Максим Залевский

Maksim Zalevski: “Qazilərin istəklərini yerinə yetirdiyim üçün şadam”

37
(Yenilənib 20:13 10.03.2021)
İsraildən ölkəmizə gələn həkim heyətinin üzvü Maksim Zalevski deyir ki, döyüşlərdə hər iki gözünü itirən qazilərə iki protez göz qoyulub
Maksim Zalevski: “Bütün qazilər hamı kimi görünmək istəyir”

“Döyüşlərdə yaralanmış ədgərlərə kömək məqsədi ilə İsraildən Bakıya gələn nümayəndə heyətinin üzvüyəm. Mən protezistəm və mənim işim tam olaraq döyüşdə gözünü və ya gözlərini itirmiş qazilərə uyğun bir şəkildə protez göz yerləşdirməkdir”. Sputnik Azərbaycan xəbər verir ki, bunu İsraildən ölkəmizə gələn həkim heyətinin üzvü Maksim Zalevski deyib.

“Bu günə kimi qrafikimiz sıx olub. Elə gün olub ki, gün ərzində 8-12 protez hazırlamışıq. Hələlik hər şey qaydasındadır və hər şey plana uyğun həyata keçirilir. Təbiidir ki, bütün qazilər hamı kimi görünmək istəyir. Onlarda bir az diskomfort hiss olunur. Mən onların istəklərini yerinə yetirdiyim üçün şadam. Bu günə kimi artıq 40-a yaxın protez göz yerləşdirilib. Bəzi qazilərə iki protez göz qoyulub. Çünki onlar hər iki gözünü döyüşlərdə itirib”, – deyə o bildirib.

“YAŞAT” Fondunun təşəbbüsü ilə ölkəmizə gələn israilli həkimlər tərəfindən qazilərimizin müayinə və müalicəsi başa çatıb. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, 8 gün ərzində israilli həkimlər 141 qazimizi müayinə ediblər. Onlardan 31-i əməliyyat edilib, 58-nə protez göz taxılıb.

Maksim Zalevskinin fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

37
Sənan Şəfizadə

İdman şərhçisi: “Bu sərəncam çempionatın yüksək səviyyədə keçirilməsinə təkan verəcək”

4
(Yenilənib 21:24 15.04.2021)
İdman şərhçisi Sənan Şəfizadə deyir ki, pandemiya ilə əlaqədar olaraq futbol turnirlərinin keçirilməsi üçün qaydalar müəyyənləşdirilib
Sənan Şəfizadə: “Sərəncam yerli təşkilat komitəsinin işini rahatlaşdıracaq”

Prezident İlham Əliyev 2021-ci ildə futbol üzrə Avropa çempionatının 4 oyununun (üç qrup və bir 1/4 oyunu) Bakı şəhərində keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında sərəncam imzalayıb.

İdman şərhçisi Sənan Şəfizadə Sputnik Azərbaycan-a deyir ki, Prezident İlham Əliyevin imzaladığı sərəncam bu mötəbər yarışın ölkəmizdə yüksək səviyyədə keçirilməsinə təkan verəcək: “Bu sərəncam özündə mühim  məqamları əks etdirir. Bu sərəncam həm də yerli təşkilat komitəsinin işini rahatlaşdıracaq. Qeyd etməliyik ki, pandemiya ilə əlaqədar olaraq futbol turnirlərinin keçirilməsi üçün qaydalar müəyyənləşdirilib. Burada həm də media ilə iş prinsipində də dəyişiklik var”.

Sənan Şəfizadənin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

4

Politoloq: “Bəzi siyasi dairələr Azərbaycanla münasibətlərin inkişafını istəmir”

174
(Yenilənib 21:24 15.04.2021)
Politoloq İlqar Vəlizadə deyir ki, Azərbaycan həmişə Fransa ilə münasibətlərin inkişaf etdirilməsində maraqlı olub
İlqar Vəlizadə: “Onlar lobinin maraqlarına cavab verən addımlar atırlar”

“Bəli, Fransa separatçıların tərəfində idi və bu, həqiqətdir. Müharibə zamanı bir neçə dəfə bu barədə açıq fikirlərimi bildirmişdim və bu, əlbəttə ki, qeyri-münasib idi”. Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev aprelin 13-də ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı konfransdakı çıxışında deyib.

Politoloq İlqar Vəlizadə Sputnik Azərbaycan-a deyir ki, Azərbaycan-Fransa münasibətləri uzun illərdir inkişaf edir: “Ölkəmiz Fransa üçün regionda ən vacib iqtisadi tərəfdaşdır. Azərbaycan Fransa şirkətlərinin də iştirak etdiyi irimiqyaslı layihələr həyata keçirir. Bu da Avropanın enerji təhlükəsizliyinə böyük töhfədir. Azərbaycan həmişə Fransa ilə münasibətlərin inkişaf etdirilməsində maraqlı olub. Lakin Fransadakı bəzi təsirli siyasi dairələr bunu istəmirlər. Təəssüflər olsun ki, onlar erməni lobbisinin təsiri altında olan qüvvələrdir. Onlar lobinin maraqlarına cavab verən addımlar atırlar. Belə olan halda münasibətlər ziddiyyyətli fonda inkişaf edir”.

İlqar Vəlizadənin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

174
Koronavirus testi, arxiv şəkli

Ermənistanda koronavirusla bağlı son statistika açıqlandı

0
(Yenilənib 11:20 18.04.2021)
Son 24 saat ərzində xəstəlikdən 19 nəfər ölüb, bununla da Ermənistanda indiyə qədər koronavirusdan ölənlərin ümumi sayı 3878 nəfərə çatıb.

BAKI, 18 aprel - Sputnik. Ermənistanda son sutkada yeni növ koronavirusa (COVID-19) 547 yeni yoluxma qeydə alınıb.

Sputnik Ermənistan xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, son 24 saat ərzində xəstəlikdən 19 nəfər ölüb, bununla da Ermənistanda indiyə qədər koronavirusdan ölənlərin ümumi sayı 3878 nəfərə çatıb.

Ölkədə indiyədək 208 520 nəfər koronavirusa yoluxub.

0