Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Həkim-infeksionist: “Vaksinasiya pandemiyanın bitməsinə səbəb olacaq”

© Photo : AZƏRTACMərkəzi Neftçilər Xəstəxanasının həkim-infeksionisti Fərrux Sədirov
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-infeksionisti Fərrux Sədirov - Sputnik Azərbaycan
Abunə olmaq
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-infeksionisti Fərrux Sədirov deyir ki, pandemiyanın davam edəcəyi müddət ilə bağlı müxtəlif riyazi modellər təqdim olundu, amma bunlar özünü doğrultmadı
Fərrux Sədirov: “Hazırkı vəziyyət üçün real olan vaksinasiyadır”

“Qarşıdakı 3 ay çox kritik olacaq. Yaz aylarında peyvəndləmənin tətbiq olunması yoluxma saylarının azalmasına səbəb olacaq. Gənc insanlar peyvənd olunduqca yoluxma da azalacaq”. Bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Səhiyyə ilə bağlı Ehtiyacların Qiymətləndirilməsi Missiyasının yekunlarına dair media brifinqdə ÜST-nin Azərbaycandakı nümayəndəsi Hande Harmancı bildirib.

Mərkəzi Neftçilər Xəstəxanasının həkim-infeksionisti Fərrux Sədirov Sputnik Azərbaycan-a deyir ki, insanlıq bu günə qədər hər hansı pandemiyanın bitmə müddətini təxmin edə bilməyib:

“Virusun mutasiyası, toplumun və dövlət qurumlarının reaksiyası pandemiyanı qısa müddətdə bitirməyə kömək edə bilər. Vaksinasiya yüzdə səksən pandemiyanın bitməsinə səbəb olacaq. Tarix boyu pandemiyaların bitməsinin üç yolu olub: vaksinasiya, virusun mutasiyaya uğrayaraq özünü məhv etməsi, kollektiv immunitetin formalaşması. Hazırkı vəziyyət üçün real olan vaksinasiyadır. Pandemiyanın davam edəcəyi müddət ilə bağlı müxtəlif riyazi modellər təqdim olundu, amma bunlar özünü doğrultmadı. Ona görə də pandemiyanın nə qədər davam edəcəyini təxmin etmək qeyri-mümkündür”.

Fərrux Sədirovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0