Rusiya Federasiyası və ABŞ Strateji Hücum Silahlarına dair Müqaviləni (SHS-3) Moskvanın şərtləri daxilində uzatmaq qərarına gəliblər. Bu barədə jurnalistlərə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov məlumat verib.
Politoloq Fikrət Sadıxov Sputnik Azərbaycan-a deyir ki, uzun illər bu müqavilə tərəflər arasında problemə çevrilmişdi:
“Müqavilənin uzadılması məsələsi ortaya gələndə hər iki tərəf şərtlər irəli sürürdü. Təbii ki, müqvilənin asılı vəziyyətdə qalması hər iki tərəfi narahat edirdi. Yeni seçilmiş ABŞ prezidenti Co Bayden Trampdan fərqli siyasət yürüdür. Onun siyasəti yumşaq diplomatiyaya arxalanır. ABŞ-la Rusiya arasında imzalanmış müqavilə ayrıca bir istiqamətdir”.
Fikrət Sadıxovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz
“Post-müharibə dövrünün bir sıra təhdidlərini, xidmətin xüsusiyyətlərini, qulluq və sosial-məişət şəraitinin mürəkkəbliyini nəzərə alaraq müdafiə nazirinin müvafiq əmrinə əsasən hərbi qulluqçuların vəzifə maaşlarına müddətli əlavələr müəyyən edilib”. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Sputnik Azərbaycan xəbər verir ki, hərbçilərin maaşlarına edilən əlavələri şərh edən hərbi ekspert Emin Həsənli bu əlavələrin bərpa edilmiş sərhəd zonalarında xidmət edən, həmçinin Qarabağın içində Rusiya sülhməramlı qüvvələrinin olduğu ərazidə xidmət aparan hərbi qulluqçulara şamil ediləcəyini bildirib:
“Ali Baş Komandan və vitse-prezident bu şəxslərə xüsusi diqqət göstərir. Onların qayğısı nəticəsində digər məsələlərin həll olunmasının şahidi olacağıq. İyirmi ildən artıq qüsursuz xidmət etmiş hərbi qulluqçular mənzillərlə təmin edilir. Yaxın illərdə mənzilsiz hərbi qulluqçu, şəhid ailəsi qalmayacaq”.
Emin Həsənlinin fikirlərinə audiofaylda qulaq asa bilərsiniz
“Yeni Azərbaycan Partiyasının Qurultayının keçiriləcəyi ilə bağlı rəsmi açıqlama verilməyib”. Bunu Sputnik Azərbaycan-a YAP-ın üzvü, millət vəkili Ramil Həsən deyib.
Millət vəkili qeyd edib ki, o, partiyanın Milli Məclisdə təmsil olunan 70-ə yaxın deputından biri, həm də sıravi üzvüdür və daxili nizamnaməyə uyğun olaraq partiya rəhbərliyi tərəfindən verilən əmri yerinə yetirmək onun borcudur:
“Qurultayın hansı zərurətdən keçirilməsi haqqında fikir bildirmək üçün bu barədə rəsmi açıqlama olmalıdır. Partiyanın qurultayı nə vaxtsa keçirilməlidir. Bu ola bilsin ki, mətbuatda göstərilən tarix, ya da başqa bir vaxtda baş tutsun. Qurultayın keçirilməsinə zərurət və vaciblik baxımından onu qeyd edə bilərəm ki, Azərbaycanda prezident İlham Əliyevin rəhbəriyi və vitse-prezident Mehriban Əliyevanın xoş məramı ilə iştirak etdiyi islahatlar və reforma siyasəti uğurla davam edir. Xüsusilə də 44 günlük Vətən müharibəsindəki qələbədən sonra bu proseslər qaldığı yerdən sürətlə davam etməkdədir. Ona görə də YAP-da da dövlətimizin və ölkənin siyasətinin müxtəlif sferalarında həmahənglik təşkil edə biləcək addımların atılması normal qəbul edilməlidir”.
Ramil Həsənin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz
BAKI, 6 mart - Sputnik. İlin sonuna qədər Rusiya məktəbləri yalnız təsdiqlənmiş kontentə giriş üçün nəzərdə tutulan Wi-Fi şəbəkəsinə qoşulacaq. Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, bunu Rusiyanın Təhsil Naziri Sergey Kravtsov "Rossiya24" telekanalının efirində Nailə Əsgər-Zadəyə verdiyi müsahibəsində deyib.
"Biz uşaqları təəssüf ki, alçaq məqsədlərlə yayılmış, qətiyyən qəbuledilməz olan neqativ informasiyalardan qoruyacağıq", - deyə nazir bildirib.
Kravtsov ilin sonuna qədər bütün şəhər məktəblərinin saniyədə ən az 100 meqabit, kənd məktəblərinin saniyədə 50 meqabit sürətlə internetə qoşulacağını vurğulayıb.
Bu həftənin əvvəlində Vladimir Putin Daxili İşlər Nazirliyinin kollegiya iclasında interneti izləməyin və uşaqları orada qanunsuz hərəkətlərə cəlb edənlərin müəyyənləşdirilməsinin vacibliyindən danışıb.
Daha sonra "Biz Birlikdəyik" aksiyasının iştirakçıları ilə görüşdə prezident internet vasitəsilə uşaqlar arasında uşaq pornoqrafiyasının və narkotik maddələrin təbliğ olunduğunu qeyd edib.
O, həmçinin vurğulayıb ki, internet belə şəxslər üçün yetkinlik yaşına çatmayanlardan istifadə edərək qazanc əldə etmək mənbəyidir. Bundan sonra İstintaq Komitəsinin rəhbəri Aleksand Bastrıkin tabeliyində olanlara "internetə sızmağı" və rəqəmsal cinayətlərlə daha aktiv işləməyi tapşırıb.