Politoloq İlqar Vəlizadə

Politoloq: “Rusiya-Türkiyə əməkdaşlığı münaqişələrin həllinə gətirib çıxarır”

31
(Yenilənib 10:18 29.12.2020)
Politoloq İlqar Vəlizadə deyir ki, iki ölkənin qarşılıqlı maraqlar əsasındakı əməkdaşlığı bir çox problemlərin həllinə təsir göstərə bilir
İlqar Vəlizadə: “Bu ölkələrin münasibətləri möhkəm dayanıqlı bazaya söykənir”

“Ərdoğanla hərdən fikir ayrılıqlarımız olur. Ancaq o, sözünün üstündə duran bir insandır, kişi adamdır, quyruq bulamır. Və əgər düşünürsə ki, nə isə ölkəsinin maraqlarının xeyrinədir, bu məsələdə sona qədər gedir”. Bu fikirləri Rusiya Prezidenti Vladimir Putin illik mətbuat konfransında deyib.

Politoloq İlqar Vəlizadə Sputnik Azərbaycan-a deyir ki, Rusiya-Türkiyə münasibətləri beynəlxalq əməkdaşlıqda örnək ola bilər:

“Bu ikitərəfli münasibətlər həm də bir sıra münaqişələrin həllinə gətirib çıxarır. İki ölkənin qarşılıqlı maraqlar əsasındakı əməkdaşlığı bir çox problemlərin həllinə təsir göstərə bilir. Putinin Ərdoğan haqqında fikirləri də göstərir ki, bu ölkələrin münasibətləri möhkəm dayanıqlı bazaya söykənir. İndiki çox həssas məqamda bu ölkələr bir-biri üçün çox vacib tərəfdaşdır”.

İlqar Vəlizadənin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

31

Anar Kərimov: “Azad edilmiş ərazilərə səfərlər üçün təhlükəsizlik təmin olunmalıdır”

16
(Yenilənib 23:48 14.01.2021)
Azərbaycanın mədəniyyət naziri Anar Kərimov deyir ki, Ermənistan hüquqi məsuliyyətə cəlb olunmalı, təzminat ödəməlidir
Anar Kərimov: “Beynəlxalq təşkilatları azad olunmuş torpaqlarımıza dəvət edirik”

“ICESCO-nun nümayəndə heyəti işğaldan azad edilmiş Füzuli rayonunda və Ağdam şəhərində ermənilərin törətdiyi cinayətləri öz hesabatlarında əks etdirəcək”. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə AZƏRTAC-ın müxbirinə müsahibəsində Azərbaycanın mədəniyyət naziri Anar Kərimov bildirib.

“Beynəlxalq təşkilatları azad olunmuş torpaqlarımıza dəvət edirik. İstəyirik ki, bütün dünya erməni vəhşiliyinin şahidi olsun. Hazırda bununla bağlı UNESCO və digər təşkilatlarla müzakirələr aparılır. Azad edilmiş ərazilərə səfərlərin təşkili üçün təhlükəsizlik tədbirləri də təmin olunmalıdır. Bugünkü səfər də minalardan təmizlənmiş ərazilərə təşkil edilib. Ermənilərin törətdiyi bütün cinayətləri sənədləşdirmək üçün ekspertlər hər yeri gəzib qeydiyyat aparmalıdırlar ki, gələcəkdə bu faktları beynəlxalq məhkəmələrə təqdim edək. Ermənistan hüquqi məsuliyyətə cəlb olunmalı, təzminat ödəməlidir”, - deyə Anar Kərimov qeyd edib.

Anar Kərimovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

16
Председатель Совета печати Афлатун Амашов

Amaşov: “Qanuna dəyişikliklər genişmiqyaslı islahatlar kontekstində baş verməlidir”

53
(Yenilənib 08:14 14.01.2021)
Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov deyir ki, media sahəsində səliqə-səhmanın yaranmasını istəyiriksə, KİV-in qeydiyyatı məsələsinə diqqət yetirməliyik
Əflatun Amaşov: “Qanunvericilikdə dəyişikliyin olması son dərəcədə vacibdir”

Prezident İlham Əliyev “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” fərman imzalayıb. Fərmana əsasən,  Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun əsasında “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxs yaradılıb, “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin Nizamnaməsi” təsdiq edilib.

Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov Sputnik Azərbaycan-a deyir ki, ötən illər ərzində bir neçə dəfə “Kütləvi İnformasiya Vasitələri haqqında” qanuna dəyişikliklər edilsə də, onlar fundamental xarakterli olmayıb:

“Ona görə ediləcək dəyişikliyə kompleks yanaşmanın tərəfdarıyam. Yəni dəyişiklik genişmiqyaslı islahatlar kontekstində baş verməlidir. Konkret olaraq Mətbuat Şurasının da dəyişikliklərlə bağlı təklifləri olub. İndiki şəraitdə aidiyyəti olmayan adamlar bu sahədə fəaliyyət göstərirlər. Bununla bağlı konkret mexanizmlər hazırlanmalıdır. Media sahəsində səliqə-səhmanın yaranmasını istəyiriksə, KİV-in qeydiyyatı məsələsinə diqqət yetirməliyik. Qanunvericilikdə mövcud istiqamətdə dəyişikliyin olması son dərəcədə vacibdir”.

Əflatun Amaşovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

53

İqtisadi Şuranın 2021-ci ildə ilk iclası keçirilib

0
İclasda sosial-iqtisadi inkişafla bağlı uzunmüddətli strateji hədəflər və cari məsələlərə dair müzakirələr aparılıb.

BAKI, 15 yanvar - Sputnik. Bu gün Azərbaycan Respublikasının Baş naziri, İqtisadi Şuranın sədri Əli Əsədovun sədrliyi ilə Şuranın növbəti iclası keçirilib.

Nazirlər Kabinetinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata əsasən, iclasda sosial-iqtisadi inkişafla bağlı uzunmüddətli strateji hədəflər və cari məsələlərə dair müzakirələr aparılıb.

0