Azərbaycan Rieltorlar Assosiasiyasının icraçı direktoru Elnur Azadov

Sürüşmə zonalarında niyə evlər tikilir ekspert şərhi

3858
(Yenilənib 00:39 17.02.2021)
Azərbaycanın Rieltorlar Birliyinin sədri Elnur Azadov deyir ki, tikinti zamanı müəyyən araşdırmaların aparılmaması mexanizmin mövcud olmaması ilə əlaqədar idi
Elnur Azadov: “Keçmişdə buraxılmış boşluqların təhlil olunması vacibdir”

“Sürüşmə zonalarında aparılmış tikintilər bir zamanlar bu sahədə mövcud olan boşluqlarla bağlı idi”. Bunu Sputnik Azərbaycan Multimedia mətbuat mərkəzində keçirilən tədbirdə Azərbaycanın Rieltorlar Birliyinin sədri Elnur Azadov deyib.

Ekspert bildirib ki, həmin ərazilərdə tikinti işləri başlanarkən müəyyən araşdırmaların aparılmaması mexanizmin mövcud olmaması ilə əlaqədar idi:

“Ancaq 2006-cı ildən sonra tikinti sahəsində vəziyyət dəyişməyə başladı və prosesə nəzarət gücləndirildi. Artıq nəzarət mexanizmləri beynəlxalq standartlara uyğunlaşdırılıb. Hazırda dövlətin bu sahəyə nəzarəti mükəmməldir. Lakin keçmişdə buraxılmış boşluqların təhlil olunması da vacibdir. Ola bilsin ki, həmin ərazilərdə yaşayanlar digər ərazilərə köçürülsünlər”.

Elnur Azadovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

3858
Teqlər:
ev, araşdırma, sürüşmə, tikinti

Ekspert: “Bu səbəblərə görə gənclərimiz Türkiyədə təhsilə üstünlük verir”

19
(Yenilənib 22:53 26.02.2021)
Təhsil eksperti İlqar Orucov deyir ki, gənclərimiz iqtisadiyyat, tibb, turizm və İT ixtisaslarında təhsil almaq üçün Türkiyə universitetlərini seçirlər
İlqar Orucov: “Distant təhsil alanların diplomlarının tanınması ilə bağlı qanuna bənd əlavə edilib”

Azərbaycanın təhsil naziri Emin Əmrullayev Türkiyədə 23 min civarında azərbaycanlı tələbənin təhsil aldığını bildirib. Nazirin sözlərinə görə, azərbaycanlı tələbələrin təhsil aldığı xarici ölkələr arasında Türkiyə ilk yerdədir.

Bəs azərbaycanlı tələbələr nə üçün Türkiyədə oxumağa üstünlük verir?

Mövzu ilə bağlı Sputnik Azərbaycan-a danışan təhsil eksperti İlqar Orucov deyir ki, azərbaycanlı tələbələrin Türkiyədə təhsil almağa üstünlük verməsinin bir neçə səbəbi var:

“İlk olaraq qeyd edim ki, Türkiyə ilə qonşuluq, mədəni yaxınlıq təhsil üçün bu ölkəni seçmək üçün əsas səbəblərdir. Türkiyədə təhsilin səviyyəsi xeyli yüksəlib. Gənclərimiz iqtisadiyyat, tibb, turizm və İT ixtisaslarında təhsil almaq üçün Türkiyə universitetlərini seçirlər. Bildirmək istərdim ki, Türkiyə universitetlərinin diplomalarının ölkəmizdə tanınmasında hər hansı problem yoxdur. Sadəcə son illər distant təhsil diplomlarının tanınması məsələsində bəzi problemlər ortaya çıxıb. Distant təhsil alanların diplomlarının tanınması ilə bağlı qanuna bənd əlavə edilib. Ümid edirəm ki, həmin qanun qəbul edildikdən sonra tək Türkiyədə deyil, digər ölkələrdə təhsil alanların problemləri aradan qalxacaq”. 

İlqar Orucovungeniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

19

Politoloq XİN rəhbərlərinin Ankara görüşü haqqında: Böyük perspektiv mövcuddur

23
(Yenilənib 00:32 26.02.2021)
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyir ki, SSRİ dağıldıqdan sonra Azərbaycan-Türkmənistan münasibətlərində soyuqluq mövcud idi
Elxan Şahinoğlu: “Türkiyə də münasibətlərin inkişafında maraqlıdır”

Ankarada keçirilən Azərbaycan, Türkiyə, Türkmənistan Xarici İşlər Nazirlərinin toplantısında bundan əvvəlki görüşlərdə qəbul edilmiş bəyanatlar təsdiqlənib.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Sputnik Azərbaycan-a deyir ki, bu üç ölkənin əməkdaşlığının böyük perspektivi mövcuddur:

“SSRİ dağıldıqdan sonra Azərbaycan-Türkmənistan münasibətlərində soyuqluq mövcud idi. Xəzərin statusu, mübahisəli yataq kimi məsələlər münasibətlərə təsir edirdi. Ancaq nəhayət ki, iki ölkə arasında soyuqluq yaradan bu məsələlər həllini tapdı. Türkiyə də münasibətlərin inkişafında maraqlıdır. Hətta Xəzərin dibi ilə boru xəttinin çəkilməsi hər kəsin xeyrinədir”.

Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

23
Teqlər:
ekspert, görüş, XİN rəhbərləri, Ankara, Xəzər dənizi, yataq, Azərbaycan, Türkmənistan, Türkiyә
Rusiyada epdimioloji vəziyyət

Rusiyada bir gündə dörd yüzdən çox adam koronavirusdan öldü

0
(Yenilənib 19:00 27.02.2021)
Ümumilikdə, Rusiyada bu xəstəliyə yoluxanların sayı 4234720-yə çatıb. Rusiyada pandemiya yayılandan 85743 nəfər COVID-19-dan vəfat edib

BAKI, 27 fevral — Sputnik. Son bir sutka ərzində Rusiyada 11534 koronavirusa yeni yoluxma halı aşkarlanıb. Sputnik Azərbaycan Rusiya Operativ Qərargahına istinadən xəbər verir ki, bir gün ərzində qonşu ölkədə 439 nəfər ölüb.

Ümumilikdə, Rusiyada bu xəstəliyə yoluxanların sayı 4234720-yə çatıb. Rusiyada pandemiya yayılandan 85743 nəfər COVID-19-dan vəfat edib. Ölkədə bu virusdan sağalanların sayı 3799406-ya çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 113,4 milyonu keçib, 2,51 milyondan çox insan isə virus səbəbi ilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

0
Teqlər:
ölənlər, yoluxma, Koronavirus, epidemiya, COVID-19, Rusiya
Mövzu:
Yeni tip koronavirus pandemiyası