdır”

“Media haqqında” yeni qanun layihəsi medianın inkişafına imkan verəcək”. Bunu Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) informasiya və media üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin 3-cü toplantısında çıxış edən zaman deyib.

BDU-nun jurnalistika fakültəsinin professoru Qulu Məhərrəmli Sputnik Azərbaycan-a deyir ki, “Media haqqında” qanunla bağlı ortada xeyli suallar var və onların ictimai müzakirəyə çıxarılacağı gözlənilir: “Əvvəlki qanunda o qədər dəyişikliklər edilmişdi ki, qanunun mahiyyəti təhrif edilərək tanınmaz hala düşmüşdü. Ona görə də qanunu cilalamaq və işlək hala gətirmək bu gün çox vacibdir. Azərbaycan mediasının əsas problemlərindən biri mövcud söz azadlığı çərçivəsində peşəkar fəaliyyətin qurulması məsələsidir. Medianın iqtisadi fəaliyyətinin qanunverici əsasının cilalanması da önəm kəsb edir”.

Qulu Məhərrəmlinin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

6

Bu işlərin görülməsi Azərbaycanda işsizliyi azaldacaq ekspert açıqlayır

21
(Yenilənib 18:38 11.04.2021)
İqtisadçı ekspert Fuad İbrahimov deyir ki, işğaldan azad edilmiş ərazilərdə qruculuq işlərinin aktiv şəkildə davam etdirilməsi çox sayda iş yerlərinin açılmasına səbəb olacaqdır
Fuad İbrahimov: “Vaksinasiyanın sürətlənməsi iqtisadi fəallığı artıracaq”

Beynəlxalq Valyuta Fondunun (BVF) yenilənmiş proqnozuna əsasən, bu il Azərbaycanda işsizlik səviyyəsi 5,8% təşkil edəcək. Gələn il isə bu göstəricinin cüzi azalaraq 5,7%-ə bərabər olacağı gözlənilir.

İqtisadçı ekspert Fuad İbrahimov Sputnik Azərbaycan-a deyir ki, pandemiyanın dünya iqtisadiyyatına ziyan vurması işsizlik ordusunun yaranmasına səbəb olub: “Dünya iqtisadiyyatında bu problemin aradan qaldırılması üçün böyük zaman lazımdır. Azərbaycan haqqında danışdıqda onu deyə bilərəm ki, vaksinasiya prosesinin getdikcə sürətlənməsini görürük. Bu da özlüyündə iqtisadi fəallığın artması ilə nəticələnəcək. Eyni zamanda mövsümi işlərlə bağlı sahələrin yenidən bərpa olunması da işsizlik statistikasının azalmasına təsir edəcək. Xüsusən də işğaldan azad edilmiş ərazilərdə quruculuq işlərinin aktiv şəkildə davam etdirilməsi çox sayda iş yerlərinin açılmasına səbəb olacaqdır”.

Fuad İbrahimovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

21
Prezident İlham Əliyev, arxiv şəkli

Əliyev: Atəşkəs əldə olunmasına baxmayaraq, münaqişə ilə bağlı çoxlu suallar qalmaqdadır

0
(Yenilənib 12:05 13.04.2021)
"Biz xatirələri, ailə üzvlərini itirən insanların və həmin ərazilərdə fundamental yaşamaq hüququ olan insanların bu hüquqdan məhrum edilməsini yaddaşlardan silə bilmərik".

BAKI, 13 aprel — Sputnik. İlk olaraq, belə bir tədbir təşkil etdiyinə görə ADA Universitetinə, cənab Paşayevə minnətdarlığımı bildirmək istəyirəm. Şadam ki, Universitet qısa zaman ərzində geniş beynəlxalq əlaqələr qurub. Mən, eyni zamanda, tədbirin iştirakçılarına minnətdarlığımı bildirirəm. Belə ki, müharibədən sonra vəziyyət dəyişib. Atəşkəs əldə olunmasına baxmayaraq, münaqişə ilə bağlı çoxlu suallar qalmaqdadır.

İlham Əliyev İskəndər M raketinin qalıqlarını nümayiş etdirir
© Official website of President of Azerbaijan Republic

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı konfransdakı çıxışında bildirib.

Prezident qeyd edib ki, otuz ildir, Ermənistanın işğalından əziyyət çəkən Azərbaycan xalqının regionda marağını, eləcə də onların həmrəyliyini görürük: "Biz münaqişədən sonrakı mərhələ barədə danışmazdan əvvəl başa düşməliyik ki, bu ərazilər otuz ildir işğal altındadır. Biz xatirələri, ailə üzvlərini itirən insanların və həmin ərazilərdə fundamental yaşamaq hüququ olan insanların bu hüquqdan məhrum edilməsini yaddaşlardan silə bilmərik".

0