Filologiya elmləri doktoru, professor Qulu Məhərrəmli

Professor: “Azərbaycanın işğaldan azad edilmiş bölgəsində yeni proses başlayıb”

75
(Yenilənib 01:52 11.02.2021)
BDU-nun jurnalistika fakültəsinin professoru Qulu Məhərrəmli deyir ki, yaranmış yeni situasiya həmin bölgədəki insanlara informasiya bələdçisi olmaq ehtiyacı yaradır
Qulu Məhərrəmli: “Biz Qarabağın səsini eşidəcəyik”

Milli Televiziya və Radio Şurası Dağlıq Qarabağ və ətraf ərazilərdə regional radio kanalının açılması üçün 102.7 MHs işçi tezliyə elan olunan müsabiqəyə başlayıb. Müsabiqə martın 12-dək davam edəcək.

Bakı Dövlət Universiteti jurnalistika fakültəsinin müəllimi, filologiya elmləri doktoru, professor Qulu Məhərrəmli Sputnik Azərbaycan-a deyir ki, belə bir müsabiqənin elan edilməsi çox müsbət hadisədir:

“Azərbaycanın işğaldan azad edilmiş bölgəsində artıq yeni bir proses başlayıb. Yaranmış yeni situasiya həmin bölgədəki insanlara informasiya bələdçisi olmaq ehtiyacı yaradır. Bu baxımdan televiziya və radionun olması çox gözəldir. Düşünürəm ki, bölgənin tarixi ilə bağlı etüdlər, operativ informasiya təminatı və maarifləndirmə istiqaməti yeni yaradılacaq radionun yayım materialı olacaq. Bütün bunlarla biz Qarabağın səsini eşidəcəyik”.

Qulu Məhərrəmlinin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

75
Teqlər:
proses, Azərbaycan, Qarabağ, tv, radio, işğaldan azad edilmiş ərazilər
Millət vəkili Jalə Əliyeva

Millət vəkili: “Azərbaycan hökuməti tərəfindən inqilabi addımlar atılıb”

107
(Yenilənib 08:47 02.03.2021)
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü, millət vəkili Jalə Əliyeva deyir ki, on bir min ailə üçün mənzillərin tikilməsi də bir daha dövlətin diqqətindən xəbər verir
Jalə Əliyeva: “Şəhid ailələri və müharibə qaziləri həmişə diqqət mərkəzindədirlər”

Növbəti 5 il ərzində şəhid ailələri və müharibə əlillərinə 11 min mənzilin verilməsi nəzərdə tutulur. Bunu Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü, millət vəkili Jalə Əliyeva Sputnik Azərbaycan-a deyir ki, ümumiyyətlə Azərbaycan dövləti tərəfindən çox sayda sosial layihələr həyata keçirilir:

“Son iki il ərzində Azərbaycan hökuməti tərəfindən sosial sahədə inqilabi addımlar atılıb, dəyişikliklər edilib. Şəhid ailələri və müharibə qaziləri həmişə olduğu kimi bu gün də diqqət mərkəzindədirlər. Onların həyat şəraitinin yaxşılaşdırılması üçün bu istiqamətdə ardıcıl layihələr icra olunur. On bir min ailə üçün mənzillərin tikilməsi də bir daha dövlətin diqqətindən xəbər verir”.

Jalə Əliyevanın geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

107
Adil Qeybulla

Pandemiya zamanı toylara icazə verilsə, hansı şərtlərə əməl edilməlidir həkim şərhi

35
(Yenilənib 08:25 01.03.2021)
Professor, həkim Adil Qeybulla deyir ki, pandemiya dövründə toyların necə keçirilməsi ilə bağlı insanlarda düzgün fikir formalaşmalıdır
Adil Qeybulla: “Toylar bərpa ediləndə bir sıra şərtlər mütləq nəzərə alınmalıdır”

“Pandemiya dövründə toyların keçirilməsi formatından danışarkən təkcə say nəzərə alınmalı deyil”. Sputnik Azərbaycan xəbər verir ki, bunu ATV-yə pandemiya dövründə toyların keçirilmə qaydaları haqqında danışarkən professor, həkim Adil Qeybulla deyib.

Onun sözlərinə görə, toylar bərpa ediləndə bir sıra şərtlər mütləq nəzərə alınmalıdır:

“Toya gələn şəxslərin tempraturu ölçülməli, həmçinin xəstəliklərlə bağlı xəbərdarlıqların edilməsi vacibdir. İmmun zəifliyi olan insanlara belə şənliklərdə iştirak etməməklə bağlı tövsiyyələr edilməlidir. Yəni pandemiya dövründə toyların necə keçirilməsi ilə bağlı insanlarda düzgün fikir formalaşmalıdır”.

Adil Qeybullanın geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

35
Erməni pasportu

Doğulduğu yer - Azərbaycan? Qarabağ ermənisinin pasportu Ermənistanda qalmaqal yaradıb

196
(Yenilənib 00:01 03.03.2021)
"Azərbaycan SSR deyil, DQR deyil, sadəcə Azərbaycan. İndi dostum deyir ki, nəhayət xəyal etdiyim vətəndaşlıq aldım və məlum oldu ki, mən Azərbaycandanam" - Arsen Karapetyan.

BAKI, 2 mart - Sputnik. Qarabağda doğulan Ermənistan vətəndaşlarının yeni pasportlarında doğum yeri hissəsinə “Azərbaycan” yazılmağa başlanılıb.

Sputnik Ermənistan xəbər verir ki, bu barədə Yerevan Ağsaqqallar Şurasının “Mənim addımım” fraksiyasından olan keçmiş üzvü, memar Arsen Karapetyan öz Facebook hesabında yazıb. 

Karapetyan qeyd edib ki, dostu 80-ci illərin ortalarında Ağdərədə (Mardakertdə) anadan olub. Daha sonra isə Rusiyada yaşayıb və hazırda Ermənistan vətəndaşlığı almaq üçün müraciət edib. Onun pasportunda doğum yeri kimi isə Azərbaycan göstərilib.

"Azərbaycan SSR deyil, DQR deyil, sadəcə Azərbaycan. İndi dostum deyir ki, nəhayət xəyal etdiyim vətəndaşlıq aldım və məlum oldu ki, mən Azərbaycandanam. Nədir bu?", - deyə Karapetyan sosial şəbəkədə yazıb.

Məsələ ilə bağlı Ermənistan polisinin pasport və viza şöbəsinin rəis müavini Məryəm Gevorkyan açıqlama verib.

"Bu vətəndaş Sovet İttifaqı dövründə anadan olub, Azərbaycan SSR-də anadan olub. Ermənistan Respublikasının pasportu səyahət sənədidir, beynəlxalq standartlara uyğundur, ona görə keçmiş SSRİ ölkələri üçün kodlar yoxdur. Başqa sözlə, əgər bir insan keçmiş SSRİ-nin bir ölkəsində anadan olubsa, onun doğulduğu yer pasporta ölkənin indiki adı ilə qeyd olunur, yəni Gürcüstan SSRİ deyil, Gürcüstan", - deyə Məryəm Gevorkyan bildirib.

O əlavə edib ki, "bu, köhnə təcrübədir". 

Qeyd edək ki, Arsen Karapetyan şərh bölümündə dostunun doğulduğu yerin "Azərbaycan SSR" kimi göstərildiyi Rusiya pasportunu da yerləşdirib. 

196