Ekspert sahibkarlar üçün nəzərdə tutulan yeni dəyişiklikləri açıqlayır

527
(Yenilənib 09:41 12.02.2021)
İqtisadi Tədqiqatlar və Tədris Mərkəzinin rəhbəri Radil Fətullayev deyir ki, ödənişlər həm regionlarda, həm də Bakı şəhərində iki faiz olacaq
Radil Fətullayev: “Güzəştlər bu ilin yanavrından qüvvədən düşüb”

“Pandemiya ilə əlaqədar olaraq keçən il vergi ödəyiciləri üçün nəzərdə tutulan güzəştlər bu ilin yanvarın 1-dən etibarən qüvvədən düşüb”. Bunu Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində keçirilən tədbirdə İqtisadi Tədqiqatlar və Tədris Mərkəzinin rəhbəri Radil Fətullayev deyib.

Onun sözlərinə görə, artıq vergi ödəyiciləri normal qaydada ödənişləri həyata keçirməlidirlər:

“Əlavə olaraq deyim ki, pandemiya ilə əlaqədar sadələşdirilmiş vergi ödənişləri bir faizə endirilmişdi. İndi isə bu ödənişlər həm regionlarda, həm də Bakı şəhərində iki faiz olacaq. Bundan başqa gəlir-mənfəət vergisi ödəyicilərinə müxtəlif möhlətlər verilmişdi. Artıq bunlar da öz normal qaydasına düşəcək. Çox mühim dəyişiklik isə icbari tibbi sığorta ilə bağlıdır. Ötən ilin aprelindən İcbari tibbi sığortanın tətbiqi nəzərdə tutulmuşdu. Bu prosesdə gecikmələr oldu və artıq yanvardan etibarən tətbiq edilməyə başlandı”.

Radil Fətullayevin fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

527

Professor: “Kommunikasiyaların açılması dialoqa imkan verəcək”

15
(Yenilənib 16:14 24.02.2021)
UNEC-in professoru, Rusiya İqtisadiyyat Məktəbinin direktor müavini, Elşad Məmmədov deyir ki, münaqişənin həlli bölgəmizin sabitlik və inkişafa istiqamətlənməsi baxmından əhəmiyyət kəsb edir
Elşad Məmmədov: “Münaqişə post-sovet məkanında dağıdıcı proseslərə zəmin yaratdı”

“Üçtərəfli bəyanatın imzalanması regionda yeni iqtisadi-siyasi reallıqların formalaşmasını şərtləndirir”. Bunu Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində təşkil olunan video-körpüdə UNEC-in professoru, Rusiya İqtisadiyyat Məktəbinin direktor müavini, Elşad Məmmədov deyib.

Professor bildirib ki, kommunikasiyaların açılması hər zaman prioritet olub:

“Biz kommunikasiyaların açılması ilə iqtisadi qazanc əldə etməklə yanaşı, həm də siyasi və sosial dialoqun formalaşmasının şahidi ola bilərik. Bu münaqişə post-sovet məkanında dağıdıcı proseslərə zəmin yaratdı və inteqrasiya prosesinə də mənfi təsirini göstərdi. Ona görə də münaqişənin həlli bölgəmizin sabitlik və inkişafa istiqamətlənməsi baxmından əhəmiyyət kəsb edir”.

Elşad Məmmədovun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

15
Mübariz Tağıyev

Mübariz Tağıyev: “Yalçın Rzazadənin sənətini onu həmişə yaşadacaq”

11
(Yenilənib 09:53 24.02.2021)
Xalq artisti Mübariz Tağıyev deyir ki, Yalçın Rzazadənin vəfatı ilə əziz dostlarından daha birini itirib
Mübariz Tağıyev: “Sənətkar ömrünün sonu yoxdur”

Azərbaycanın Xalq artisti, görkəmli müğənni Yalçın Rzazadə vəfat edib.

Mərhum sənətçi haqqında Sputnik Azərbaycan-a danışan Xalq artisti Mübariz Tağıyev deyib ki, Yalçın Rzazadənin vəfatı ilə əziz dostlarından daha birini itirib:

“Yalçın Rzazadə xalqımızın sevimli sənətçilərindən idi. O, çox təvəzökar həyat yaşayıb. Eyni zamanda həm peşəkar sənətçi, həm də dəyərli ziyalılarımızdan idi. Yalçın Rzazadə vətəninə, ailəsinə, torpağına bağlı insan idi. Mənə elə gəlir ki, sənətkar ömrünün sonu yoxdur. O yaratdığı əsərlər, qızıl fondda saxlanılan mahnılar onu həmişə yaşadacaq”.

Mübariz Tağıyevin fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

11
Yanğınsöndürənlər, arxiv şəkli

Evləri yanan köçkünlər harada qalacaqlar? "Qaçqınkom"dan açıqlama

0
(Yenilənib 01:00 25.02.2021)
Müvəqqəti məskunlaşma yerlərinə zərər dəymiş ailələr dövlət vəsaiti hesabına kirayə mənzillə təmin olunacaqlar.

BAKI, 25 fevral — Sputnik. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Bakıda baş verən yanğınla bağlı açıqlama yayıb.

Sputnik Azərbaycan-a daxil olan məlumatda bildirilib ki, fevralın 24-də Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, 31/66 ünvanında yerləşən, keçmiş məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı yeddi mərtəbəli, 3 girişli inzibati binanın damında yanğın olub.

Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri tərəfindən yanğın söndürülüb: "Yanğın barədə məlumat daxil olduqdan dərhal sonra Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri hadisə yerinə yollanıblar. İlkin araşdırma nəticəsində binanın damında yanar konstruksiyalardan primitiv qaydada inşa edilmiş 6 tikilinin əşyaları ilə birlikdə tamamilə yandığı müəyyən edilib. Yanğın nəticəsində ümumilikdə 17 mənzilə ziyan dəyib.

Ağdam rayonundan məcburi köçkün, 1986-cı il təvəllüdlü Vəliyev Tural Qabil oğlu yüngül yanıq xəsarətləri alıb.

Müvəqqəti məskunlaşma yerlərinə zərər dəymiş ailələr dövlət vəsaiti hesabına kirayə mənzillə təmin olunacaqlar. Az ziyan dəymiş 11 mənzil Dövlət Komitəsinin aidiyyəti şöbəsi tərəfindən təmir olunacaq. Həmin tikililərdə təmir-bərpa işlərinin aparılmasının və zərərçəkmiş ailələrin yenidən, müvəqqəti olaraq, burada yerləşdirilməsinin mümkünlüyü onların nəzərinə çatdırılıb.

Yanğın baş vermiş binada 277 ailə, yəni min nəfər müvəqqəti məskunlaşıb.

Digər yaşayış sahələri yanğından mühafizə olunub.

Yanğının başvermə səbəbləri Fövqəladə Hallar Nazirliyi tərəfindən araşdırılır, dəymiş ziyan müəyyənləşdirilir. FHN-nin araşdırmasından sonra yekun rəy veriləcək, onun əsasında müvafiq hüquqi addımlar atılacaq".

0