Zahid Abbasov

Zahid Abbasov: “Məqsədimiz Şuşa mədəniyyətini yenidən özünə qaytarmaqdır”

41
(Yenilənib 10:44 06.02.2021)
Şuşa rayon mədəniyyət şöbəsinin müdiri Zahid Abbasov deyir ki, mədəniyyət paytaxtının adına layiq olmaq üçün çalışacaqlar
Zahid Abbasov: “Şuşa mədəniyyətinin günəş kimi yenidən parıldamasını istəyirik”

Mədəniyyət Nazirliyi Prezident İlham Əliyevin Şuşada bu il “Xarı bülbül” festivalı və Vaqif poeziya günlərinin keçirilməsi tapşırığı ilə bağlı işlərə başlayıb.

Şuşa rayon mədəniyyət şöbəsinin müdiri Zahid Abbasov Sputnik Azərbaycan-a deyir ki, 1982-ci ilin iyulun 29-da birinci Vaqif poeziya günləri keçirilib:

“Həmin tədbirin keçirilməsinin məsul təşkilatçılarından biri də mən idim. Həmin tədbirdə ulu öndər Heydər Əliyev özü də iştirak etmişdi. Şuşanın mədəniyyət paytaxtı elan edilməsi əlamətdar hadisədir. Biz çalışacayıq ki, həmin mədəniyyət paytaxtının adına layiq olaq. Məqsədimiz Şuşa mədəniyyətini yenidən Şuşaya qaytarmaqdır. İstəyirik ki, Şuşa mədəniyyəti günəş kimi yenidən parıldasın”.

Qeyd edək ki, yanvarın 5-də Prezident İlham Əliyev Anar Kərimovu mədəniyyət naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən Şuşa şəhərini Azərbaycan mədəniyyətinin paytaxtı elan edib.

Zahid Abbasovun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

41
Vüqar Hüseynov

Vüqar Hüseynov: “Vahid massivlərdə vahid bitkinin əkilməsi daha çox xeyir verə bilər”

10
(Yenilənib 10:05 07.03.2021)
Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Vüqar Hüseynov deyir ki, belə olan halda fermerin texnika, suvarma, işçi qüvvəsi problemi həll olunur
Vüqar Hüseynov: “Bu səbəbdən fermerlər lazım olan qədər gəlir əldə edə bilmirlər”

Kənd Təsərrüfatı Nazirliyi bölgələrdə “Vahid sahədə vahid əkin” layihəsini həyata keçirməyə başlayıb. Layihənin məqsədi vahid massivdə yerləşən torpaq sahələrində vahid bitkinin becərilməsini təşviq etməkdir.

Sputnik Azərbaycan-ın məlumatına görə, Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Vüqar Hüseynov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, ötən illərin də təcrübəsi bölgü aparılmış vahid massivlərdə fermerlərin fərqli bitkilər əkdiyini göstərir:

“Fərqli bitkilər fərqli aqrotexniki qulluq qaydaları, fərqli dərmanlar tələb edir, istər əkin, istər səpin, istərsə məhsul yığımı vaxtı fərqli texnika tələb olunur. Bu səbəbdən fermerlər kənd təsərrüfatı fəaliyyətindən lazım olan qədər gəlir əldə edə bilmirlər. Apardığımız təhlillər göstərir ki, vahid massivlərdə vahid bitkinin əkilməsi fermerə daha çox xeyir verə bilər. Belə olan halda fermerin texnika, suvarma, işçi qüvvəsi problemi həll olunur”.

Vüqar Hüseynovun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

10
Rus İqtisad Məktəbinin direktor müavini Elşad Məmmədov

Professor: “Uçot dərəcəsinin endirilməsinə ehtiyac var”

16
(Yenilənib 10:35 06.03.2021)
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov deyir ki, artıq uçot dərəcəsi iqtisadi proseslərin tənzimlənməsi baxımından ciddi təsirə malik deyil
Elşad Məmmədov: “Uçot dərəcələrinin sabit qalması dəyişikliklərə yol açamayacaq”

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti uçot dərəcəsini sabit saxlanılması haqqında qərar qəbul edib. Bu barədə faiz dəhlizinin parametrlərinə dair onlayn mətbuat konfransında çıxış edərkən Mərkəzi Bankın sədri Elman Rüstəmov deyib.

Mərkəzi Bankın bu qərarını Sputnik Azərbaycan-a şərh edən Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov deyir ki, uçot dərəcələrinin sabit saxlanması iqtisadiyyatda hər hansı ciddi dəyişikliklərə yol açamayacaq:

“Hesab edirəm ki, uçot dərəcəsi hələ də yüksəkdir və onun endirilməsinə ehtiyac var. Digər tərəfdən artıq uçot dərəcəsi iqtisadi proseslərin tənzimlənməsi baxımından ciddi təsirə malik deyil. Bir göstərici üzərindən bütün iqtisadi proseslərin kreditləşməsi köhnəlmiş yanaşma kimi  qəbul edilməlidir”.

Professorun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

16
Qonaqlıq, arxiv şəkli

Masallıda toy: Polis şadyanalıq üçün qonşunun evinə toplaşanları cəzalandırdı

0
(Yenilənib 00:27 08.03.2021)
Toyda iştirak edən 13 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən, qanunamüvafiq tədbirlər görülüb.

BAKI, 7 mart - Sputnik. Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən xüsusi karantin rejimi qaydalarının təmin olunmasına nəzarət edilməsi istiqamətində keçirilən növbəti tədbirlər zamanı şəhər sakini İ.Vəliyevin qonşusuna məxsus yaşayış evində oğluna toy məclisi təşkil etdiyi müəyyən edilib.

Sputnik Azərbaycan AZƏRTAC-a istinadla xəbər verir ki, Rayon Polis Şöbəsinin əməkdaşları həmin məclisdə iştirak edənlərə bir daha xüsusi karantin rejiminin qaydalarını izah ediblər.

Toyda iştirak edən 13 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən, qanunamüvafiq tədbirlər görülüb.

0