“Şagirdlərin akademik nailiyyətləri ilə yanaşı onların psixoloji sağlamlığı, təhlükəsizliyi və rifahı da vacib məsələdir”. Bu barədə təhsil naziri Emin Əmrullayev sosial şəbəkə hesabında paylaşım edib.
Məktəblərdə psixoloq işinin qurulmasını Sputnik Azərbaycan-a şərh edən təhsil eksperti Kamran Əsədov məktəblərdə psixoloq vəzifəsinin önəmindən danışıb.
Ekspert bildirib ki, Təhsil Nazirinin qaldırdığı məsələdə söhbət məktəb psixoloqlarının şagirdlərlə işinin səmərəli qurulmasından gedir:
“Təəssüflər olsun ki, bu gün məktəblərdə tədris keyfiyyətli olsa da, şagirdlərlə fərdi qaydada işləyən psixoloqların iş keyfiyyəti aşağıdır. Məktəblərdə çalışan psixoloqlar bir çox hallarda özlərinə aidiyyatı olmayan işlərlə məğul olurlar. Orta ümum təhsil məktəblərində təhsil alan şagirdlər müəyyən psixoloji testlərə cəlb edilməli, onların vəziyyəti öyrənilməlidir. Bütün məlumatlar şagirdin şəxsi qeydiyyat kitabında göstərilməlidir. Xüsusən də pandemiyanın müşayiət etdiyi ötən bir ildə distant təhsil şagirdlər üzərində ağır təsir buraxdı. Biz şagirdlərdə depressiv əlamətlərin qaldığını müşahidə edə bilərik. Bu baxımdan cənab nazir təhsil prosesində psixoloqların fəaliyyətinin önə çıxaırlmasını vacib hesab edir”.
Kamran Əsədovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz
Baş Prokurorluq Hesablama Palatasının hesabatında göstərilən bəzi məlumatlara münasibət bildirib. Qeyd edilib ki, Milli Elmlər Akademiyasının fəaliyyətində aşkar edilmiş qanun pozuntuları ilə əlaqədar Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanmış və hazırda istintaq aparılır.
Korrupsiyaya Qarşı Mübarizə üzrə QHT-lərin Məlumat və Əməkdaşlıq Şəbəkəsinin koordinatoru Əliməmməd Nuriyev Sputnik Azərbaycan-a deyir ki, Azərbaycanda korrupsiyaya qarşı mübarizənin fasiləsiz şəkildə davam etdirildiyini görə bilərik: “Biz görürük ki, bu mübarizə çərçivəsində yeni-yeni şəxslər həbs edilir. Bu da prosesin davamlı olduğunu göstərir. Hesablama Palatası tərəfindən yeni faktların təqdim edilməsi və yoxlamalar nəticəsində aşkar edilən müxtəlif korrupsiya halları ilə bağlı Baş Prokurorluğa müraciət edilməsi göstərir ki, prosesdə yeni çalarları ortaya çıxacaq. Bunun nəticəsi olaraq yeni şəxslərin məsuliyyətə cəlb olunması gözləniləndir. Hesab edirəm ki, Hesablama Palatası öz işini peşəkar şəkildə görür”.
Əliməmməd Nuriyevin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz
OPEC+ sazişi üzrə neft hasilatının artırılması 2021-ci ildə tələbatın artması fonunda mülayim görünür. Bunu Fransanın Beynəlxalq və Strateji Münasibətlər İnstitutunun baş elmi işçisi Fransis Perren deyib.
OPEC və təşkilata daxil olmayan ölkələrin nazirlərinin aprelin 1-də keçirilən görüşü neft qiymətlərinə müsbət təsir göstərib. Belə ki “Brent” və “WTI markalı neftin qiymətləri 3-4 faiz artıb. “Brent” həftəni 64,84 dollar/barel, WTI 61,45 dollar/barel həddində bağlayıb.
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov Sputnik Azərbaycan-a deyir ki, neft bazarında qiymətlərin dəyişkənliyi gözləniləndir: “Yaxın gələcəkdə qiymətlərin 60-65 dollar civarında formalaşmasının şahidi olacağıq. Çünki qiymətlərin kəskin artımı üçün müvafiq fundamental baza yoxdur. Neft hasilatının azaldılması hələ də inzibati yollarla tənzimlənir. Qiymətlər artarsa, hasilat bir qədər də artacaq. O baxımdan yaxın müddətli perspektivdə qiymətlərin artımı gözlənilmir”.
Elşad Məmmədovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz
BAKI, 10 aprel — Sputnik. Nyu-Yorkda "Michael Kors Collection"ın nümayişi keçirilib.
Sputnik Azərbaycan xarici mediaya istinadən xəbər verir ki, pandemiya ilə əlaqədar olaraq tədbir rəqəmsal formatda baş tutub: modellərin yürüşü video qeydiyyata alınıb, ictimaiyyətə isə daha sonra təqdim ediləcək.
Bella Hadid walking for Michael Kors FW 2021. pic.twitter.com/quLVigHF0B
— babies art (@BabiesArt_) April 10, 2021
Amma buna baxmayaraq, "Michael Kors Collection"dan ilk fotolar mediaya sızıb. Kadrlardan görünür ki, İrina Şeyk, Bella Hadid, Naomi Kempbell, Eşli Qrem, Liya Kebede, Helena Kristensen və Alek Uek Nyu-York küçələrini əsl podiuma çeviriblər.
Irina Shayk walking for Michael Kors FW 2021. pic.twitter.com/tg4WHka0PB
— babies art (@BabiesArt_) April 10, 2021
Dünyaca məşhur modellərin bir araya toplaşması nadir hadisə hesab olunur. Ona görə də şounun çox yaddaqalan olacağı barədə proqnozlar verilib.
— babies art (@BabiesArt_) April 10, 2021