Rus İqtisad Məktəbinin direktor müavini Elşad Məmmədov

Professor iqtisadi zonaların əhəmiyyətini şərh edir

89
(Yenilənib 10:09 15.02.2021)
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov deyir ki, azad iqtisadi zonalarda dünya iqtisadiyyatında trend şəklini almış sahələrə investisiyaların yönləndirilməsi prioritet təşkil etməlidir
Elşad Məmmədov: “Bu işgüzar fəallığın artırılması üçün prioritet məsələlərdəndir”

İqtisadi Zonaların İnkişafı Agentliyinin nizamnaməsinin layihəsi, habelə nizamnamə fondunun miqdarı barədə təkliflər hazırlanacaq. Bu, Baş nazir Əli Əsədovun “Sənaye parklarının, sənaye məhəllələrinin və aqroparkların idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanının icrasının təmin edilməsi barədə” sərəncamında əksini tapıb.

İqtisadi zonaların əhəmiyyəti haqqında  Sputnik Azərbaycan-a danışan Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov deyib ki, bu zonaların Azərbaycan iqtisadiyyatı üçün aktuallağı danılmazdır. O bildirib ki, işgüzar fəallığın artırılması iqtisadiyyatımız üçün prioritet məsələlərdəndir:

“Bütün bunların gerçəkləşdirilməsi üçün investitsiya axınlarının intensivləşdirilməsinə ehtiyac var. Yaradılmış azad iqtisadi zonada dünya iqtisadiyyatında trend şəklini almış sahələrə investisiyaların yönləndirilməsi prioritet təşkil etməlidir. İnvestisiyalar daha çox artım olan sahələrə yönəldilməlidir. Bu halda, biz azad iqtisadi zonaların yaradılmasının effektini görə bilərik”.

Professorun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

89
Ekspert Aydın Quliyev

Siyasi ekspert: “YAP-da islahatları yaxına buraxmayanlar maneəyə çevriliblər”

8
(Yenilənib 10:05 03.03.2021)
Siyasi ekpsert Aydın Quliyev deyir ki, YAP-ın təşkilati-siyasi fəaliyyəti ölkədə baş verən dəyişikliklərdən geri qalır
Aydın Quliyev: “YAP-ın elitar kadr heyətində islahatlara ehtiyyac duyulur”

Martın 5-də Yeni Azərbaycan Partiyasının növbədənkənar qurultayı keçiriləcək. Qurultayda bir sıra vacib qərarlar qəbul ediləcək.

Siyasi ekpsert Aydın Quliyev Sputnik Azərbaycan-a deyir ki, YAP-ın qurultayının keçirilməsi ölkənin siyasi həyatında təsirli bir siyasi hadisə olacaq:

“Cəmiyyət və siyasi təşkilatların bu qurultaydan gözləntiləri var. YAP-ın həm siyasi ideoloji fəaliyyətində, həm də struktural fəaliyyətində və elitar kadr heyətində çox ciddi islahatlara ehtiyyac duyulur. Uzun zamandır ki, bu islahatlardan danışılır, ancaq YAP-ın daxilində bu islahatlar məsələsini yaxına buraxmayanlar partiyanın daxili inkişaf yollarında maneələrə çevriliblər. Açıq-aşkar görünür ki, YAP-ın təşkilati-siyasi fəaliyyəti ölkədə baş verən dəyişikliklərdən geri qalır”.

Xatırladaq ki, YAP-ın sonuncu qurultayı 2018- ci ilin fevralın 8-də keçirilib.

Aydın Quliyevin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

8
Millət vəkili Jalə Əliyeva

Millət vəkili: “Azərbaycan hökuməti tərəfindən inqilabi addımlar atılıb”

109
(Yenilənib 08:47 02.03.2021)
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü, millət vəkili Jalə Əliyeva deyir ki, on bir min ailə üçün mənzillərin tikilməsi də bir daha dövlətin diqqətindən xəbər verir
Jalə Əliyeva: “Şəhid ailələri və müharibə qaziləri həmişə diqqət mərkəzindədirlər”

Növbəti 5 il ərzində şəhid ailələri və müharibə əlillərinə 11 min mənzilin verilməsi nəzərdə tutulur. Bunu Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü, millət vəkili Jalə Əliyeva Sputnik Azərbaycan-a deyir ki, ümumiyyətlə Azərbaycan dövləti tərəfindən çox sayda sosial layihələr həyata keçirilir:

“Son iki il ərzində Azərbaycan hökuməti tərəfindən sosial sahədə inqilabi addımlar atılıb, dəyişikliklər edilib. Şəhid ailələri və müharibə qaziləri həmişə olduğu kimi bu gün də diqqət mərkəzindədirlər. Onların həyat şəraitinin yaxşılaşdırılması üçün bu istiqamətdə ardıcıl layihələr icra olunur. On bir min ailə üçün mənzillərin tikilməsi də bir daha dövlətin diqqətindən xəbər verir”.

Jalə Əliyevanın geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

109
Reanimasiyada COVİD-19 xəstəsi, arxiv şəkli

Azərbaycanın tanınmış alimi koronavirusdan vəfat etdi

0
(Yenilənib 12:21 03.03.2021)
Tarixçi bir müddət idi ki, koronavirusa görə müalicə alırdı. O ötən ay ağır vəziyyətdə xəstəxanaya yerləşdirilmişdi.

BAKI, 3 mart — Sputnik. AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun "Azərbaycanın orta əsrlər tarixi" şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Dilavər Əzimli vəfat edib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə onun yaxın dostu Qələndər Muxtarlı məlumat verib.

Xatırladaq ki, tarixçi bir müddət idi ki, koronavirusa görə müalicə alırdı. O ötən ay ağır vəziyyətdə xəstəxanaya yerləşdirilmişdi.

Dilavər Mirzəkişi oğlu Əzimli 1959-cu il dekabrın 5-də Cəlilabad rayonunun Ağdaş kəndində anadan olub.

O, 1987-1992-ci illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsini qırmızı dipıoma bitirib və həmin fakültənin aspiranturasında saxlanılıb. Dilavər Əzimli 1992-1994-cü illərdə Xarici İqtisadi Əlaqələr nazirliyində aparıcı mütəxəssis işləyib. 1994-cü ildən 2004-cü ilə kimi Azərbaycan mətbuatında müxtəlif qəzet və jurnallarda çalışıb. 2003-cü ildən AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun "Azərbaycanın orta əsrlər tarixi" şöbəsində çalışırdı, eyni zamanda Azərbaycan Dövlət Pedaqoji Universitetində "Türk və Şərqi Avropa xalqları" kafedrasının müəllimi idi. Evlidir, iki övladı var.

Əzimli bir monoqrafiya, bir kitab müəllifidir.

0