Akademik Rafiq Əliyev

Rafiq Əliyev: “Lütfi Zadə bütün zamanların dahisidir”

66
(Yenilənib 18:42 04.02.2021)
Professor Rafiq Əliyev deyir ki, qeyri-səlis məntiq nəzəriyyəsinin yaranmasında Lütfi Zadənin xarakterinin təsiri olub
Rafiq Əliyev: “Zadənin evi orta statistik azərbaycanlının evindən daha aşağı səviyyədə idi”

Dünya şöhrətli azərbaycanlı alim, görkəmli elm xadimi, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi Lütfi Zadənin anadan olmasından yüz il ötür.

Alimin yaxın dostu, akademik Rafiq Əliyev Lütfi Zadə haqqında düşüncələrini Sputnik Azərbaycan-a danışıb. O bildirib ki, artıq Lütfi Zadənin 100 illiyi ilə bağlı iki konfrans keçirilib və biri də keçiriləcək:

“Lütfi Zadə son dərəcə sadə bir insan idi və onun buraxdığı iz çox böyükdür. Bu sadəliklə yanaşı, o, elmdə prinsipiallığı ilə seçilirdi. Düşünürəm ki, qeyri-səlis məntiq nəzəriyyəsinin yaranmasında onun xarakterinin təsiri oldu. O, klassik streotiplərdən çəkinmədi, Aristotel məntiqini demirəm dağıtdı, amma onu genişləndirdi və fərqli bir nəzəriyyə ortaya çıxartdı. Zadənin evi orta statistik azərbaycanlının evindən daha aşağı səviyyədə idi. O belə şeylərə fikir verməzdi. Lütfi Zadə Azərbaycana son dərəcə bağlı idi. Mənim fikrimcə, o, bütün zamanların dahisidir”.

Xatırladaq ki, bu ilin yanvarın 25-də Prezident İlham Əliyev görkəmli elm xadimi Lütfi Zadənin 100 illiyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb.

Rafiq Əliyevin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

66
Teqlər:
yubiley, dahi, Rafiq Əliyev, Lütfi Zadə
Ekspert Aydın Quliyev

Siyasi ekspert: “YAP-da islahatları yaxına buraxmayanlar maneəyə çevriliblər”

78
(Yenilənib 10:05 03.03.2021)
Siyasi ekpsert Aydın Quliyev deyir ki, YAP-ın təşkilati-siyasi fəaliyyəti ölkədə baş verən dəyişikliklərdən geri qalır
Aydın Quliyev: “YAP-ın elitar kadr heyətində islahatlara ehtiyyac duyulur”

Martın 5-də Yeni Azərbaycan Partiyasının növbədənkənar qurultayı keçiriləcək. Qurultayda bir sıra vacib qərarlar qəbul ediləcək.

Siyasi ekpsert Aydın Quliyev Sputnik Azərbaycan-a deyir ki, YAP-ın qurultayının keçirilməsi ölkənin siyasi həyatında təsirli bir siyasi hadisə olacaq:

“Cəmiyyət və siyasi təşkilatların bu qurultaydan gözləntiləri var. YAP-ın həm siyasi ideoloji fəaliyyətində, həm də struktural fəaliyyətində və elitar kadr heyətində çox ciddi islahatlara ehtiyyac duyulur. Uzun zamandır ki, bu islahatlardan danışılır, ancaq YAP-ın daxilində bu islahatlar məsələsini yaxına buraxmayanlar partiyanın daxili inkişaf yollarında maneələrə çevriliblər. Açıq-aşkar görünür ki, YAP-ın təşkilati-siyasi fəaliyyəti ölkədə baş verən dəyişikliklərdən geri qalır”.

Xatırladaq ki, YAP-ın sonuncu qurultayı 2018- ci ilin fevralın 8-də keçirilib.

Aydın Quliyevin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

78
Millət vəkili Jalə Əliyeva

Millət vəkili: “Azərbaycan hökuməti tərəfindən inqilabi addımlar atılıb”

113
(Yenilənib 08:47 02.03.2021)
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü, millət vəkili Jalə Əliyeva deyir ki, on bir min ailə üçün mənzillərin tikilməsi də bir daha dövlətin diqqətindən xəbər verir
Jalə Əliyeva: “Şəhid ailələri və müharibə qaziləri həmişə diqqət mərkəzindədirlər”

Növbəti 5 il ərzində şəhid ailələri və müharibə əlillərinə 11 min mənzilin verilməsi nəzərdə tutulur. Bunu Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü, millət vəkili Jalə Əliyeva Sputnik Azərbaycan-a deyir ki, ümumiyyətlə Azərbaycan dövləti tərəfindən çox sayda sosial layihələr həyata keçirilir:

“Son iki il ərzində Azərbaycan hökuməti tərəfindən sosial sahədə inqilabi addımlar atılıb, dəyişikliklər edilib. Şəhid ailələri və müharibə qaziləri həmişə olduğu kimi bu gün də diqqət mərkəzindədirlər. Onların həyat şəraitinin yaxşılaşdırılması üçün bu istiqamətdə ardıcıl layihələr icra olunur. On bir min ailə üçün mənzillərin tikilməsi də bir daha dövlətin diqqətindən xəbər verir”.

Jalə Əliyevanın geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

113
Türkiyənin Cobra zirehli maşını, arxiv şəkli

Türkiyə minaya davamlı yeni zirehli maşınını göstərdi - VİDEO

0
Cobra zirehli maşınlarının əvvəlki versiyaları 15 ölkədə, o cümlədən Azərbaycanda, Gürcüstanda və Qazaxıstanda istifadə olunur. 

BAKI, 3 mart - Sputnik. Türkiyənin Otokar şirkəti Cobra sinfindən olan, mina əleyhinə müdafiə ilə təmin olunmuş təkərli zirehli Cobra II MRAP avtomobilini nümayiş etdirib. 

Sputnk Azərbaycan Anadolu agentliyinə istinadən bildirir ki, Cobra II MRAP ekipajı ballistik, mina və əldəqayırma partlayıcı təhlükəsindən qoruyur. 

​Zirehli maşının xüsusi konstruksiyası, təmir və xidmətin asanlığı hətta döyüş şəraitində belə onu tam və sürətli yığıb-sökməyə imkan verir. 

Zirehli maşında 11 sərnişin yerləşir, tələbə görə, üç və ya beş qapılı ola bilər.

Cobra zirehli maşınlarının əvvəlki versiyaları 15 ölkədə, o cümlədən Azərbaycanda, Gürcüstanda və Qazaxıstanda istifadə olunur. 

0