İqtisadçı ekspert Eldəniz Əmirov

Ekspert neftin qiymətinin artma səbəblərindən danışır

45
(Yenilənib 16:23 15.02.2021)
İqtisadçı ekspert Eldəniz Əmirov deyir ki, peyvəndin müsbət təsirləri bütün dünya üzrə qeydə alınsa, tələbat 100 milyon barreli ötəcək
Eldəniz Əmirov: “Yaya doğru qiymətlərdə yenə dalğalanmalar ola bilər”

Son günlər dünya birjalarında neftlə bağlı önəmli dəyişikliklər olub. Neft qiymətləri son 2 ilin ən böyük artım tempini nümayiş etdirib. ABŞ-ın üçüncü böyük bankı olan “Citigroup”un yaydığı məlumatda bildirilib ki,  “Brent” markalı xam neftin qiyməti ilin sonuna kimi 70 dollar/barrelə çata bilər.

İqtisadçı ekspert Eldəniz Əmirov Sputnik Azərbaycan-a deyir ki, dünyada peyvəndlə bağlı yayılan müsbət informasiyalar neftə tələbatı artırıb:

“Bu tələb hasilatın artması ilə əlaqəli deyil. Peyvəndin müsbət təsirləri bütün dünya üzrə qeydə alınsa, tələbat 100 milyon barreli ötəcək. Bu isə neftin qiymətinin 60 dollardan aşağı enməsinə imkan verməyəcək. Amma bu o demək deyil ki, neftin qiyməti daha yüksək həddə qalxacaq. Hazırda praktik olaraq neftin istifadəsinə tələb artmayıb. Sadəcə nikbinlik alıcılıq tələbini artırıb. Yaya doğru ola bilsin ki, qiymətlərdə yenə dalğalanmalar olsun”.

Eldəniz Əmirovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

45
Natiq Heydərov, KOB departament rəhbəri

Departament müdiri sahibkarlar üçün elan edilən müsabiqənin şərtlərini açıqlayır

10
(Yenilənib 20:13 05.03.2021)
KOBİA-nın departament müdiri Natiq Heydərov deyir ki, müsabiqə çərçivəsində hər bir şəxs yalnız bir layihə təqdim edə bilər
Natiq Heydərov: “Layihələrin maliyyələşdirilməsi KOBİA tərəfindən həyata keçiriləcək”

“Nazirlər Kabinetinin 2020-ci il 30 sentyabr tarixli Qərarı ilə “Mikro, kiçik və orta sahibkarlığın inkişafı ilə əlaqədar təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsi Qaydası” təsdiq edilib. Qaydalara uyğun olaraq, KOB subyektlərinin inkişafı ilə əlaqədar təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsi müsabiqə yolu ilə KOBİA tərəfindən həyata keçiriləcək”. Sputnik Azərbaycan xəbər verir ki, bunu KOBİA-nın departament müdiri Natiq Heydərov açıqlayıb.

“Müsabiqəyə sənədlərin qəbulu fevralın 17-dən martın 18-dək həyata keçiriləcək. Müsabiqədə mikro, kiçik və orta sahibkarlıq subyektinə aid olan hüquqi və fiziki şəxslər iştirak edə bilərlər. Müsabiqə çərçivəsində hər bir şəxs yalnız bir layihə təqdim edə bilər. Layihələrin icrası 3 aydan az, 12 aydan çox olmamalıdır. Hər bir layihə üzrə maliyyələşdirmə 20 min manat məbləğində müəyyən edilib”, - deyə N.Heydərov bildirib.

10
Vüqar Hüseynov

Vüqar Hüseynov: “Vahid massivlərdə vahid bitkinin əkilməsi daha çox xeyir verə bilər”

10
(Yenilənib 10:05 07.03.2021)
Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Vüqar Hüseynov deyir ki, belə olan halda fermerin texnika, suvarma, işçi qüvvəsi problemi həll olunur
Vüqar Hüseynov: “Bu səbəbdən fermerlər lazım olan qədər gəlir əldə edə bilmirlər”

Kənd Təsərrüfatı Nazirliyi bölgələrdə “Vahid sahədə vahid əkin” layihəsini həyata keçirməyə başlayıb. Layihənin məqsədi vahid massivdə yerləşən torpaq sahələrində vahid bitkinin becərilməsini təşviq etməkdir.

Sputnik Azərbaycan-ın məlumatına görə, Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Vüqar Hüseynov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, ötən illərin də təcrübəsi bölgü aparılmış vahid massivlərdə fermerlərin fərqli bitkilər əkdiyini göstərir:

“Fərqli bitkilər fərqli aqrotexniki qulluq qaydaları, fərqli dərmanlar tələb edir, istər əkin, istər səpin, istərsə məhsul yığımı vaxtı fərqli texnika tələb olunur. Bu səbəbdən fermerlər kənd təsərrüfatı fəaliyyətindən lazım olan qədər gəlir əldə edə bilmirlər. Apardığımız təhlillər göstərir ki, vahid massivlərdə vahid bitkinin əkilməsi fermerə daha çox xeyir verə bilər. Belə olan halda fermerin texnika, suvarma, işçi qüvvəsi problemi həll olunur”.

Vüqar Hüseynovun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

10
Bəşər Əsəd və xanımı Əsma xəstəxanada. 8 avqust 2018-ci il

Bəşər Əsəd xanımı da bu mərəzə tutulub

0
(Yenilənib 18:20 08.03.2021)
“Prezident Bəşər Əsəd və xanımı Əsmanın koronavirusla bağlı verdikləri testin cavabı müsbət çıxıb”.

BAKI, 8 mart - Sputnik. Suriya prezidenti Bəşər Əsəd və xanımı Əsma koronavirus virusuna yoluxduqlarını söyləyiblər.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə RİA Novosti Suriya prezidentinin administrasiyasına istinadən məlumat yayıb.

“Prezident Bəşər Əsəd və xanımı Əsmanın koronavirusla bağlı verdikləri testin cavabı müsbət çıxıb”, - xəbərdə deyilir.

Bəşər Əsəd və həyat yoldaşının yaxşı vəziyyətdə, durumlarının stabil olduğu qeyd edilir.

0
Teqlər:
Əsma Əsəd, Suriya prezidenti Bəşər Əsəd, Bəşər Əsəd, Koronavirus, epidemiya, COVID-19