Elmar Məlikov sərvət qazandıran tullantılardan danışır

52
(Yenilənib 14:53 09.03.2021)
“Təmiz Şəhər” ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elmar Məlikov deyir ki, tullantıların idarə olunması sadəcə həmin yerin tullantılardan təmizlənməsi deyil, həm də qlobal səviyyədə ortaya çıxan iqlim probleminin həllində də çox vacib yer tutur
Elmar Məlikov: “Tullantılar düzgün idarə olunmadığı təqdirdə böyük fəsadlar ortaya çıxa bilər”

“Tullantıların idarə olunması bütün dünyada aktual mövzudur”. Bunu Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində keçirilən tədbirdə “Təmiz Şəhər” ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elmar Məlikov deyib.

O bildirib ki,  bu sahədə təkmilləmələr gedir, yeni texnologiyalar tətbiq edilir:

“Tullantıların idarə olunması sadəcə həmin yerin tullantılardan təmizlənməsi deyil, həm də qlobal səviyyədə ortaya çıxan iqlim probleminin həllində də çox vacib yer tutur. Tullantılar düzgün idarə olunmadığı təqdirdə böyük fəsadlar ortaya çıxa bilər. Tullantıların idarə olunması mürəkkəb prosesdir”.

Elmar Məlikovun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

52
Filologiya elmləri doktoru, professor Qulu Məhərrəmli

Professor: ““Media haqqında” qanunla bağlı ortada xeyli suallar var”

6
(Yenilənib 09:49 13.04.2021)
BDU-nun jurnalistika fakültəsinin professoru Qulu Məhərrəmli deyir ki, qanunu cilalamaq və işlək hala gətirmək bu gün çox vacibdir
Qulu Məhərrəmli: “Mediamızın əsas problemlərindən biri peşəkar fəaliyyətin qurulmasıdır”

“Media haqqında” yeni qanun layihəsi medianın inkişafına imkan verəcək”. Bunu Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) informasiya və media üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin 3-cü toplantısında çıxış edən zaman deyib.

BDU-nun jurnalistika fakültəsinin professoru Qulu Məhərrəmli Sputnik Azərbaycan-a deyir ki, “Media haqqında” qanunla bağlı ortada xeyli suallar var və onların ictimai müzakirəyə çıxarılacağı gözlənilir: “Əvvəlki qanunda o qədər dəyişikliklər edilmişdi ki, qanunun mahiyyəti təhrif edilərək tanınmaz hala düşmüşdü. Ona görə də qanunu cilalamaq və işlək hala gətirmək bu gün çox vacibdir. Azərbaycan mediasının əsas problemlərindən biri mövcud söz azadlığı çərçivəsində peşəkar fəaliyyətin qurulması məsələsidir. Medianın iqtisadi fəaliyyətinin qanunverici əsasının cilalanması da önəm kəsb edir”.

Qulu Məhərrəmlinin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

6

Bu işlərin görülməsi Azərbaycanda işsizliyi azaldacaq ekspert açıqlayır

21
(Yenilənib 18:38 11.04.2021)
İqtisadçı ekspert Fuad İbrahimov deyir ki, işğaldan azad edilmiş ərazilərdə qruculuq işlərinin aktiv şəkildə davam etdirilməsi çox sayda iş yerlərinin açılmasına səbəb olacaqdır
Fuad İbrahimov: “Vaksinasiyanın sürətlənməsi iqtisadi fəallığı artıracaq”

Beynəlxalq Valyuta Fondunun (BVF) yenilənmiş proqnozuna əsasən, bu il Azərbaycanda işsizlik səviyyəsi 5,8% təşkil edəcək. Gələn il isə bu göstəricinin cüzi azalaraq 5,7%-ə bərabər olacağı gözlənilir.

İqtisadçı ekspert Fuad İbrahimov Sputnik Azərbaycan-a deyir ki, pandemiyanın dünya iqtisadiyyatına ziyan vurması işsizlik ordusunun yaranmasına səbəb olub: “Dünya iqtisadiyyatında bu problemin aradan qaldırılması üçün böyük zaman lazımdır. Azərbaycan haqqında danışdıqda onu deyə bilərəm ki, vaksinasiya prosesinin getdikcə sürətlənməsini görürük. Bu da özlüyündə iqtisadi fəallığın artması ilə nəticələnəcək. Eyni zamanda mövsümi işlərlə bağlı sahələrin yenidən bərpa olunması da işsizlik statistikasının azalmasına təsir edəcək. Xüsusən də işğaldan azad edilmiş ərazilərdə quruculuq işlərinin aktiv şəkildə davam etdirilməsi çox sayda iş yerlərinin açılmasına səbəb olacaqdır”.

Fuad İbrahimovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

21

Azərbaycan Ordusunun sülhməramlı bölmələrində təlim məşqləri keçirilib - VİDEO

0
Hazırda Azərbaycan Ordusunun sülhməramlıları Əfqanıstan və Cənubi Sudanda həyata keçirilən missiyalarda iştirak edirlər.

BAKI, 13 aprel - Sputnik. Müdafiə nazirinin təsdiq etdiyi 2021-ci ilin döyüş hazırlığı planına əsasən, sülhməramlı bölmələrdə təlim məşqləri keçirilib.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Şəxsi heyətin peşəkarlıq səviyyəsinin artırılması məqsədilə keçirilən məşqlərdə hərbi qulluqçuların döyüş, mənəvi-psixoloji, fiziki, tibbi və xüsusi hazırlığı yoxlanılıb.

Qeyd edək ki, hazırda Azərbaycan Ordusunun sülhməramlıları Əfqanıstan və Cənubi Sudanda həyata keçirilən missiyalarda iştirak edirlər.

0
Teqlər:
video, təlim, sülhməramlılar, Azərbaycan Müdafiə Nazirliyi