Politoloq: “Cənub Qaz Dəhlizi”ndə Azərbaycanın rolu önəmlidir”

95
(Yenilənib 15:00 24.12.2020)
Politoloq İlqar Vəlizadə deyir ki, layihə geoiqtisadi və geosiyasi reallıqları müsbət şəkildə dəyişə bildi. Bu da enerji təhlükəsizliyi ilə yanaşı, digər təhlükəsizlik aspektlərinin reallaşmasına imkanlar açacaq
İlqar Vəlizadə: “Bu layihə iqtisadi və siyasi proseslərə müsbət təsir göstərəcək”

Avropa İttifaqı (Aİ) “Cənub Qaz Dəhlizi”nin qərbi Balkan ölkələrinədək genişləndirilməsi məsələsində maraqlıdır. Bunu Aİ-nin qonşuluq və genişlənmə məsələləri üzrə komissarı Oliver Varheli deyib.

Politoloq İlqar Vəlizadə Sputnik Azərbaycan-a deyir ki, “Cənub Qaz Dəhlizi” layihəsinin reallaşması regiondakı iqtisadi və siyasi proseslərə müsbət təsir göstərəcək:

“Layihə çoxfaktorlu olduğu üçün burada iştirakçı olan ölkələr öz maraqlarından çıxış edirlər. Azərbaycan bu layihənin həm təşəbbüskarı, həm də əsas qaz ixracatçılarından biridir. Bu baxımdan bu layihədə Azərbaycanın rolu önəmlidir. Layihə geoiqtisadi və geosiyasi reallıqları müsbət şəkildə dəyişə bildi. Bu da enerji təhlükəsizliyi ilə yanaşı, digər təhlükəsizlik aspektlərinin reallaşmasına imkanlar açacaq”.

İlqar Vəlizadənin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

95
Naqif Həmzəyev- Milli Məclisin Gəncədən seçilmiş üzvü

Millət vəkili: “Qarabağ zəfəri ilə regionda daimi sülhü bərqərar etmək istəyirik”

2
(Yenilənib 09:38 16.01.2021)
Milli Məclisin deputatı Naqif Həmzəyev deyir ki, kommunikasiyaların açılması daşıma xərclərinin azalmasına imkan verəcək, eyni zamanda Azərbaycanın iştirakçısı olduğu tranzit layihələrin daha uğurla həyata keçirilməsinə şərait yaradacaq
Naqif Həmzəyev: “Baş verənlər Azərbaycanən xeyrinədir”

“Qarabağ zəfəri qədər, Naxçıvanla quru yolla əlaqələrin qurulması da çox önəmli məsələdir”. Bunu Sputnik Azərbaycan-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.

Millət vəkili bildirib ki, son görüşdən sonra açıqlanan bəyanatda da regionun inkişafı üçün çox faydalı razılığa gəlindi:

“Naxçıvanla quru əlaqələrinin qurulması Azərbaycan-Türkiyə iqtisadi münasibətlərinə müsbət təsir göstərəcək. Kommunikasiyaların açılması daşıma xərclərinin azalmasına imkan verəcək, eyni zamanda Azərbaycanın iştirakçısı olduğu tranzit layihələrin daha uğurla həyata keçirilməsinə şərait yaradacaq. Biz Qarabağ zəfəri ilə regionda daimi sülhü bərqərar etmək istəyirik. Düşünürəm ki, iqtisadi əməkdaşlıqlar regiona daimi sülhü gətirə biləcəkdir. Baş verənlər Azərbaycanın xeyrinədir və Azərbaycan öz mövqeyini diktə edir”.

Qeyd edək ki, Prezident İlham Əliyev Moskva görüşündə nəqliyyat kommunikasiyalarının blokadadan çıxarılmasının Yerevanın və Bakının maraqlarına cavab verdiyini bildirib.

Naqif Həmzəyevin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

2
Teqlər:
Türkiyə, sülh, qələbə, region, Naxçıvan, Azərbaycan, Qarabağ
Mövzu:
Kremldə Putin, Əliyev, Paşinyan görüşü

Anar Kərimov: “Azad edilmiş ərazilərə səfərlər üçün təhlükəsizlik təmin olunmalıdır”

17
(Yenilənib 23:48 14.01.2021)
Azərbaycanın mədəniyyət naziri Anar Kərimov deyir ki, Ermənistan hüquqi məsuliyyətə cəlb olunmalı, təzminat ödəməlidir
Anar Kərimov: “Beynəlxalq təşkilatları azad olunmuş torpaqlarımıza dəvət edirik”

“ICESCO-nun nümayəndə heyəti işğaldan azad edilmiş Füzuli rayonunda və Ağdam şəhərində ermənilərin törətdiyi cinayətləri öz hesabatlarında əks etdirəcək”. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə AZƏRTAC-ın müxbirinə müsahibəsində Azərbaycanın mədəniyyət naziri Anar Kərimov bildirib.

“Beynəlxalq təşkilatları azad olunmuş torpaqlarımıza dəvət edirik. İstəyirik ki, bütün dünya erməni vəhşiliyinin şahidi olsun. Hazırda bununla bağlı UNESCO və digər təşkilatlarla müzakirələr aparılır. Azad edilmiş ərazilərə səfərlərin təşkili üçün təhlükəsizlik tədbirləri də təmin olunmalıdır. Bugünkü səfər də minalardan təmizlənmiş ərazilərə təşkil edilib. Ermənilərin törətdiyi bütün cinayətləri sənədləşdirmək üçün ekspertlər hər yeri gəzib qeydiyyat aparmalıdırlar ki, gələcəkdə bu faktları beynəlxalq məhkəmələrə təqdim edək. Ermənistan hüquqi məsuliyyətə cəlb olunmalı, təzminat ödəməlidir”, - deyə Anar Kərimov qeyd edib.

Anar Kərimovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

17
Gözəllik salonu, arxiv şəkli

Bu sahələrin fəaliyyətinə yanvarın 25-dən icazə veriləcək

0
Ancaq xəbərdarlıq da var: Fəaliyyətinə icazə verilən iş və xidmət sahələrində pandemiya dövrü ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarları ilə müəyyən edilmiş məhdudiyyət və tələblərə ciddi riayət olunmalıdır

BAKI, 16 yanvar — Sputnik. Azərbaycanda sərtləşdirilmiş xüsusi karantin rejimi çərçivəsindəki məhdudiyyətlərin bir qisminin 2021-ci il 18 yanvar saat 00:00-dan yumşaldılması qərara alınıb. Sputnik Azərbaycan 2021-ci il 25 yanvar saat 00:00-dan etibarən ölkə ərazisində fəaliyyətinə icazə verilən iş və xidmətlərin siyahısını təqdim edir:

● ticarət obyektlərinin fəaliyyəti (ictimai iaşə obyektləri, kafe, çay evləri və bu kimi məkanlarda müştərilərə yerində xidmət və iri ticarət mərkəzlərinin, "Mall"ların fəaliyyəti istisna olmaqla);

● bərbərxanaların, gözəllik salonlarının fəaliyyəti və kosmetik xidmətlər (o cümlədən, bu sahələrdə müştərinin evində və ya digər məkanda xidmət);

● muzey və sərgi zallarının fəaliyyəti;

● şəhərlərarası və rayonlararası hərəkət.

Fəaliyyətinə icazə verilən iş və xidmət sahələrində pandemiya dövrü ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarları ilə müəyyən edilmiş məhdudiyyət və tələblərə ciddi riayət olunmalıdır.

0
Mövzu:
Azərbaycan karantində: nikbinlər, bədbinlər, xeyirxahlar və ixtiraçılar