Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) direktor müavini Qurban Yetirmişli

Qurban Yetirmişli: “İşğal görə Qarabağda seysmik müşahidələrin aparılması mümkün olmayıb”

10
(Yenilənib 10:05 28.12.2020)
Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli deyir ki, işğalda olmuş ərazilərimizdəki seysmoloji və geofiziki cihazlar talan edilib
Qurban Yetirmişli: “Azərbaycan elminə çox böyük ziyan dəyib”

“İşğal dövründə Kəlbəcər, Cəbrayıl, Ağdam rayonlarında yerləşən seysmik stansiyalar işğalçılar tərəfindən dağıdılaraq, orada olan seysmoloji və geofiziki cihazlar talan edilib”. Sputnik Azərbaycan xəbər verir ki, bunu Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli deyib.

“Otuz ilə yaxın müddətdə davam edən işğal səbəbindən bütün sahələrdə olduğu kimi, Azərbaycan elminə də çox böyük ziyan dəyib, ərazidə seysmik müşahidələrin aparılması mümkün olmayıb.  Artıq işğala son qoyuldu və Respublika Seysmoloji Xidmət Mərkəzində bu ərazilərdə əvvəllər fəaliyyət göstərmiş stansiyaların yenidən qurulmasına hazırlıq gedir. Respublika Seysmoloji Xidmət Mərkəzinin 2021-ci ildə yerinə yetirəcəyi iş planlarına Qarabağda çox böyük həcmdə seysmoloji-geofiziki layihələrin icrası ilə bağlı məsələlər salınıb”.

Qurban Yetirmişlinin fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

10

Anar Kərimov: “Azad edilmiş ərazilərə səfərlər üçün təhlükəsizlik təmin olunmalıdır”

17
(Yenilənib 23:48 14.01.2021)
Azərbaycanın mədəniyyət naziri Anar Kərimov deyir ki, Ermənistan hüquqi məsuliyyətə cəlb olunmalı, təzminat ödəməlidir
Anar Kərimov: “Beynəlxalq təşkilatları azad olunmuş torpaqlarımıza dəvət edirik”

“ICESCO-nun nümayəndə heyəti işğaldan azad edilmiş Füzuli rayonunda və Ağdam şəhərində ermənilərin törətdiyi cinayətləri öz hesabatlarında əks etdirəcək”. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə AZƏRTAC-ın müxbirinə müsahibəsində Azərbaycanın mədəniyyət naziri Anar Kərimov bildirib.

“Beynəlxalq təşkilatları azad olunmuş torpaqlarımıza dəvət edirik. İstəyirik ki, bütün dünya erməni vəhşiliyinin şahidi olsun. Hazırda bununla bağlı UNESCO və digər təşkilatlarla müzakirələr aparılır. Azad edilmiş ərazilərə səfərlərin təşkili üçün təhlükəsizlik tədbirləri də təmin olunmalıdır. Bugünkü səfər də minalardan təmizlənmiş ərazilərə təşkil edilib. Ermənilərin törətdiyi bütün cinayətləri sənədləşdirmək üçün ekspertlər hər yeri gəzib qeydiyyat aparmalıdırlar ki, gələcəkdə bu faktları beynəlxalq məhkəmələrə təqdim edək. Ermənistan hüquqi məsuliyyətə cəlb olunmalı, təzminat ödəməlidir”, - deyə Anar Kərimov qeyd edib.

Anar Kərimovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

17
Председатель Совета печати Афлатун Амашов

Amaşov: “Qanuna dəyişikliklər genişmiqyaslı islahatlar kontekstində baş verməlidir”

53
(Yenilənib 08:14 14.01.2021)
Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov deyir ki, media sahəsində səliqə-səhmanın yaranmasını istəyiriksə, KİV-in qeydiyyatı məsələsinə diqqət yetirməliyik
Əflatun Amaşov: “Qanunvericilikdə dəyişikliyin olması son dərəcədə vacibdir”

Prezident İlham Əliyev “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” fərman imzalayıb. Fərmana əsasən,  Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun əsasında “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxs yaradılıb, “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin Nizamnaməsi” təsdiq edilib.

Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov Sputnik Azərbaycan-a deyir ki, ötən illər ərzində bir neçə dəfə “Kütləvi İnformasiya Vasitələri haqqında” qanuna dəyişikliklər edilsə də, onlar fundamental xarakterli olmayıb:

“Ona görə ediləcək dəyişikliyə kompleks yanaşmanın tərəfdarıyam. Yəni dəyişiklik genişmiqyaslı islahatlar kontekstində baş verməlidir. Konkret olaraq Mətbuat Şurasının da dəyişikliklərlə bağlı təklifləri olub. İndiki şəraitdə aidiyyəti olmayan adamlar bu sahədə fəaliyyət göstərirlər. Bununla bağlı konkret mexanizmlər hazırlanmalıdır. Media sahəsində səliqə-səhmanın yaranmasını istəyiriksə, KİV-in qeydiyyatı məsələsinə diqqət yetirməliyik. Qanunvericilikdə mövcud istiqamətdə dəyişikliyin olması son dərəcədə vacibdir”.

Əflatun Amaşovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

53
Kitabxana

Mədəniyyət işçiləri üçün böyük töhfə

0
(Yenilənib 00:38 16.01.2021)
Piter Stiven Pol Bruk "Karamazov qardaşları", "Dəfn olunmamış ölülər", "Qış nağılı", "Böyük inkvizitor", "Dilənçilər operası", "Yeddi gün, yeddi gecə" kimi məşhur teatr tamaşalarının, bədii və sənədli filmlərin müəllifidir.

BAKI, 16 yanvar — Sputnik. Dövlət Tərcümə Mərkəzi teatrşünaslıq, rejissor və aktyor sənətinin tədrisinə töhfə olaraq İngiltərənin görkəmli teatr və kino rejissoru, nəzəriyyəçisi Piter Stiven Brukun Azərbaycan dilinə tərcümə edilmiş məqalə və müsahibələrinin toplandığı "Boş məkan" kitabını nəşr edib.

Sputnik Azərbaycan xəbər verir ki, "Cansız teatr", "Müqəddəs teatr", "Kobud teatr", "Teatr", "Y.Kaqarlitski" başlıqlı fəsillər üzrə toplanmış əsərlər teatr mühitinin pərdəarxası, aktyorluq və rejissorluq sənətinin görünən və gizli tərəfləri, sənət aləmində baş verən proseslərin izahını dərin təhlil və araşdırmalarla verir.

Əsərlərin tərcümə müəllifi İlqar Əlfioğlu, redaktoru Rəbiqə Nazimqızıdır. Kitab Dövlət Tərcümə Mərkəzinin mətbəəsində çap edilib.

Qeyd edək ki, Piter Stiven Pol Bruk "Karamazov qardaşları", "Dəfn olunmamış ölülər", "Qış nağılı", "Böyük inkvizitor", "Dilənçilər operası", "Yeddi gün, yeddi gecə" kimi məşhur teatr tamaşalarının, bədii və sənədli filmlərin müəllifidir. O, həmçinin 1968-ci ildə Parisdə yaradılmış Beynəlxalq Teatr Araşdırmaları Mərkəzinin təsisçisidir. "Britaniya imperiyası", "Şərəf legionu" ordenlərinə layiq görülüb. "Avropa teatr mükafatı", "Kioto" və "Beynəlxalq İbsen mükafatı" kimi ödüllərlə də təltif edilib. Onun əsərləri Azərbaycanda ilk dəfə nəşr olunur.

0