Adil Qeybulla

Professor: “Vaksinasiyanın nəticələri haqqında danışmaq hələ tezdir”

20
(Yenilənib 00:45 22.02.2021)
Professor, həkim Adil Qeybulla deyir ki, immunitetin yaranması vaksinasiyadan 42 gün sonra baş verir
Adil Qeybulla: “Hər hansı ağırlaşmalar və fəsadlar müşahidə edilməyib”

“Gələn həftədən vaksinasiya prosesinin ikinci mərhələsinə başlanılması planlaşdırılır”. Bunu Səhiyyə nazirinin müavini Viktor Qasımov deyib.

Professor, həkim Adil Qeybulla Sputnik Azərbaycan-a deyir ki, müşahidə etdiyi tibb müəssisəsində vaksinasiya prosesi effektiv aparılıb: “Mən özüm də birinci mərhələdə vaksinasiya olunmuşam və ikinci mərhələ üçün bizim immun pasportumuz orada saxlanılıb. Bu baxımdan vaksinasiyanın nəticələri haqqında danışmaq hələ tezdir. İmmunitetin yaranması vaksinasiyadan 42 gün sonra baş verir. Amma hesab edirəm ki, ümumi olaraq vaksinasiya prosesi pis getmir. Hər hansı ağırlaşmalar və fəsadlar müşahidə edilməyib. Vaksinasiya ilə bağlı qərəzli şəkildə yayılan dezinformasiyalar və antivaksin kampaniyaları düzgün deyil”.

Qeyd edək ki, Azərbaycanda vaksinasiya prosesinə yanvarın 18-dən başlanılıb. “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na əsasən, ikinci mərhələdə tibbi yüksək riskli olanlar (tənəffüs sistemi, hemodializ, şəkərli diabet, piylənmə kimi xroniki xəstəlikləri olanlar), 50 yaş və daha yuxarı ən az bir xroniki xəstəliyi olan şəxslər, təhsil və sosial sektorda çalışanlar, sosial müəssisələrdə daimi yaşayanlar, ASAN Xidmət və DOST mərkəzləri, ictimai nəqliyyat sektorunun, telekommunikasiya operatorları və provayderlərinin və poçt sahəsində birbaşa əhali ilə təmasda olan işçilərin və bank sektorunun birbaşa əhali ilə təmasda olan hissəsi, yüksək riskli şəraitli işlərdə (cəmiyyətin fəaliyyəti üçün həyati vacib sahələrdə çalışan və əhəmiyyətli dərəcədə daha yüksək riskli sahələrdə çalışan – milli və regional təhlükəsizlik, ədliyyə, maliyyə və s.) şəxslər peyvənd olunacaqlar.

Adil Qeybullanın geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

20
Teqlər:
Azərbaycan, vaksinasiya, Koronavirus, epidemiya, COVID-19
Mövzu:
Azərbaycanda COVID-19 əleyhinə vaksinasiya (40)
Natiq Heydərov, KOB departament rəhbəri

Departament müdiri sahibkarlar üçün elan edilən müsabiqənin şərtlərini açıqlayır

5
(Yenilənib 20:13 05.03.2021)
KOBİA-nın departament müdiri Natiq Heydərov deyir ki, müsabiqə çərçivəsində hər bir şəxs yalnız bir layihə təqdim edə bilər
Natiq Heydərov: “Layihələrin maliyyələşdirilməsi KOBİA tərəfindən həyata keçiriləcək”

“Nazirlər Kabinetinin 2020-ci il 30 sentyabr tarixli Qərarı ilə “Mikro, kiçik və orta sahibkarlığın inkişafı ilə əlaqədar təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsi Qaydası” təsdiq edilib. Qaydalara uyğun olaraq, KOB subyektlərinin inkişafı ilə əlaqədar təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsi müsabiqə yolu ilə KOBİA tərəfindən həyata keçiriləcək”. Sputnik Azərbaycan xəbər verir ki, bunu KOBİA-nın departament müdiri Natiq Heydərov açıqlayıb.

“Müsabiqəyə sənədlərin qəbulu fevralın 17-dən martın 18-dək həyata keçiriləcək. Müsabiqədə mikro, kiçik və orta sahibkarlıq subyektinə aid olan hüquqi və fiziki şəxslər iştirak edə bilərlər. Müsabiqə çərçivəsində hər bir şəxs yalnız bir layihə təqdim edə bilər. Layihələrin icrası 3 aydan az, 12 aydan çox olmamalıdır. Hər bir layihə üzrə maliyyələşdirmə 20 min manat məbləğində müəyyən edilib”, - deyə N.Heydərov bildirib.

5
Vüqar Hüseynov

Vüqar Hüseynov: “Vahid massivlərdə vahid bitkinin əkilməsi daha çox xeyir verə bilər”

10
(Yenilənib 10:05 07.03.2021)
Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Vüqar Hüseynov deyir ki, belə olan halda fermerin texnika, suvarma, işçi qüvvəsi problemi həll olunur
Vüqar Hüseynov: “Bu səbəbdən fermerlər lazım olan qədər gəlir əldə edə bilmirlər”

Kənd Təsərrüfatı Nazirliyi bölgələrdə “Vahid sahədə vahid əkin” layihəsini həyata keçirməyə başlayıb. Layihənin məqsədi vahid massivdə yerləşən torpaq sahələrində vahid bitkinin becərilməsini təşviq etməkdir.

Sputnik Azərbaycan-ın məlumatına görə, Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Vüqar Hüseynov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, ötən illərin də təcrübəsi bölgü aparılmış vahid massivlərdə fermerlərin fərqli bitkilər əkdiyini göstərir:

“Fərqli bitkilər fərqli aqrotexniki qulluq qaydaları, fərqli dərmanlar tələb edir, istər əkin, istər səpin, istərsə məhsul yığımı vaxtı fərqli texnika tələb olunur. Bu səbəbdən fermerlər kənd təsərrüfatı fəaliyyətindən lazım olan qədər gəlir əldə edə bilmirlər. Apardığımız təhlillər göstərir ki, vahid massivlərdə vahid bitkinin əkilməsi fermerə daha çox xeyir verə bilər. Belə olan halda fermerin texnika, suvarma, işçi qüvvəsi problemi həll olunur”.

Vüqar Hüseynovun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

10

Vətən müharibəsinin qaziləri qadınları təbrik etdilər - VİDEO

0
Qazilərimiz öz analarının timsalında Azərbaycan üçün layiqli övladlar böyüdən əsgər analarını, şəhid analarını və bütün Azərbaycan xanımlarını təbrik ediblər.

BAKI, 8 mart - Sputnik. Heydər Əliyev Sarayı 8 Mart – Beynəlxalq Qadınlar Günü ilə əlaqədar “İncə varlıq” adlı sosial videoçarx hazırlayıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, layihədə tarixi Qələbə əldə etdiyimiz 44 günlük Vətən müharibəsinin qaziləri Ulvi Qədir, Beyrək Quliyev, Pərvin Qasımov və Hikmət Məmmədov iştirak ediblər.

Onlar öz analarının timsalında Azərbaycan üçün layiqli övladlar böyüdən əsgər analarını, şəhid analarını və bütün Azərbaycan xanımlarını təbrik ediblər.

 

0
Teqlər:
təbrik, qazi, 8 Mart Beynəlxalq Qadınlar Günü