Professor: “Neft Fondunun aktivləri prioritet sahələrə yönəldilməlidir”

22
(Yenilənib 00:27 11.01.2021)
Azərbaycan Dövlət İqtisad Universitetinin professoru Elşad Məmmədov deyir ki, Fondun aktivlərinin qiymətli kağızlar bazarında saxlanması risk daşıyır
Elşad Məmmədov: “Dünya iqtisadiyyatında qeyri-müəyyənlik hökm sürür”

“Fondun aktivləri Azərbaycanda investisiya siyasətinin inkişafına istiqamətlənməlidir. Bu, dünya iqtisadiyyatındakı mövcud vəziyyətlə əlaqəlidir”, - bu fikirləri Dövlət Neft Fondunun 2021-ci il üçün büdcə layihəsinə münasibət bildirən UNEC-in professoru Elşad Məmmədov bildirib. Professor deyir ki, Dövlət Neft Fondunun büdcəsi ilk növbədə ölkə daxilində prioritet sahələrin maliyyələşdirilməsinə yönəldilməlidir:

“Dünya iqtisadiyyatında qeyri-müəyyənlik hökm sürür. Bu şərtlər altında Fondun aktivlərinin qiymətli kağızlar bazarında saxlanması risk daşıyır. Eyni zamanda bu proses ölkə iqtisadiyyatının dayanıqlı inkişafına xidmət göstərə bilməz”.

 Elşad Məmmədovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

22

Politoloq: “Tramp Amerika cəmiyyətinin istəkləri ilə hərəkət edirdi”

12
(Yenilənib 00:28 21.01.2021)
Politoloq İlqar Vəlizadə deyir ki, Tramp həm öz ölkəsinin, həm də dünyanın ictimai rəyində zidiyyətli siyasətçi kimi qalacaq
İlqar Vəlizadə: “Tramp ABŞ tarixində maraqlı və özünəməxsus yer tutacaq”

“Donald Tramp ABŞ-ın ən pis prezidenti kimi tarixə düşəcək”. Bunu ABŞ prezidentinin Milli Təhlükəsizlik məsələləri üzrə sabiq müşaviri Con Bolton deyib.

Politoloq İlqar Vəlizadə Sputnik Azərbaycan-a deyir ki, Tramp həm öz ölkəsinin, həm də dünyanın ictimai rəyində zidiyyətli siyasətçi kimi qalacaq:

“Amma onu demək lazımdır ki, Tramp Amerika cəmiyyətinin istəkləri ilə hərəkət edirdi. O, prezidentliyi dönəmində yerli istehsalçıların maraqlarını müdafiə edirdi. Eyni zamanda onun vaxtında ABŞ-da işsizlərin sayı kəskin azalmışdı. O, xarici siyasətdə aqressiv siyasət aparsa da, heç bir müharibəyə başlamadı. Təəssüf ki, ABŞ mediası Trampın tarixi xidmətlərini görmür və ya qeyd eləmir. Bununla belə, Tramp ABŞ tarixində maraqlı və özünəməxsus yer tutacaq”.

Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

12

Nazir Mikayıl Cabbarov biznesin inkişafı üçün görülən işləri açıqlayır

21
(Yenilənib 19:22 19.01.2021)
İqtisadiyyat naziri Mikayıl Cabbarov deyir ki, ölkəmizdə biznes mühitinin sağlamdırılması ilə bağlı tədbirlər görülür və maliyyəyə çıxış imkanları sadələşdirilir
Mikayıl Cabbarov: “Maneələrin aradan qaldırılması istiqamətində işlər davam etdiriləcək”

“İqtisadiyyat nazirliyi və digər aidiyyəti strukturlar fəaliyyətlərini sahibkarlığın dəstəklənməsi və onların investisiya imkanlarının genişləndirilməsinə yönəldiblər”. Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan Televiziyasına müsahibəsində Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Nazir bildirib ki, sahibkarların istehsal etdikləri məhsulların ixrac potensialının artırılması istiqamətdə təşviqedici addımlar atılır:

“Ölkəmizdə biznes mühitinin sağlamlaşdırılması ilə bağlı tədbirlər görülür və maliyyəyə çıxış imkanları sadələşdirilir. Bundan sonra da iş yerlərinin qeydiyyata alınması, vergi və gömrük inzibatçılığındakı bariyerlərin aradan qaldırılması istiqamətində işlər davam etdiriləcək”.

Mikayıl Cabbarovun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

21

Məşhur italyan mafiyasının 50 üzvü həbs edilib - sıralarında partiya sədri var

0
(Yenilənib 00:26 22.01.2021)
İstintaq altına düşənlər arasında ötən həftə parlamentdəki mütləq çoxluğu itirən Baş nazir Cüzeppe Kontenin hakim koalisiyaya qoşulma təklifini rədd etdikdən sonra gündəmə gələn kiçik UDC partiyasının rəhbəri Lorenzo Çesa da var.

BAKI, 22 yanvar - Sputnik. İtaliya polisi “Ndranqeta” mafiyasının işi çərçivəsində 50 nəfəri həbs edib və məşhur mərkəzçi siyasətçini istintaqa cəlb edib.

Report xarici KİV-lərə istinadla xəbər verir ki, “Ndranqeta” əsasən Kalabriyanın cənub regionunda fəaliyyət göstərir. Mafiya öz əməllərinə görə, artıq çoxdan İtaliya və dünyada ən böyük cinayətkar qruplaşmalardan biri olan “Koza Nostra”nı üstələyib.

"Bu araşdırma on illərdir nədən bəhs etdiyimizə aydınlıq gətirdi. “Ndranqeta” sadəcə iş və siyasətlə əlaqədar olaraq daha az atəş açıb", - deyə İtaliyada ən böyük məhkəmə iddialarından birini başladan prokuror Nikola Qratteri bildirib.

İstintaq altına düşənlər arasında ötən həftə parlamentdəki mütləq çoxluğu itirən Baş nazir Cüzeppe Kontenin hakim koalisiyaya qoşulma təklifini rədd etdikdən sonra gündəmə gələn kiçik UDC partiyasının rəhbəri Lorenzo Çesa da var.

0
Teqlər:
mafiya, İtaliya