Professor “Vətən yaxşıdır”ın önəmini şərh edir

© Sputnik / Murad OrujovFilologiya elmləri doktoru, professor Qulu Məhərrəmli
Filologiya elmləri doktoru, professor Qulu Məhərrəmli  - Sputnik Azərbaycan, 1920, 20.02.2021
Abunə olmaq
Professor, əməkdar jurnalist Qulu Məhərrəmli Sputnik Azərbaycan-a deyir ki, müsabiqənin əhəmiyyətli nəticələrindən biri bu prosesdə gənclərin aktiv iştirak etməsidir
Qulu Məhərrəmli: “Yeni istedadların üzə çıxması baxımından faydalı oldu”

Bakı Ali Neft Məktəbinin (BANM) Böyük zəfərə həsr olunmuş “Vətən yaxşıdır” adlı onlayn bədii qiraət müsabiqəsinin qalibləri bəlli olub. “ZOOM” platforması üzərindən təşkil olunan müsabiqədə Bakı Ali Neft Məktəbinin tələbə və məzunları iştirak ediblər.

Müsabiqənin Münsiflər Heyətinin üzvü, professor, əməkdar jurnalist Qulu Məhərrəmli Sputnik Azərbaycan-a deyib ki, indiki vaxtda belə bir adla müsabiqənin keçirilməsnin ciddi əhəmiyyəti var:

“Bunun bir sıra aspektdən əhəmiyyətini qeyd etmək olar. Bunlardan ilki gənclərdə, tələbələrdə vətənpərvərlik ruhunun aşılanması və yaşadılmasıdır. İkincisi poeziyanın, müasir Azərbaycan şairlərinin, bütövlükdə ədəbiyyatımızın təbliği baxımından önəmlidir. Digər önəmli məqam isə Azərbaycan dili ilə bağlıdır. Müsabiqənin əhəmiyyətli nəticələrindən biri bu prosesdə gənclərin aktiv iştirak etməsidir. Hesab edirəm ki, bu müsabiqə yeni istedadların üzə çıxması baxımından faydalı oldu”.

Qulu Məhərrəmlinin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0