Politoloq Fikrət Sadıxov

Politoloq: “Avropa liderlərinin açıqlamaları terrorçuları cəsarətləndirir”

31
(Yenilənib 10:28 16.02.2021)
Politoloq Fikrət Sadıxov deyir ki, rəsmi Vaşinqton terrorla mübarizədə Türkiyəni tam gücü ilə dəstəkləyir
Fikrət Sadıxov: “Terrorçular gərək bunu unutmasın”

Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalında Gara bölgəsində davam edən “Pençe Kartal-2” antiterror əməliyyatı nəticəsində 48 terrorçu zərəsizləşdirilib, 2-si isə sağ ələ keçirilib. 

Türkiyə Silahlı Qüvvələrinin  antiterror əməliyyyatlarını Sputnik Azərbaycan-a şərh edən politoloq Fikrət Sadıxov deyir ki, görünür Avropa İttifaqı liderlərinin və Avropa Parlamenti deputatlarının Türkiyəyə qarşı xoşagəlməz açıqlamaları terror təşkilatlarını ruhlandırıb:

“Terrorçular gərək unutmasın ki, Türkiyənin yanında həm də ABŞ dayanır. Məhz Dövlət Departamentinin son bəyanatı da Türkiyəni dəstəkləyir. Türkiyə NATO üzvü kimi ABŞ üçün vacib partnyor və müttəfiqdir. Rəsmi Vaşinqton terrorla mübarizədə Türkiyəni tam gücü ilə dəstəkləyir”.

Qeyd edək ki, PKK-nın törətdiyi son terror aktı nəticəsində Türkiyənin 13 mülki vətəndaşı şəhid olub. Bundan əlavə, Türkiyə Silahlı Qüvvələrinin 3 hərbçisi şəhid olub, 3 hərbçi isə yaralanıb.

Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

31

Professor: “Kommunikasiyaların açılması dialoqa imkan verəcək”

15
(Yenilənib 16:14 24.02.2021)
UNEC-in professoru, Rusiya İqtisadiyyat Məktəbinin direktor müavini, Elşad Məmmədov deyir ki, münaqişənin həlli bölgəmizin sabitlik və inkişafa istiqamətlənməsi baxmından əhəmiyyət kəsb edir
Elşad Məmmədov: “Münaqişə post-sovet məkanında dağıdıcı proseslərə zəmin yaratdı”

“Üçtərəfli bəyanatın imzalanması regionda yeni iqtisadi-siyasi reallıqların formalaşmasını şərtləndirir”. Bunu Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində təşkil olunan video-körpüdə UNEC-in professoru, Rusiya İqtisadiyyat Məktəbinin direktor müavini, Elşad Məmmədov deyib.

Professor bildirib ki, kommunikasiyaların açılması hər zaman prioritet olub:

“Biz kommunikasiyaların açılması ilə iqtisadi qazanc əldə etməklə yanaşı, həm də siyasi və sosial dialoqun formalaşmasının şahidi ola bilərik. Bu münaqişə post-sovet məkanında dağıdıcı proseslərə zəmin yaratdı və inteqrasiya prosesinə də mənfi təsirini göstərdi. Ona görə də münaqişənin həlli bölgəmizin sabitlik və inkişafa istiqamətlənməsi baxmından əhəmiyyət kəsb edir”.

Elşad Məmmədovun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

15
Mübariz Tağıyev

Mübariz Tağıyev: “Yalçın Rzazadənin sənətini onu həmişə yaşadacaq”

11
(Yenilənib 09:53 24.02.2021)
Xalq artisti Mübariz Tağıyev deyir ki, Yalçın Rzazadənin vəfatı ilə əziz dostlarından daha birini itirib
Mübariz Tağıyev: “Sənətkar ömrünün sonu yoxdur”

Azərbaycanın Xalq artisti, görkəmli müğənni Yalçın Rzazadə vəfat edib.

Mərhum sənətçi haqqında Sputnik Azərbaycan-a danışan Xalq artisti Mübariz Tağıyev deyib ki, Yalçın Rzazadənin vəfatı ilə əziz dostlarından daha birini itirib:

“Yalçın Rzazadə xalqımızın sevimli sənətçilərindən idi. O, çox təvəzökar həyat yaşayıb. Eyni zamanda həm peşəkar sənətçi, həm də dəyərli ziyalılarımızdan idi. Yalçın Rzazadə vətəninə, ailəsinə, torpağına bağlı insan idi. Mənə elə gəlir ki, sənətkar ömrünün sonu yoxdur. O yaratdığı əsərlər, qızıl fondda saxlanılan mahnılar onu həmişə yaşadacaq”.

Mübariz Tağıyevin fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

11
Yanğınsöndürənlər, arxiv şəkli

Evləri yanan köçkünlər harada qalacaqlar? "Qaçqınkom"dan açıqlama

0
(Yenilənib 01:00 25.02.2021)
Müvəqqəti məskunlaşma yerlərinə zərər dəymiş ailələr dövlət vəsaiti hesabına kirayə mənzillə təmin olunacaqlar.

BAKI, 25 fevral — Sputnik. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Bakıda baş verən yanğınla bağlı açıqlama yayıb.

Sputnik Azərbaycan-a daxil olan məlumatda bildirilib ki, fevralın 24-də Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, 31/66 ünvanında yerləşən, keçmiş məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı yeddi mərtəbəli, 3 girişli inzibati binanın damında yanğın olub.

Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri tərəfindən yanğın söndürülüb: "Yanğın barədə məlumat daxil olduqdan dərhal sonra Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri hadisə yerinə yollanıblar. İlkin araşdırma nəticəsində binanın damında yanar konstruksiyalardan primitiv qaydada inşa edilmiş 6 tikilinin əşyaları ilə birlikdə tamamilə yandığı müəyyən edilib. Yanğın nəticəsində ümumilikdə 17 mənzilə ziyan dəyib.

Ağdam rayonundan məcburi köçkün, 1986-cı il təvəllüdlü Vəliyev Tural Qabil oğlu yüngül yanıq xəsarətləri alıb.

Müvəqqəti məskunlaşma yerlərinə zərər dəymiş ailələr dövlət vəsaiti hesabına kirayə mənzillə təmin olunacaqlar. Az ziyan dəymiş 11 mənzil Dövlət Komitəsinin aidiyyəti şöbəsi tərəfindən təmir olunacaq. Həmin tikililərdə təmir-bərpa işlərinin aparılmasının və zərərçəkmiş ailələrin yenidən, müvəqqəti olaraq, burada yerləşdirilməsinin mümkünlüyü onların nəzərinə çatdırılıb.

Yanğın baş vermiş binada 277 ailə, yəni min nəfər müvəqqəti məskunlaşıb.

Digər yaşayış sahələri yanğından mühafizə olunub.

Yanğının başvermə səbəbləri Fövqəladə Hallar Nazirliyi tərəfindən araşdırılır, dəymiş ziyan müəyyənləşdirilir. FHN-nin araşdırmasından sonra yekun rəy veriləcək, onun əsasında müvafiq hüquqi addımlar atılacaq".

0