Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri Fərid Şəfiyev

Fərid Şəfiyev: “Mən hesab edirəm ki, Rusiyanın mövqeyi çox konstruktivdir”

49
(Yenilənib 20:32 07.02.2021)
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev deyir ki, Rusiya Azərbaycanın ərazi bütövlüyünün tanınması ilə bağlı dəfələrlə çıxış edib
Fərid Şəfiyev: “Azərbaycan bu ölkə ilə konstruktiv əlaqələri inkişaf etdirməlidir”

“Mən hesab edirəm ki, Rusiyanın mövqeyi çox konstruktivdir və bu konstruktiv yanaşma son on beş il ərzində şəxsən Azərbaycan prezidenti İlham Əliyev tərəfindən aparılan təmaslar, şəxsi diplomatiya əsnasında baş vermişdir”. Bu fikirləri Sputnik Azərbaycan-a ekskluziv müsahibəsində Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev deyib.

“Rusiya Azərbaycanın ərazi bütövlüyünün tanınması ilə bağlı dəfələrlə çıxış etdi. Müharibədən əvvəl də Rusiya tərəfi bildirirdi ki, Azərbaycanın işğal olunmuş əraziləri mərhələli şəkildə azad olunmalıdır. Eyni zamanda bizə sirr də deyil ki, Rusiya və Ermənistan arasında hərbi siyasi bloku mövcuddur. Lakin reallıq ondan ibarətdir ki, Rusiya dünyada güclü bir ölkədir. Ona görə Azərbaycan da bu ölkə ilə konstruktiv əlaqələri inkişaf etdirməlidir”, – deyə o bildirib.

Fərid Şəfiyevin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

49
Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli

Hərbi ekspert hərbçilərin maaşlarına edilən artım əlavələr haqqında danışır

22
(Yenilənib 23:01 04.03.2021)
Hərbi ekspert Emin Həsənli deyir ki, Ali Baş Komandan və vitse-prezident bu şəxslərə xüsusi diqqət göstərir
Emin Həsənli: “Yaxın illərdə mənzilsiz hərbi qulluqçu, şəhid ailəsi qalmayacaq”

“Post-müharibə dövrünün bir sıra təhdidlərini, xidmətin xüsusiyyətlərini, qulluq və sosial-məişət şəraitinin mürəkkəbliyini nəzərə alaraq müdafiə nazirinin müvafiq əmrinə əsasən hərbi qulluqçuların vəzifə maaşlarına müddətli əlavələr müəyyən edilib”. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Sputnik Azərbaycan xəbər verir ki, hərbçilərin maaşlarına edilən əlavələri şərh edən hərbi ekspert Emin Həsənli bu əlavələrin bərpa edilmiş sərhəd zonalarında xidmət edən, həmçinin Qarabağın içində Rusiya sülhməramlı qüvvələrinin olduğu ərazidə xidmət aparan hərbi qulluqçulara şamil ediləcəyini bildirib:

“Ali Baş Komandan və vitse-prezident bu şəxslərə xüsusi diqqət göstərir. Onların qayğısı nəticəsində digər məsələlərin həll olunmasının şahidi olacağıq. İyirmi ildən artıq qüsursuz xidmət etmiş hərbi qulluqçular mənzillərlə təmin edilir. Yaxın illərdə mənzilsiz hərbi qulluqçu, şəhid ailəsi qalmayacaq”.

Emin Həsənlinin fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

22
Ramil Həsən, deputat

YAP-ın qurultayı hansı zərurətdən keçirilir millət vəkili açıqlayır

75
(Yenilənib 00:46 04.03.2021)
YAP-ın üzvü, millət vəkili Ramil Həsən deyir ki, 44 günlük Vətən müharibəsindəki qələbədən sonra bu proseslər qaldığı yerdən sürətlə davam etməkdədir
Ramil Həsən: “YAP-da bu addımların atılması normal qəbul edilməlidir”

“Yeni Azərbaycan Partiyasının Qurultayının keçiriləcəyi ilə bağlı rəsmi açıqlama verilməyib”. Bunu Sputnik Azərbaycan-a YAP-ın üzvü, millət vəkili Ramil Həsən deyib.

Millət vəkili qeyd edib ki, o, partiyanın Milli Məclisdə təmsil olunan 70-ə yaxın deputından biri, həm də sıravi üzvüdür və daxili nizamnaməyə uyğun olaraq partiya rəhbərliyi tərəfindən verilən əmri yerinə yetirmək onun borcudur:

“Qurultayın hansı zərurətdən keçirilməsi haqqında fikir bildirmək üçün bu barədə rəsmi açıqlama olmalıdır. Partiyanın qurultayı nə vaxtsa keçirilməlidir. Bu ola bilsin ki, mətbuatda göstərilən tarix, ya da başqa bir vaxtda baş tutsun. Qurultayın keçirilməsinə zərurət və vaciblik baxımından onu qeyd edə bilərəm ki, Azərbaycanda prezident İlham Əliyevin rəhbəriyi və vitse-prezident Mehriban Əliyevanın xoş məramı ilə iştirak etdiyi islahatlar və reforma siyasəti uğurla davam edir. Xüsusilə də 44 günlük Vətən müharibəsindəki qələbədən sonra bu proseslər qaldığı yerdən sürətlə davam etməkdədir. Ona görə də YAP-da da dövlətimizin və ölkənin siyasətinin müxtəlif sferalarında həmahənglik təşkil edə biləcək addımların atılması normal qəbul edilməlidir”.

Ramil Həsənin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

75
Teqlər:
millət vəkili, zərurət, qurultay, YAP
Ziyarətçilər Benksinin əsərlərinə baxırlar, arxiv şəkli

Benksinin əsərini yandırmaq üçün 95 min dollar ödədilər - VİDEO

0
(Yenilənib 00:33 06.03.2021)
"Morons" rəsmində real tarixi an - rəssam Vinsent Van Qoqun "Günəbaxanlar" tablosunun hərracda 50 milyon ABŞ dollarına satıldığı vəziyyət təsvir olunub.

BAKI, 6 mart — Sputnik. "Injective Protocol" blokçeyn şirkəti küçə rəssamı Benksinin "Morons" rəsmini yandırmaq və rəqəmsal aktivə çevirmək üçün Nyu-York qalereyasına 95 min ABŞ dolları ödəyərək şəkli satın alıb.

Sputnik Azərbaycan xarici mediaya istinadən xəbər verir ki, rəssamın özünün yaratdığı "Pest Control" agentliyi əsərin həqiqiliyini təsdiqləyib. Canlı yayımlanan yandırılma prosesindən sonra rəsm əsəri dəyişdirilə bilinməyən tokenə (NFT) çevrilib. Qeyd olunur ki, bu, əsl sənət əsərinin virtual aktivə çevrildiyi ilk haldır.

"Morons" rəsmində real tarixi an - rəssam Vinsent Van Qoqun "Günəbaxanlar" tablosunun hərracda 50 milyon ABŞ dollarına satıldığı vəziyyət təsvir olunub. Bu, çoxlu lot ilə hərracların tətbiqinin başlanğıcı olub.

Daha əvvəl Benksinin qrafitisi olan divarın bir parçasının "altırəqəmli məbləğə" satıldığı bildirilmişdi.

0